Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə60/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   56   57   58   59   60   61   62   63   ...   107
Sizin bu istəyiniz nitqdə necə formulə edilə bilər?

Situasiya B.

Sizin nişanlınız hansısa şənlik üçün piroq bişirib. Piroq həd­dindən artıq duzsuzdur. Stolda duz yoxdur, sizin fikrinizcə, duz lazımdır.

Siz öz fikrinizi nitqdə necə ifadə edərsiniz?

Situasiya C.

Sizin dostunuz sizi qonaqlığa dəvət edir. Sizin dəvət edil­diyiniz kompaniya xoşuna gəlmir, amma sizin dostunuza əziz olan adamlardan ibarətdir. Siz qonaqlıqdan imtina etmək istə­yirsiniz.

Siz bu fikrinizi nitqdə necə ifadə edərsiniz?

Adı çəkilən situasiyalar etiket (daha doğrusu konven­sio­nal, «müqavilə») nitq situasiyalarına aiddir. Məhz onların tim­salında birbaşa ifadə formalarına nisbətən dolayı ifadə for­malarının daha əlverişli olduğunu göstərmək olar. Beləliklə, bir­başa taktika birinci halda (situasiya A) evin sahibinə ünvan­lanmış «zəhmət olmasa, pəncərəni örtün» xahişini, ikinci halda (situasiya B) – nişanlıya ünvanlanmış «zəhmət olmasa, duz gətir» xahişini; üçüncü halda (situasiya C) dosta ünvanlanmış «sənin kompaniyan mənim xoşuma gəlmir» mülahizəsini nə­zərdə tutur. Görünür, bu müvafiq istəkləri birbaşa ifadə etmə­yin yeganə mümkün formalarıdır. Amma çox az adam onları məq­bul variant kimi qəbul edə bilər.

Əslində, situasiya A aşağıdakı kimi həll oluna bilər: «Si­zə külək üfürürmü?» (qonşuya müraciət) və ya «Bu axşam ha­va soyuqdur» (ümumiyyətlə, fikir söyləmək), və ya «Pəncə­rəni örtsək yaxşı olmazmı?» (problemin müzakirəsində iştirak etməyə dəvət) və s.

B situasiyasında da yəqin ki, aşağıdakı variant daha mü­nasib olar: «Nəsə bu gün hər şey mənə duzsuz gəlir» və ya «Mən həmişə hər şeyi əlavə olaraq duzlayıram» və ya «Sizdə duz olmazmı?» (axırıncı forma, əlbəttə ki, evdə duzun olub-olmamasına olan mənasız marağı deyil, duz istəməyi ifadə edir) və s.

C situasiyasında da aşağıdakı variant daha münasibdir: «Mən bu axşam çox məşğulam» və ya «Çox sağ ol, başqa vaxt gələrəm», və ya «Qorxuram arada özümü narahat hiss edəm».

Göründüyü kimi, bütün situasiyalar üçün bir deyil, bir neçə dolayı taktika təqdim edilə bilər, amma birbaşa formanın alternativ variantları mümkün deyil (bizə lazım olan mənaınn qorunub saxlanılması şərti ilə).1

Göstərilən hallar birbaşa və dolayı nitq təsiri formaları ara­sındakı fərqi yaxşı nümayiş etdirir. Yeri gəlmişkən, birbaşa ifadə formalarının şəkil dəyişməməsi (bir söz, bir söz birləş­məsi, bir cümlə) akademik L.V.Şerbinin məşhur fikir ilə yaxşı uzlaşır. Onun fikrincə, dildə sinonimlər yoxdur – dilin pis bilinməsi var.

Bu həqiqətən belədir: birbaşa ifadə formalarının va­riant­ları dildə uzun müddət eyni zamanda mövcud ola bilməz. Ya onlar­dan biri qısa müddətdən sonra aradan qalxır, ya da bu va­riantlar sonda məna cəhətdən bir-birindən fərqlənir.

