Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə53/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   49   50   51   52   53   54   55   56   ...   113

● Ayə 9:


﴿قَالَ كَذَلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَيَّ هَيِّنٌ وَقَدْ خَلَقْتُكَ مِن قَبْلُ وَلَمْ تَكُ شَيْئًا﴾

(Vəhy mələyi dedi:) «Elədir, amma Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Bundan öncə səni heç ikən yaratdım.”



● Ayə 10:


﴿قَالَ رَبِّ اجْعَل لِّي آيَةً قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَ لَيَالٍ سَوِيًّا﴾

(Zəkəriyya) dedi: «Pərvərdigara! Mənim üçün bir nişanə müəyyən et.» (Allah) buyurdu: «Üç gecə-gündüz xalqla danışa bilməyəcəyin sənin nişanəndir.»”



Nöqtələr


● Allah hər işə qadirdir və bütün işlər Onun üçün asandır. Bu nöqtəyə “Hədid” surəsinin 22-ci, “Təğabun” surəsinin 7-ci, “Bəqərə” surəsinin 20-ci və 106-cı, “Kəhf” surəsinin 45-ci ayələrində də işarə olunmuşdur.

● Ərəblər arasında gecə dedikdə, bəzən sutka nəzərdə tutulur.1 “Ali-İmran” surəsinin 41-ci ayəsində gün, hazırkı ayədə gecə sözləri işlədilmişdir. Çünki gecə və gündüz bəzən bir-birinin yerinə zikr olunur.

● “Təfsire-Məcməül-bəyan”, “Təfsire-Təbəri”, “Təfsire-Əl-mizan” kitablarında həzrət Zəkəriyya haqqında deyilir: “İlahi ayələrin tilavəti və Allahın zikri zamanı onun dili açılırdı, amma xalqla danışarkən dili bağlanırdı.”

● Həzrət Zəkəriyya haqqı batildən, ilahi vəhyi şeytani təlqinlərdən fərqləndirmək üçün Allahdan nişanə istədi.2


Bildirişlər


1.Təbiət qanunları və maddi səbəblər heç vəchlə Allahın qüdrətini məhdudlaşdırmır.

2. Yaranış və hadisələr haqqında təfəkkür Allahın qüdrəti ilə bağlı bütün şəkk-şübhələri aradan qaldırır.

3. Peyğəmbərlər yəqin mərtəbəsindən də uca bir mərhələyə çatmaq fikrində olmuşlar. İbrahim Allahdan qəlb əminliyi yaradacaq nişanə istəyir.3 Zəkəriyya da Allahdan xüsusi bir nişanə diləyir.

4. Bizim bütün hərəkətlərimiz Allahın iradəsindən asılıdır. Allah istəməsə, sağlam olduğumuz halda danışa bilmərik.



● Ayə 11:


﴿فَخَرَجَ عَلَى قَوْمِهِ مِنَ الْمِحْرَابِ فَأَوْحَى إِلَيْهِمْ أَن سَبِّحُوا بُكْرَةً وَعَشِيًّا﴾

(Zəkəriyya) ibadət mehrabından xalqın qarşısına çıxıb onlara işarə etdi ki, səhər-axşam Allaha təsbih deyin.”



Nöqtələr


● “Bukrə” dedikdə fəcr tülusundan günəş tülusunadək olan vaxt nəzərdə tutulur. “Əşiyyən” sözü isə ya günorta ilə qürub arasındakı fasilə və ya günün sonu mənasını bildirir.

● “Mihrab” dedikdə məsciddəki mehrab nəzərdə tutulur. Bu ibadət məhəllində insanın diqqətini həqiqətdən yayındıran şeytan və onun vəsvəsələri ilə mübarizə getdiyindən onu mehrab adlandırmışlar. Ola bilsin ki, Bəni-İsrailə aid mehrablar dedikdə xalqın ibadət üçün seçdiyi məscidlər nəzərdə tutulmuşdur.

● Təbərsi və Fəxri-Razinin nəzərincə, bu ayədəki təsbih sözü namaza işarədir. Çünki namaz təsbih üzərində qurulmuşdur.

Bildirişlər


1. Təbliğçinin həmyerli olması önəmlidir.

2. İlahi insanlar ibadət üçün xüsusi yer seçirlər.

