Dərəcələrə bölmə (qradasiya) dedikdə adətən ardıcıl olaraq anlayışın genişləndirilməsi və ya «əksinə, daraldılması nəzərdə tutulur. Dərəcələrə bölmə prosedurunu həyata keçirən şəxs bu və ya digər anlayışın məlumatda məhz hansı həcmdə (soy, növ, yarımnöv və s. səviyyəsində) əks olunacağını özündə təsəvvür etməlidir və dərəcələrə bölmə xətti boyunca onun istiqamətinə və mahiyyətinə təsir göstərəcək kəskin əsassız sıçrayışlardan qaçmalıdır.
Başqa sözlə, dərəcələrə bölmə prosedurunu həyata keçirən şəxs indiyə kimi ardıcıl olaraq genişləndirdiyi anlayışı gözlənilmədən daraltmamalıdır (və ya əksinə), həmçinin əsassız olaraq indiyə kimi tərkibində olduğu soyun çərçivəsindən kənara çıxmamalıdır.
12) Növ əvəzinə soy adlandırma (fallacia a sensu composito ad sensum divisum) – predmetin yalnız növə aid olan əlamətlərini soya məxsus olan əlamətlər kimi təqdim etmək düzgün deyil.
- Model: İnsanlar yalançıdırlar.
- Nümunə: Quşlar insan dilini asanlıqla öyrənirlər.
(Burada yaranan səhv soyun növ ilə əvəz edilməsinin nəticəsidir: tutuquşuna insan dilini öyrətmək olar, amma bu o demək deyil ki, bütün quşlar insan dilini öyrənə bilərlər).
13) Soy əvəzinə növ adlandırma (fallacia a sensu ad sensum compositum). Zəruri soy xarakteristikasının əvəzinə növ üçün deyil, bütövlükdə soy üçün nisbi xarakter daşıyan, xüsusi növ xarakteristika çıxış edir.
- Model: Mən xəyanətə dözə bilmirəm.
- Nümunə: Alman kansleri öz xalqının düşməni deyil.
(Burada yaranan səhv növün soy ilə əvəz edilməsinin nəticəsidir: alman kansleri öz xalqına düşmən olmaq baxımdan digər hökümət başçılarından heç bir şey ilə fərqlənmir, belə ki, nəzəri cəhətdən heç bir hökümət başçısı öz xalqının düşməni deyil).
14) Ən yaxın soyun uzaq soy kimi müəyyənlədirilməsi (genus proximum əvəzinə genus remotum) – qeyri-dəqiq dərəcələrə bölgüsünü nəzərdə tutur; bu zaman lazım olan anlayış elə abstrakt şəkildə çıxış edir ki, onu ayrı-ayrı hallarda qətiyyən tanımaq olmur.
- Model: Bu göbəkcik ilə əlaqədar bir şeydir.
- Nümunə: Məlumatlarda tez-tez zorlama kimi hərəkətlərdən istifadə edilir.
(Burada paralogizmin səbəbi budur ki, zorlama ən yaxın soy (cinayət) ilə deyil, ən uzaq soy (hərəkət) ilə əlaqələndirilir).
15) Digər soya keçid (yunanca matıbasis eis alla genus) – əlinndə indicə analiz etdiyimiz səhvin əe ifrat halıdır: anlayış elə uzaq soya daxil edilir ki, bu soyun anlayış ilə sadəcə olaraq əlaqəsi olmur.
- Model: Köpək balığı, balina və digər yekə balıqlar.
- Nümunə: Qiymətlərin qalxması, həyat səviyyəsinin aşağı düşməsi, işsizlik kimi neqativ sosial prosesləri götürək.
(İşsizlik «proses» deyil, o, «hadisə»dir. Amma bir soydan digərinə keçi elə hiss edilmədən həyata keçirib ki, ilk baxışda bu səhvi qeydə almaq kifayət qədər çətindir).
16) Tabelik münasibətlərini yanaşı mövcudluq münasibətləri kimi müəyyənləşdirmək (juxtapositio) – öz aralarında ierarxik münasibətdə olan və bu səbəbdən bir-birinə nəzərən vahid xətt boyunca yerləşə bilməyən bir sıra anlayışları birləşdir.
- Model: Xalq sənəti, ağacişləmə və naxıştikmə (ağacişləmə və naxış tikmə xalq sənəti növləridir).
- Nümunə: Ədəbiyyat və incəsənət XXI əsrdə ən çox inkişaf edən sahə olacaqlar.
(Burada səhv olaraq «ədəbiyyat» və «incəsənət» anlayışları bir-biri ilə horizontal şəkildə əlaqələndirilir, halbuki bu anlayışlar bir-biri ilə əslində şaquli olaraq əlaqələndirilməlidir: «incəsənət» ədəbiyyat nisbətən daha ümumi anlayış olub müsiqi, rəssamlıq və s. ilə birgə ədəbiyyatı özündə ehtiva edir).
Dostları ilə paylaş: |