Bununla belə təcrübə göstərir ki, müasir dilin daşıyıcısı, az və ya çox dərəcədə birbaşa ifadə formalarını yaxşı bilən şəxs çox vaxt dolayı ifadə formaları qarşısında tamamilə aciz qa­lır. Əslində istənilən dolayı taktika tam dəqiq olmur. Bəlkə də bu səbəbdən adi məişət nitqindən tədricən dolayı nitq takti­kası ilə əlaqədar olan məharət itir.

- kompliment

(komplimentə olan reaksiya çox vaxt təhrif edilir: mü­qayisə et: «Siz bu gün necə də gözəl görünürsünüz!» - «Adə­tən mən, məgər pis görünürəm?»; «Necə də qəşəng paltardır!» - «Bəs mən, sizin fikrinizcə, qəşəng deyiləmmi?»; «Çox dəqiq fikirdir!» - «Mən ümumiyyətlə, dəqiq adamam» və s. Bu isə onu göstərir ki, komplimentin ünvalandığı şəxs komplimenti hə­diyyə kimi qəbul etmək (kompliment isə mahiyyətcə elə hə­diy­yədir) və təşəkkür etmək əvəzinə dərhal daha böyük hə­diy­yə tələb edir).

- eyham

(eyhama olan reaksiya, bir qayda olaraq, qəribə olur: eyham zamanı çox zaman soruşurlar: «Bağışlayın, siz nəyə eyham edirsiniz? Nəyə?» və ya «Əgər mən sizin eyhamınızı düz­gün başa düşdümsə, siz aşağıdakını nəzərdə tuturdunuz…» - bu zaman aydın məsələdir ki, əgər danışan sizin sualınıza ca­vab versə və ya sizin gümanınızı təsdiq etsə, onda eyham daha eyham olmayacaq).

- zarafat

(zarafata cavab olaraq – xüsusən də çox vaxt müvəf­fə­qiyyətsiz cavab olaraq – dinləyici çox zaman soruşur: "Ba­ğış­layın, siz zarafat edirsiniz?" və ya təsdiq edir: "Mən ümid edi­rəm ki, bu zarafat idi". Amma aydın məsələdir ki, belə təqdim edilən zarafat az qala öz "enerjisinin" yarısını itirir.)

Bütün bu hallarda (amma, aydın məsələdir ki, onların sayı daha çoxdur) nitqin birbaşa məqsədi göstərilmir. Bu hallar implik­tiv hallardır. Linqvistik nəzəriyyələrdə implikasiya adı altın­da nəzərdə tutulanı kifayət qədər yöndəmsiz sürətdə "nə­zərdə tutma" kimi müəyyənləşdirmək olar.

"İmplikasiya etmək" deyəndə nəzərdə tutmaq, gizli mə­naya malik olmaq başa düşülür. Deməli, implikasiya birbaşa nitq təsiri taktikasına əks olan şeydir.

Açıq taktika implikasiyanı təkzib edir – onlar "səmimi", daha doğrusu səmimiyyət meyarına cavab verən taktika kimi qeyd olunur, belə ki, səmimiyyət məlumatda nitqin əsl məq­sə­dinin təqdimatıdır.

Belə ki, səmimiyyət meyarına uyğun olaraq mən döyüş­çünü labüd ölümə göndərərkən ona deməliyəm: "Get və öl!" Döyüşçünün həmişə belə etməsini gözləmək əlbəttə ki, müm­kün deyil, amma şübhəsiz ki, o, mənim əmrini düzgün anla­ya­caq: mən öz nitqimin məqsədini açıq şəkildə göstərmişəm.

Digər tərəfdən, əgər mən döyüşçünü labüd ölümə göndə­rərkən ona "Vətən səni irəli çağırır!" desəm, mən döyüşçünün irəli atılacağına daha çox ümid edə bilərəm. Amma bunun sə­bə­bi ikinci əmrin daha effektiv olmasında deyil, mənim nitqi­min əsl məqsədinin patriotik şüar altında gizlədilməsindədir.

Bu nümunələr birbaşa nitq təsiri taktikalarının həm müs­bət, həm də mənfi tərəflərini göstərir. Amma bu o demək deyil ki, dolayı nitq taktikalarına daha çox üstünlük vermək lazımdır və ya əksinə. Sadəcə olaraq hər bir halda məhz nədən ehtiyat etmək lazım olduğunu bilmək lazımdır.