3. Xalqı ibadətə çağıran insan özü də ibadət əhli olmalıdır.

4. Hər bir vasitə ilə təbliğ etmək lazımdır. (Zəkəriyyanın dili tutulduğu vaxt işarə ilə xalqı Allaha təsbihə çağırır.)

5. Peyğəmbərlərin vəzifəsi xalqı ibadətə dəvət etməkdir.

6. Qoca kişinin sonsuz qadından övlad sahibi olması Allahın bütün əskikliklərdən və zəifliklərdən pak olduğunu göstərir.

7. İbadət müvəqqəti yox, daimi olduqda dəyərlidir.

● Ayə 12:


﴿يَا يَحْيَى خُذِ الْكِتَابَ بِقُوَّةٍ وَآتَيْنَاهُ الْحُكْمَ صَبِيًّا﴾

Ey Yəhya! (İlahi) kitabı möhkəm tut. Uşaq vaxtı ona hikmət ( nübuvvət) verdik.”



● Ayə 13:


﴿وَحَنَانًا مِّن لَّدُنَّا وَزَكَاةً وَكَانَ تَقِيًّا﴾

Yenə ona Öz tərəfimizdən mehribanlıq paklıq əta etdik. O, təqvalı idi.”



Nöqtələr


● “Hukm” sözü elm və fəhm (“Lisanul-ərəb”), mühakimə gücü (“Qamusul-Quran”) mənalarında işlədilmişdir. “Təfsire-Əl-mizan” da oxuyuruq: “Hukm” dedikdə ilahi maarifdən xəbərdarlıq və qeyb pərdələrinin kənara çəkilməsi başa düşülür.

● Üç şəxs uşaq yaşında peyğəmbərliyə çatmışdır: Süleyman, İsa və Yəhya. İmamət məqamı da uşaq yaşında üç nəfərə verilmişdir. İmam Cavad (ə), imam Hadi (ə) və imam Mehdi (ə).1

● Bəziləri bildirirlər ki, Yəhya adı “Əhdi-cədid” kitabında “Yuhənna” kimi qeyd olunmuşdur.

● Ola bilsin ki, burada səmavi kitab dedikdə Tövrat nəzərdə tutulmuşdur. Çünki həzrət Yəhyaya başqa bir kitabın nazil olması haqqında məlumat yoxdur.

● “Bəqərə” surəsinin 63 və 93-cü ayələrində də göstəriş verilir ki, səmavi kitabdan möhkəm tutun.

● “Hənan” sözü şəfqət və mehribanlıq mənasını bildirir. Allahın Yəhyaya, Yəhyanın Allaha mehri, xalqın Yəhyaya və Yəhyanın xalqa məhəbbəti Allah tərəfindən mehribanlığın bir işartısıdır.

● Allah yolu bütünlüklə mərhəmətdir: Allah Rəhmandır, onun peyğəmbəri və kitabı aləmlərə rəhmət, insanları isə öz aralarında bir-birlərinə mehribandırlar.1

● “Zəkat” dedikdə sədəqə, inkişaf, günahdan paklıq və bərəkət mənaları anlaşılır. Yəhya həzrət Zəkəriyya üçün mübarək hədiyyə, pak və kamil insan nümunəsi idi.


Bildirişlər


1. Rəhbər səmavi kitabın məqsədlərinin həyata keçirilməsində qətiyyətli olmalıdır.

2. Dinin hifzi və hökmlərin icrası üçün qətiyyət və qüdrətə ehtiyac var.

3. Dindarlıq güc və ciddiliklə müşayiət olunmalıdır.

4. Allah istəsə, körpə uşağı da nübüvvət məqamına qaldırar.

5. Mehribanlıq, məhəbbət və paklıq təbliğ və tərbiyə şərtidir.

6. Mehribanlıq və qardaşlıq Allahdan qaynaqlanır.

7. Mərhəmət və qardaşlıq ruhiyyəsi insan üçün bir dəyərdir.

8. Yalnız daimi və xarakterə çevrilmiş təqva dəyərdir.

9. Təqva guşənişinlik və qəddarlıq yox, xalqla yoldaşlıq, onlara mehribanlıq və məhəbbətdir.

10. Təqva təkamül və məhbubluq kimi ilahi lütflərin əldə olunması üçün zəmindir.




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin