Abdulla:
Mən aşiqəm Xaçatur
Adam olmaz Xaçatur
Çox da hərzə danışma
Ermənisən xaça dur.
Xaçatur:
Mən özüməm Xaçatur
Aşiq olub Xaçatur
Sən də hərzə danışma
Müsülmansan, dinc dur.
Abdulla:
Mən aşiqəm Xaçatur
Adam döyül Xaçatur
Gör necə burun edir
Levon, Sərkis, Xaçatur.
Xaçatur:
Cavab verir Xaçatur
Müsəlmanlar xar atır
Abdullaya dost olub
Levon, Sərkis, Xaçatur.
Abdulla:
Abdullanı qəm əyər
Sənnən ola can-ciyər.
Həm qonşuyuq, həm qardaş
Fikrin nədi Xaçatur?
Xaçatur
Xaçaturam qurbanınam
Ay Abdulla, heyranınam.
Müsəlmanlar qurbanda
Özüm, atam, bir də anam.
Bicolu Abdullanın yaradıcılığından xatirələrdə ilişib qalan 3-4 nümunə əsasında əlbəttə, onun tamam-kamal yaradıcılığı və şəxsiyyəti haqqında fikir yürütmək çətindir. lakin başqa bir şeyə ümidimiz olmadığı üçün biz bu fikrə düşdük. Yəqin ki, bundan sonra da imkan düşdükcə biz axtarışları davam etdirəcəyik və yeri gəldikcə Abdullanın həyatı, fəaliyyəti ilə bağlı söhbətləri davam etdirəcəyik.
Son söz kimi onu demək istəyirəm ki, Abdulla çox şərəfli bir baba ömrü yaşayır. İndi onun nəticələrindən biri onun mübarək adını daşıyır. başqa bir nəticəsi isə Abdullanın şərəfli işini davam etdirir, Gülümşah Əhliman oğlu təxəllüsü ilə şeirlər yazır. İctimai-siyasi fəaliyyətini davam etdirən nəvə-nəticən yoxdu, baba, hələ səndən sonra heç kim o ağırlığında yükün altına girməyə cəsarət etməyib.
Amma yəqin ki, su gələn arxa bir də gələr, baba. Sənin apardığın böyük işin davamını yaşayan nəvələrin də olacaq, hələ sənə qəni-qəni rəhmət oxuyan nəvələrində.
İndi isə Əziz baba, Əhlimanoğlunun şeirlərindən birini sənin ruhuna ərməğan kimi bu yazıda xatırladıram.
Oqtay Şamil üz çevir Sanqalana,
Ana Bico, Vətən Bico, can Bico.
Baş əyməyib o zamanın cövrünə
Ağa Bico, sultan Bico, xan Bico.
Yasamalı keçsəm imana gəlləm
Düzəlməz işlərə gümana gəlləm.
Xan Bico olmazsa hayana gəlləm
Ana Bico, Vətən Bico, can Bico.
Başqası sədamı gec alar mənim
Qollarım adından güc alar mənim
Çıxmayır yuxumdan gecələr mənim
Ana Bico, Vətən Bico, can Bico.
Dostları ilə paylaş: |