Artıq məlum olduğu kimi, birbaşa nitq təsiri taktikası danışanın məhz nə demək istədiyinə dair dinləyicidə müəyyən dəqiq təsəvvür yaradır: burada onun nəyi nəzərdə tutduğunu ehtimal etmək və bu ehtimalın düzgün olub – olmamadığını fi­kir­ləşmək lazım gəlmir. Dinləyici qulaqlarına inanmaya bilər ("Bu nə deməkdir – "Get və öl!" Siz həqiqətən mənə həyatdan getməyi əmr edirsiniz?"), amma bu mülahizəni düzgün başa düşüb – düşməməsinə dair onun şübhəsi olmayacaq, onu sadə­cə olaraq danışanın nə dərəcədə buna ixtiyarı çatması düşün­dürəcək.

Birbaşa nitq təsiri taktikalarının hansı reaksiya doğura bi­ləcəyini anlamaq çətin deyil. Əlbəttə, fikrin formulə edil­mə­sin­dən, xüsusən də onun izah edilməsindən də çox şey asılıdır (Belə ki, "Get və öl!" daha sərt formulədir, burada "Get və öl – çünki…" daha məqsədəuyğundur). Amma bütün bu aspektləri nəzərə alsaq da dinləyicinin etirazı bütün mümkün reaksiyalar arasında ən gözlənilməz reaksiya olmayacaq: bu təbiidir!

Əlbəttə ki, dinləyicidə etiraz reaksiya doğurmaqla mən bu taktikanı xüsusi effektiv taktika kimi qəbul edə bilmərəm. Kom­munikasiyaya dair partnyorlar arasında yaranan müna­qi­şə­li münasibətlər, bir qayda olaraq, qarşılıqlı təsir aktının kəsil­mə­si təhlükəsini yaradır. Və bu birbaşa nitq təsirinin təbii nəti­cə­lərindən biridir.

Belə nitq situasiyalarında yeganə ümud edilməli şey – da­nışanın istifadə etdiyi sübutların təsir gücüdür. Əgər o, hə­qi­qə­tən müvafiq imperativlərin zəruriliyini kifayət qədər inan­dırıcı şəkildə əsaslandıra, daha doğrusu faktiki olaraq həm­söhbətini onun­la razılaşmağa məcbur edə bilsə – birbaşa nitq təsiri for­ma­sını effektiv saymaq olar.

Bu səbəbdən də danışandan belə hallarda sübutlardan isti­­­fadə etmək tələb olunur. Belə hesab edirlər ki, dinləyici mü­­­la­­hizəni əsaslandırmağa çalışarkən nitq situasiyasını pozma­maq üçün məntiqi səhv buraxmamağa çalışır. Bu isə şübhəsiz ki, danışanın fiqurlara olan yolunu açır. Yalnız onu nəzərə almaq lazımdır ki, fiqurlara müraciət nitq taktikasının dəyiş­mə­si, yəni birbaşa taktikadan dolayı taktikaya keçid deməkdir.

Birbaşa nitq təsiri taktikasından danışarkən bir şeyi də yad­­da saxlamaq lazımdır. Birbaşa təsir taktikası əslində nitqin şa­­quli qarşılıqlı təsir modelini nəzərdə tutur. Şaquli model, artıq qeyd edildiyi kimi, aşağı yuxarı (və ya yuxarı-aşağı) xətti üzrə qarşılıqlı təsirdir. Danışan və dinləyən arasındakı belə mü­nasibətlər iyerarxik strukturlaşmış kommunikasiyanı ehtiva edir.

Adi hallarda danışan iyerarxiyada daha yüksək səviyyə tutur. Danışan dinləyənə nəzərən "yüksək instansiya" rolunda çıxış edir. Aydın məsələdir ki, belə şəraitdə kommunikasiya cə­hətdən partnyorların bərabərhüquqlu olmasından söhbət belə gedə bilməz. Qarşılıqlı təsirin şaquli modeli şəraitində din­lə­yiciyə təklif olunan şey – göstərişə qulaq asmaq və ona uyğun fəaliyyət göstərməkdir. Məlumata tənqidi yanaşma bu­rada istis­nadır.

Şaquli nitq qarşılıqlı təsiri modelinin əlamətləri ilə bir­ba­şa nitq təsiri taktikasının müqayisəsindən çıxan nəticəyə əsa­sən məhz onlar həmsöhbətlərin iyerarxik münasibətlərinə da­ha yaxşı uyğunlaşa bilir. Birbaşa nitq qarşılıqlı təsiri tak­ti­ka­sında din­ləyici daha çox passiv rol oynayır.

Əgər dinləyici orduda olduğu kimi "əmri müzakirə etmə­dən yerinə yetirirsə", onda danışanın öz vəzifəsinin öhdə­sin­dən gəldiyini demək olar. Bu həm də o deməkdir ki, danışan öz həmsöhbətinə effektiv təsir göstərə bilib: axı əmrini mü­za­ki­rə edilmədən yerinə yetirilməsi həm də o deməkdir ki, müla­hizənin məzmununu tam başa düşüblər. Dinləyicidən mənasını başa düşmədiyi əmri yerinə yetirməyi tələb etmək mənasızdır və hətta danışanın özü üçün də təhlükə yarada bilər.

Bu səbəbdən də yalnız birbaşa nitq taktikasını seçmək deyil, həm də effektiv təsir vasitələri tapmaq da zəruri əhə­miy­yət kəsb edir. Əgər dinləyici sözün, hərəkətin mənasını başa düşmürsə, onda bu sırf formal xarakter daşıyır. Xarakterik nü­mu­­nə – bu dərsliyin müəllifi bunu orta məktəbdə pedaqoji prak­­tikada olarkən müşahidə edib. Dərsin qızgın vaxtında boş koridorda bir sinif qapısının yanında birinci sinif şagirdi ağla­yırdı. Onu sakitləşdirmək mümkün deyildi. Ondan nəyin baş verdiyini soruşanda o, cavab verdi: "Müəllim məni sinifdən qovub!" – "Niyə?" – "Dərs prosesini pozduğuma görə". Birinci si­­nif şagirdi həqiqətən nəyin baş verdiyini, yəni səhvini anla­mırdı.

Bu nümunədən də göründüyü kimi, mənanın "ən sadə" ifadəsi danışan və dinləyən arasındakı münasibətlərdəki ahən­gi nəzərdə tutur. Sual yaranır. Həqiqətən biz dinləyicinin si­ma­­sında ötürmək istədiyimiz və ötürdüyümüz miqdarda və key­fiy­­yətdə məlumatı eyni miqdarda və keyfiyyətdə dəyərlə­ri­mi­zin inkarı hesabına olsa da məlumatın "gedişində" lazım olan informasiyanı əldə edə bilən dinləyici – həmsöhbət lazım­dır? "Si­zə etiraz etməyə cəsarət edən adamlara etibar edin!" – bu söz­lər II Yekaterinaya məxsusdur və yəqin ki, nitq aktında partnyorlar arasındakı ideal münasibətləri xarakterizə edir.

Hipotetik olaraq nitq taktikasının səmərəliliyi və son nə­ti­cədə effektivliyi – dinləyicinin yaradıcı aktivliyinin dərəcə­sin­dən birbaşa asılıdır. Onun yaradıcı aktivliyi hətta danışanın ən mükəmməl konsepsiyasına belə kor-koranə tabe olmaq ilə bir araya sığmır.

Birbaşa formulə ediləni ya qəbul etmək, ya da inkar etmək mümkündür. Dolayı yolla formulə etmək və ətraflı şə­kil­də düşünmək lazımdır. Bu səbəbdən də dinləyicini söhbətə dəvət edərək (daha doğrusu nitq situasiyasının üfüqi modeli qu­­raraq), biz ona həqiqətən məlumatın məzmununun "qurul­masın"da iştirak etməyə imkan yaradırıq.

"Yaxşı keyfiyyətli" məlumatın cəlbedici olması danışanın dinləyiciyə olan inamının səviyyəsindən asılıdır: müasir təd­qi­qatçılar tərəfindən "yaxşı" nitq qarşılıqlı təsir aktının məlumatı "göndərən" ilə "qəbul edən" arasındakı dialoq kimi nəzərdən keçirilməsi bəlkə də bununla izah oluna ilər (Bax.: Muravğeva N.B. Tekstı massovoy informaüii i auditorii. M., 1989).

