Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə55/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   51   52   53   54   55   56   57   58   ...   113

● Ayə 21:


﴿قَالَ كَذَلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَيَّ هَيِّنٌ وَلِنَجْعَلَهُ آيَةً لِلنَّاسِ وَرَحْمَةً مِّنَّا وَكَانَ أَمْرًا مَّقْضِيًّا﴾

(İlahi mələk) dedi: «Doğrudur, amma Rəbbin buyurdu ki, bu Mənim üçün asandır onu xalq üçün nişanə, Özümüzdən bir rəhmət qərar verərik. Bu, olası qəti bir işdir.»”



● Ayə 22:


﴿فَحَمَلَتْهُ فَانتَبَذَتْ بِهِ مَكَانًا قَصِيًّا﴾

Məryəm (İsaya) hamilə oldu. Onunla uzaq bir məkanda xəlvətə çəkildi.”



● Ayə 23:


﴿فَأَجَاءهَا الْمَخَاضُ إِلَى جِذْعِ النَّخْلَةِ قَالَتْ يَا لَيْتَنِي مِتُّ قَبْلَ هَذَا وَكُنتُ نَسْيًا مَّنسِيًّا﴾

Həmin vaxt doğuş ağrısı onu bir xurma ağacının gövdəsinə doğru çəkdi. (Narahatlıqdan ona söykəndi.) Dedi: «Kaş ki, bundan öncə ölüb yaddan çıxmış olaydım.”


Nöqtələr


İlahi mələk insan qiyafəsində Məryəmə göründü. Ona doğru üfürdü və Məryəm hamilə oldu. Məryəm bəzilərinin böhtanından nigaran olaraq və ya hamilə qadın aramlığa daha çox ehtiyac duyduğundan uzaq bir yerə getdi.

Həmin yer, Məryəmin İsanı dünyaya necə gətirməsi və bu işdən kimin birinci xəbər tutması ilə bağlı təfsirlərdə ətraflı danışılmışdır. Amma Quranda bu barədə məlumat verilmədiyindən biz də uyğun mövzuda danışmamaq qərarına gəlirik. Çünki bu sayaq məlumatların düşüncəmizin inkişafında rolu yoxdur.

Bəzən Allahın ən seçilmiş insanları ən böyük çətinliklərə düçar olmuşlar. Həzrət Məryəmin üzləşdiyi çətinliklərdən bəzilərini nəzərdən keçirək: böhtan və xalqın bədgümanlığı, tənhalıq və qürbətdə hamiləlik, doğuş və istirahət üçün bir yerin olmaması, xurma ağacına sığınmaq, mənfi münasibət və pis baxışlar qarşısında atasız körpəyə himayə.

Bildirişlər


1. Allah təbii vasitə və amillərə hakimdir.

2. İsanın dünyaya gəlişi onun ilk möcüzəsidir.

3. Qeyri-adi və möcüzəli işlərin gerçəkləşməsi ilahi rübubiyyət şənindəndir və insanların tərbiyəsinə xidmət edir.

4. İsanın vücudu rəhmətdir. Varlığı insanlarda Allaha imanı dirildən, işi xalqın hidayəti olan kəs, şübhəsiz, rəhmətdir.

5. Allahın işinə kimsə mane ola bilməz.

6. Bəzən pak insanlar böhtandan yaxa qurtarmaq üçün insanlardan uzaqlaşmalıdırlar.

7. Bəzən xeyir yolların tapılmasında çətinlik rol oynayır.

8. Bəzən insan qəlb sirrini öz ailəsinə də deyə bilmir və ölüm arzulayır.

9. Pis adla yaşamaqdansa ölmək yaxşıdır.

● Ayə 24:


﴿فَنَادَاهَا مِن تَحْتِهَا أَلَّا تَحْزَنِي قَدْ جَعَلَ رَبُّكِ تَحْتَكِ سَرِيًّا﴾

(İsa bətndə) ayağı altdan onu səslədi ki, (ey ana,) qəm yemə. Həqiqətən Rəbbim sənin ayaqlarının altında su çeşməsi axıtdı.”



● Ayə 25:


﴿وَهُزِّي إِلَيْكِ بِجِذْعِ النَّخْلَةِ تُسَاقِطْ عَلَيْكِ رُطَبًا جَنِيًّا﴾

Bu xurmanın budağını özünə doğru tərpət, üstünə təzə xurma tökülsün.”



Nöqtələr


“Səriyya” dedikdə kiçik arx mənası anlaşılır. Yetişmiş, dərilmə vaxtı çatan meyvə isə “cəniyya” adlanır.

Bəziləri bildirirlər ki, nida edən Cəbrail olmuşdur. Amma ayələrdəki ardıcıllıqdan belə görünür ki, nida edən İsadır. İsanın sözünü eşidən Məryəm arxayınlıqla xalqa deyə bilərdi ki, mənim paklığımı beşikdəki körpədən soruşun.

Qadınlar doğuş zamanı və doğuşdan sonra aramlığa, münasib su və qidaya ehtiyac duyurlar. Ayədə bütün bunlara işarə olunmuşdur.

Quranda və rəvayətlərdə yenicə doğmuş qadına təzə xurma yemək tövsiyə olunur. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Yeni doğmuş qadının ilkin qidası xurma olsun.”1 Həzrət Əli (ə) buyurur: “Hamilə qadın üçün ən yaxşı qida təzə xurmadır. Onun üçün xurmadan yaxşı qida yoxdur.”2

Amma siz imtahana bir baxın! Məryəm sağlam olan gün ona səma süfrəsi nazil olur. Hamilə olub kimsəsiz qaldığı vaxt isə qida əldə etmək üçün xurma ağacını silkələməlidir.

Bildirişlər


1. İnsan iztirab keçirdiyi vaxt qeybi ilhamlar ona yol açır.

2. Pak qadın üçün iffətsizlik böhtanının qəmi həddində qəm yoxdur.

3. Hamilə qadın üçün həyəcan və iztirab zərərlidir.

4. İnsan ən çətin şəraitdə də ruzi əldə etmək üçün çalışmalıdır.

5. Aramlıq yeməkdən önəmlidir. İztirab keçirən insan ən üstün qidalara da meyl göstərmir.

● Ayə 26:


﴿فَكُلِي وَاشْرَبِي وَقَرِّي عَيْنًا فَإِمَّا تَرَيِنَّ مِنَ الْبَشَرِ أَحَدًا فَقُولِي إِنِّي نَذَرْتُ لِلرَّحْمَنِ صَوْمًا فَلَنْ أُكَلِّمَ الْيَوْمَ إِنسِيًّا﴾

(Xurmadan) ye, (arxın suyundan) (İsa kimi övlada görə) gözün aydın olsun. Bir adam görsən (körpə haqında soruşsa, ona işarə ilə) de ki, mən Rəhman Allah üçün sükut orucu nəzir etmişəm, buna görə bu gün kimsə ilə danışmayacağam.”



Nöqtələr


Həzrət Məryəmin sükut orucunun səbəbi ya qarşı tərəfin cavab üçün tutumsuzluğu, ya onlarla danışığın mənfi təsirə malik olması, ya da veriləcək cavabdan sonra onların gətirəcəyi müxtəlif bəhanələr idi.

İmam Sadiq (ə) buyurur: “Oruc təkcə yemək və içməkdən çəkinmək deyil.” Sonra imam bu ayəni tilavət etdi.”1

Bu ayə həzrət İsanın ötən ayədə anası ilə söhbətinin davamı da ola bilər.


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin