Ofeliyanın ad günündə demək istədiklərim
Siz indicə kobud, biçimsiz bir səsin ifasında istəkli şairimiz M.Müşfiqin lirik obrazlı bir şeirinə bəstələnmiş daha həzin, lirik ovqat təlqin edən musiqini dinlədiniz.
Bu mənim Sizin hamınız adından Ofelya xanımın ad gününə gətirdiyim hədiyyədir. Adətən belə vaxtlarda hədiyyə üçün narahatlıq keçirirlər: "Görəsən, nə alsam yaxşı olar? Bəlkə elə pul-para verim".
Yox Ofelya xanım, Sizin zövqünüzü bildiyim üçün mən ayrı yolu seçdim. Bildim ki, Sizi heç nə ilə təəccübləndirmək olmaz: nə hədiyyə, nə pulla. Sizin axilles dabanınız bir gözəl güllərdir, bir də gözəl şeir nümunələri. Mən də bu gözəl gün üçün gül də gətirmişəm, şeir də, hələ desəniz, şeirlə müsiqinin vəhdəti olan mahnı da... Hərçənd ki, əziz bacım, sən hər cür hədiyyənin (hətta o hədiyyə mahnı, şeir, gül olmuş olsa belə) fövqündəsən.
Bir neçə il bundan əvvəl (ilin qədərini qəsdən özüm demirəm, nə fərqi nə qədərdir, tutalım, 25 il) bax elə bugünkü gün dağlar qoynunda yerləşən axarlı-baxarlı Fındığan kəndində bapbalaca bir qız göz açdı dünyaya. Valideynləri bir balaca məyus oldular. Axı, hamı oğlan gözləyirdi.
Yəni ki, onda qız doğulduğu üçün təəssüf keçirən Qəmər ana onunçün həmişə uşaqcığaz olan Ofeliyanı boylu-buxunlu, zəhmli oğlanlarla dəyişməz. Çox oğullar bu balaca, çəlimsiz qızın iradəsi, fəhmi, zəhmi qarşısında özünü itirib qapı yerinə pəncərəyə doğru addımlayıb.
Ağaşərif boyda cəmdək Ofelya xanımın çağırışına nə cür, hansı hisslərlə gəldiyini bilmirəm, amma oradan kronna sürəti ilə çıxdığını və sonra da sağ-salamat olduğu üçün Allaha dua etdiyinin həmişə şahidi olmuşam və daxili zövq duymuşam. Nə isə...
İndicə eşitdiyiniz bu mahnı nə igidlikdən, nə cəsarətdən, nə zəhmdən, nə də adamı əsarətdə saxlamaqdan bəhs etmir. O, ürək, könül haqqında simfoniyadar. Bu şeir, bu mahnı ürəksiz yaşayanlara, ürəklə oynayanlara, elə-belə ömür keçirənlərə xəbərdarlıqdır. Gözəl şairimiz F.Qoca demişkən:
Üç cür olur çalğıçılar
Biri elə çalır,
Biri belə çalır,
Biri də elə-belə çalır.
Dad o "elə-belə" çalmağın əlindən.
Deyirəm nə yaxşı ki, Ofelya ömrünü elə-belə ürəksiz yaşamır. Dünyanın ən böyük dərdi-sərindən tutmuş, dostlarının ən xırda ağrılarına qədər Ofelyanın ürəyinin qonağıdır.
Çoxları onun gözəlliyinə, zövqünə, geyim-keciminə həsəd aparırlar. Amma bu hisslər ona çox uzaqdır. Heç kəsin paxıllığını çəkmir. "Qonşunu iki inəkli istə ki, özünün bir inəyi olsun" prinsipini rəhbər tutur. Bircə onun istedadına həsəd aparmaq mümkün deyil. Şairlik, rəhbərlik, müəllimlik istedadına. Bu allah vergisidir, axı. Bilmirəm, bəzən zornan şair olmaq, Ofelyanın təqlid etmək istəyənlər də tapılır. Amma Ofelya heç kimi təqlid etmir., heç kimə oxşamaq istəmir. O, Cəlaləddin Rumi demişkən "necə görünürsə elədir, necədirsə elə görünür".
Bax, budur istedadla şəxsiyyətin bəhrəsi. Ona görə də Ofelya maraqlı adamdır, bitkin şəxsiyyətdir; insan kimi də, şair kimi də, müəllim kimi də, dost-yoldaş kimidə, ana-qadın kimi də.
Dostları ilə paylaş: |