Belə dialoq həm birbaşa, həm də dolayı nitq qarşılıqlı tə­siri taktikaları vasitəsilə həyata keçirilə bilər.

Bununla belə birbaşa nitq qarşılıqlı təsiri, bir qayda ola­raq, səmimiyyət meyarı ilə ziddiyyət təşkil etmir, onun effek­tivliyinin səviyyəsi isə həmişə şübhəli olur.

Danışan açıq şəkildə həmsöhbətini neyəsə məcbur edən­də bu onun xoşuna gəlmir. Yeri gəlmişkən, reklam sahəsindəki tədqiqatlar göstərir ki, reklam janrında istənilən imperativ­lər­dən qaçmaq lazımdır, belə ki, "saxlayın" (pulları əmanət kas­sasında saxlayın), "alın" (yalnız bizdən alın) və s. kimi söz­lər dinləyicini əsəbləşdirir (ən yaxşı halda isə onda sual yara­nır: "Nəyə görə?").

Buna görə də, məsələn, hətta birbaşa nitq təsiri zamanı be­lə həmişə kommunikativ məqsədi həddindən artıq birbaşa formulə etmək məsləhət görülmür – hətta həddindən artıq məhdud birbaşa ifadə formaları içərisində də seçim imkanı var. Məsələn, "Rədd ol!", "Get burdan!" və "Zəhmət olmasa, ge­din!" kimi birbaşa ifadələr arasında da müəyyən fərqlər var.

Amma, təəssüf ki, belə seçim imkanı həmişə olmur: bir­başa nitq təsirinə xas olan əlamətlərə, yuxarıda qeyd edildiyi kimi, həm də şəkildə dəyişmənin çətinliyi və çox vaxt müm­künsüzlüyü də daxildir, daha doğrusu, hər bir konkret halda bu taktikanın köməyi ilə qurulan məlumatı başqa cür də formulə etmək mümkün olmur. Belə ki, birbaşa nitq taktikası sözlərin bir­başa mənasından istifadə edir.

Məsələn, əgər sizin məqsədiniz – sizdən borc alan şəxs­dən borcun qaytarılmasına nail olmaqdırsa, onda çətin ki, xa­hişinizi birbaşa taktika ilə ifadə etmək üçün sizin çoxlu alter­nativ variantlarınız olsun. Aydın məsələdir ki, birbaşa nitq kimi aşağıdakı nitq kompleksi çıxış edə bilər: "Zəhmət olmasa, mənim pulumu geri qaytarın". Digər variantlar isə dolayı tak­tikanı ifadə etmiş olacaq: Məsələn, "Deyəsən indi sizin pulu­nuz var?" (neytral variant), "sən nə vaxta kimi mənim pulla­rı­mın hesabına yaşayacaqsan?" (təhqiredici variant).

Məlum olduğu kimi, effektiv birbaşa taktika üçün danı­şa­nın seçdiyi sözlərin nitq situasiyasını dəqiq şərh edilməsi la­zım­dır.

Beləliklə, effektiv birbaşa taktika üçün aşağıdakı tələblər var:

- məlumatda danışanın kommunikativ məqsədinin pis olmamasını tələb edir (daha doğrusu kommunikativ məqsəd məlumata ziyan yetirmədən məlumatda əks oluna bilər);

- məlumat həddindən artıq dəqiq ifadə edilir və onun yalnız bir düzgün şərhinə icazə verilir;

- məlumat əsaslandırılır və ya, əgər zərurət yaranarsa, əsaslandırıla bilər;

- əgər arqumentlər varsa, onda onlar məntiqi səhvlərə ehtiva etməməlidir;

- məlumat üçün seçilən dil vahidləri nitq situasiyasını dəqiq şərh etməlidir;

- məlumat üçün seçilən dil vahidləri birmənalı olmalıdır və onların ifadə etdiyi anlayışlar dəqiq müəyyən edilməlidir.




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin