Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə54/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   50   51   52   53   54   55   56   57   ...   113

● Ayə 14:


﴿وَبَرًّا بِوَالِدَيْهِ وَلَمْ يَكُن جَبَّارًا عَصِيًّا﴾

O, ata-anasına qarşı xeyirxah idi, (xalqa münasibətdə) azğın üsyankar deyildi.”



● Ayə 15:


﴿وَسَلَامٌ عَلَيْهِ يَوْمَ وُلِدَ وَيَوْمَ يَمُوتُ وَيَوْمَ يُبْعَثُ حَيًّا﴾

Ona doğulduğu, öləcəyi dirildilib qaldırılacağı gün salam olsun.”



Nöqtələr


● Allah bu ayələrdə həzrət Yəhyanın müxtəlif xüsusiyyətlərini sadalamışdır: O Allah hüzurunda pəhrizkar idi, valideyninə münasibətdə xeyirxah idi, xalqa qarşı azğın və üsyankar deyildi.1

● Ölüm zamanı salamatlıq dedikdə əqidə salamatlığı və imanla ölmək nəzərdə tutulur.


Bildirişlər


1. Məqam və mənsəb bizə valideynimizi unutdurmasın. Peyğəmbər də valideynə münasibətdə xeyirxah olmalıdır.

2. Ata-ataya yaxşılıq ilahi təqva nişanəsidir.



3. Valideynə münasibətdə itaətsizlik məqampərəstlikdən uzaq yaxşılıq sitayiş olunur.

4. Valideynə qarşı yaxşılığı tərk etmək üsyan və azğınlıq nişanəsidir.

5. Allah övliyalarına salam göndərilməsi təkcə onların həyatda olduğu dövrə aid deyil.

6. Salam vermək kiçikliyi göstərmir. Çünki böyük Allah da salam verir.2

7. Yəhya bütün eniş-yoxuşları sağlam din və imanla ötüb keçdi.

8. Övliyaların təvəllüd gününü əziz tutub vəfat gününü xatırlamaq Quran əmridir.

9. Həyatları boyu övliyalara salam, ziyarətnamə oxumaq Quran göstərişidir.

10. Sağlam həyat, sağlam ölüm və qiyamət salamatçılığının açarı təqva, valideynə yaxşılıq, günah və tüğyandan çəkinməkdir.



● Ayə 16:


﴿وَاذْكُرْ فِي الْكِتَابِ مَرْيَمَ إِذِ انتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَانًا شَرْقِيًّا﴾

Bu kitabda Məryəmi yad et. Bir zaman ki, o, ailəsindən ayrılıb şərqdəki bir məkanda qərar tutdu.”



● Ayə 17:


﴿فَاتَّخَذَتْ مِن دُونِهِمْ حِجَابًا فَأَرْسَلْنَا إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا﴾

Həmin vaxt başqalarından kənarda özü üçün pərdə tutdu. Həmin məqamda Biz Öz ruhumuzu (Ruhul-qüdüsü) ona doğru göndərdik. O, düz qamətli insan şəklində göründü.”



Nöqtələr


● Allahın rəsulu buyurmuşdur: “Məryəm dörd nümunə qadından biridir.”1

● “Nəbz” dedikdə etinasızlıq səbəbindən bir şeyin kənara düşməsi başa düşülür. Xalqdan uzaqlaşıb bir kənara çəkilmək isə “İntibaz” sözü ilə ifadə olunur. Məryəm məscidül-əqsaya vəqf olunduğunda məscidin şərqindəki bir guşəni özü üçün seçdi.


Bildirişlər


1. Dini rəhbərlərin vəzifələrindən biri tarixin pak insanlarını uca tutmaqdır.

2. Qəhrəman qadınların tarixi də qəhrəman kişilərin tarixi kimi yaşadılmalıdır.2

3. İbadət üçün xəlvət bir məkan seçək.

4. İbadət ilahi lütflərin nazil olması üçün zəmindir.

5. Xanımların ibadət etməsi üçün pərdə ilə yer ayırmaq bir dəyərdir. Məryəm ibadət üçün məscidin bir guşəsində pərdə asmışdı.

6. Cəbrailin Allah hüzurunda uca məqamı var.

7. Mələklər məzmunca dəyişmədən elə bir formaya düşə bilərlər ki, insan onları görsün.

8. Müəyyən tapşırıqların icrası zamanı çöhrəni dəyişmək lazım gəlir.

9. Tərbiyə addım-addım aparılan işdir. Allah öncə Yəhyanın bir ata və bir anadan dünyaya gəlişini nəql edir, sonra İsanın dünyaya atasız gəlişindən danışır.

10. Cəbrail başqa peyğəmbərlərin də yanına gedirdi.

11. Qadın elə bir məqama çata bilər ki, mələk onunla söhbət edər.

12. Allahın qüdrət və iradəsi yalnız Onun vasitə və səbəblər çərçivəsində məhdudlaşmır. Əksinə vasitə və səbəblər Allahın qüdrət və iradəsinə tabedir.



● Ayə 18:


﴿قَالَتْ إِنِّي أَعُوذُ بِالرَّحْمَن مِنكَ إِن كُنتَ تَقِيًّا﴾

(Məryəm həmin mələyə dedi:) Həqiqətən, mən rəhman olan Allaha səndən pənah aparıram, əgər pəhrizkarsansa (Allahdan qorxursansa, məndən uzaq ol).”



● Ayə 19:


﴿قَالَ إِنَّمَا أَنَا رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَامًا زَكِيًّا﴾

(Mələk) dedi: «Həqiqətən, mən sənin Rəbbinin elçisiyəm. Sənə pak bir oğlan vermək üçün gəlmişəm.»”



● Ayə 20:


﴿قَالَتْ أَنَّى يَكُونُ لِي غُلَامٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ وَلَمْ أَكُ بَغِيًّا﴾

(Məryəm) dedi: «Mümkündürmü ki, mənim övladım olsun? Axı bir bəşər mənimlə təmasda olub, mən zinakar olmuşam.»”



Nöqtələr


● “Zəkiyy” sözü təharət və bərəkət, “bəğiyya” sözü isə burada zinakar mənasını bildirir.

● Bu surədə Allahın övlad hədiyyə verməsi məsələsinə dəfələrlə toxunulmuşdur: 19-cu ayədə İsanın Məryəmə hədiyyə verilməsi, 49-cu ayədə İshaq və Yəqubun İbrahimə hədiyyə verilməsi, 53-cü ayədə Harunun Musaya hədiyyə verilməsi, 7-ci ayədə Zəkəriyyanın övladla müjdələnməsi məsələlərinə toxunulur.


Bildirişlər


1. Pak insanlar günah qorxusu hiss edən kimi titrəyib Allaha pənah aparırlar.

2. Ən yaxşı sığınacaq ilahi rəhmətdir.

3. Allah-təalaya pənah aparmaq Allahın peyğəmbərlərə sifarişi, peyğəmbər və övliyaların qaydasıdır.

4. Fərdlərə məxsus olan yerə qəfildən daxil olmaq olmaz.

5. Qadının yad kişi ilə xəlvətdə qalması təhlükəlidir.

6. Pisliyə qadağa qoyarkən fərdlərin dini qeyrətindən istifadə edin.

7. Təqva paklığa aparan yol, günahdan çəkindirən amildir.

8. Xalqı böhtan və nigarançılıqdan qurtarmaq üçün pak insan özünü təqdim etməlidir.

9. Mələklər təkcə ilahi vəhyi bəyan etmir, həm də onların işə salınması üçün vasitə olur.

10. Övlad dəyərdir, amma onun paklığı daha mühümdür.

11. Bütün səmavi dinlərdə zina mənfur iş sayılır.


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin