Oğul sözlərimə yaxşı qulaq as


Ömürşah Hörmətli Anar!



Yüklə 281,08 Kb.
səhifə25/56
tarix01.01.2022
ölçüsü281,08 Kb.
#103176
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   56
Ömürşah


Hörmətli Anar!
"Sizsiz" əsərinizi oxuduqdan bu günə kimi keçən çox illər ərzində dəfələrlə Sizə məktub yazmaq fikrinə düşmüşəm. Hər dəfə də məktubdan xyli yazmışam. Yarımçıq qalıb. Yəqin ki, məktubu yazıb qurtarsaydım belə göndərməyəcəkdim. Çünki ondan sonra dəfələrlə Sizin yaradıcılıq gecələrinizdə olmuşam, bir kəlmə danışmamışam, ya danışmağa cürətim çatmayıb, ya deməyə sözüm olmayıb (sözümün olub-olmamağı məktubdan bilinir). Mən də belə tipəm. "Danışmaqdan danışmamaq yaxşıdır" prinsipini üstün tuturam. Təəssüf ki!

Nə isə... Məktub yazmaq istəyimə "Sizsiz" povestinizdəki bir məsələ səbəb oldu. Amma indi "Ədəbiyyat" qəzetində "Azərbaycan Yazıçılar Birliyinin" iclasından verilən reportajdan sonra qət etdim ki, məktubu sizə göndərməsəm də, hökmən yazmalıyam.

Məktubda xatırladılan məsələlərin tarixi 25 il bundan əvvələ gedib çxır. Burada Sizə xatırladılması qeyri-münasib hesab olunan məqamlar olarsa, qabaqcadan üzr istəyirəm.

"Sizsiz" povestində qeyd edirsiniz ki, Yazıçılar İttifaqlarının iclaslarından birində B.Nəsib, R.Rzanın nahaq tənqid olunmasına dözə bilməyib, etirazını bildirib. Və Siz əsərinizdə təkrar-təkrar B.Nəsibin bu fədakarlığına öz münasibətinizi bildirirsiniz. Bizim o istəkli qardaşımız B.Nəsibə nə vardı ki?! Təqaüddən kəsilməyəcəkdi, institutdan qovulmayacaqdı. Olsa-olsa bir müddət şeirlərinin çapı dayandırıla bilərdi. Ona da gücləri çatmazdı. B.Nəsib də astaca tikan deyildi.

Elə məktubu ona görə yazıram ki, R.Rzanın şəxsiyyəti, adı ilə bağlı müxtəlif söhbətlər, xatirələr eşidəndə təəccüblənməyəsən. Çünki bu adi haldır.

R.Rzanın istedadına və şəxsiyyətinə ümumxalq məhəbbəti Azərbaycan əhalisinin adi davranış və həyat prinsipidir. Hamı mərhum R.Rzanı anırdı, ona hörmət bəsləyirdi. düz 26 il bundan əvvəl mən də bir hadisənin şahidi və iştirakçısı olmuşam.

Düzü, gəncliyimin ilk illərində, orta məktəbdə oxuyanda R.Rzanın yaradıcılığını bəyənməmişəm. Elə oxuduqlarımı müəllimlərin qorxusundan oxumuşam. Baxmayaraq ki, ədəbiyyata güclü meylim var idi. Ali məktəbə daxil olduqdan sonra (mən APİ-ni qurtarmışam) BDQ-da oxuyan dostum və yaxın qohumum – indi o yaxşı şairdir – Oqtay Şamilə bunu bildirdim. O, məni ciddi məzəmmət etdi. dedi ki, sən onda şöbəni dəyiş. R.Rzanı hər gün mütaliə etməyəndən, onu əzbər bilməyəndən filoloq olmaz.

O.Şamil mənə məsləhət gördü ki, mən tez-tez Rəsul müəllimin poeziya gecələrinə getdim. Onun günü dinləyim. Sən demə bunda bir sehir var imiş. Doğrudan da, bir-iki görüşdən sonra hər şey büsbütün dəyişdi. O vaxtlar müxtəlif Ali məktəblərdə, kitabxanalarda belə görüşlər keçirilməsi ənənəvi hal idi. Rəsul müəllimin şeir gecələrində bir neçə dəfə iştirak etdikdən sonra onun kitablarımı tapıb yığdım. Ciddi mütaliəyə başladım. Məni Rəsul Rza poeziyası indi elə bil ki, ovsunlamışdı.

Deyə bilmərəm ki, mən R.Rza yaradıcılığından tamam bixəbər idim. Altmışıncı illərin ortalarında "Rəmzlər" silsiləsinin əks-sədasından xəbərdar idim. Həmin bir müəllifin də məqaləsini yadımda saxlamışdım: "Şeir, yoxsa tapmaca?! Müəllifin kimliyidən xəbərim yox idi, bilmirdim ki, tale məni bu müəlliflə qarşılaşdıracaq. (Yazılarınzıdan görürəm ki, Siz bü müəllifi tanıyırsınız). Bəli, R.Rza yaradıcılığı ilə yeni-yeni isinişirdim ki, 1964-cü ildə hərbi xidmətə aparıldım. Qəribədir ki, yazıçı Anarla tanışlığım uzaq Kainsberq şəhərində oldu. Vaxt və imkan baxımından müxtəlif çətinliklərlə üzləşən əsgərin qırmızı guşədə əlinə həftəlik "Nedelya" qəzeti keçmişdi. Qəzeti vərəqləyərkən birdən-birə hekayənin sonunda "perevod s azerbaydjanskoqo" sözünə rast gəldim. Təzədən hekayənin başlanğıcına baxdım. Müəllifini xatırlamağa çalışdım "Anar". Heç nə demədi mənə bu ad. Lakin hekayəni oxudum. Rus dilini yaxşı bilməsəm də elə iştaha ilə oxudum ki. Bu "Mən, sən, o və telefon" hekayəsi idi. Özüm-özümü o ki var danladım: "Sabah, birigün ədəbiyyat müəllimi olacaqsan, belə hekayəni oxumamısan, belə istedadlı yazıçını tanımırsan, fikirləşirdim ki, yəni adlı-sanlı yazıçıdır. Mən ədəbi prosesdən geri qalmışam. Ona görə də tanımıram və s. Yoldaşlarıma – alayda olan azərbaycanlılara müraciət etdim. Heç kim tanımadı. Bir az sakitləşdim. Dedim yəqin tanınmış yazıçı olsaydı bir-iki adam tanıyardı.

Amma çox şən əhval-ruhiyyədə idim. Yoldaşlarımla birlikdə bayram etdik. Qəribçilikdə belə şeylər az əhəmiyyətli deyil.

Nəhayət, hərbi xidməti qurtarıb Bakıya qayıtdım. Təhsilimi davam etdirməyə başladım. Elə o dəqiqə Anarla maraqlandım. dedilər ki, çox maraqlı yazıçıdır, özü də Rəsul Rzanın oğludur. Oqtay Şamillə görüşdüm. O artıq universiteti bitirmiş, Azərbaycan radiosunda işləyirdi. Mənə müfəssəl məlumat verdi və dedi ki, mən Sizin çapdan çıxmış ilk kitabınız haqqında yazı yazım. O da radioda səsləndirsin. Mən razılıq versəm də o işi yerinə yetirmədim. Sizin haqqınızda yazı yazmağın çəkisindən qorxurdum. Bəlkə indi təklif olunsa o işə həvəslə girişərəm. Mətləbdən uzaq düşsəm də, deməliyəm ki, o vaxtdan bəri yaradıcılığınızı, ictimai fəaliyyətinizi izləyirəm və bəyənirəm. Demək olar ki, bütün əsərlərinizi, rus dilində çıxanları da oxumuşam. Amma Dədə Qorqud dünyası" əsərinizi məncə yaradıcılığınızda deyil, ümumiyyətlə, bütün türkologiyada və albanşünaslıqda əhəmiyyətli hadisə hesab edirəm. "Dantenin yubileyi", "Mən, sən, o və telefon", "Ötən ilin son gecəsi" və s. əsərlərinizi həvəslə oxuyuram, onlara tez-tez müraciət edirəm.

Məncə, "Dədə Qorqud dünyası" əsərinizlə Azərbaycan xalqının yaranması haqqında yanlış təsəvvürlərə son qoyulacaq hər halda ilk təşəbbüs edilmişdir. Bu təşəbbüs özü də çox yaddaqalandır, əsaslandırılmışdır. İlk nəticələr görünür. Mən həmin əsərdən çıxış edərək xalqımızın etnogenesini müəyyənləşdirmək cəhdində olan bir neçə məqaləni artıq oxumuşam. Onlar Azərbaycan ərazisində qədimdən, yəni oğuz-səlcuq turklərinin Zaqafqaziyaya və Kiçik Asiyaya gəldiyindən əvvəllər də türklərin yaşadığını təsdiq edirlər.

Nə isə, qayıdaq əsas mətləbə.

1968-ci ildə şair Məmməd Arazın "Ömür karvanı" adlı kitabı ilə əlaqədar "Ədəbiyyat və İncəsənət" qəzetində Ş.Qurbanovunmu, Salmanovunmu bir sərt yazısı çıxmışdı. Qəzeti aldım, oxudum. Dərsdə bunu bizə rus ədəbiyyatından dərs deyən Əhəd Hüseynova göstərdim. Kaş göstərməyəydim. Ay qardaş, dərsdə Əhəd bir həngamə qopardı ki, kişi oddan köynək geydi. Ağzına gələni danışmağa başladı. Biz əvvəl heç nə başa düşmədik. Elə bildik ki, bu nalayiq sözləri məqalə müəllifi haqqında deyir. Sonra gördük ki, tez-tez Rəsul Rzanın adını çəkir və müəllimə yaraşmayan, auditoriyaya layiq olmayan sözlər işlənir. Başa düşdüm ki, bu dedikləri Rəsul Rzaya aiddir. Təəccübləndik və soruşduq ki, Rəsul Rzanın bu yazı ilə nə əlaqəsi və niyə birdən-birə Siz Rəsul müəllim haqqında danışmağa başladınız? Cavab verdi ki, bu məqalə müəllifin deyil, bunu yazdıran var; O, Rəsul Rzadır. Düzü yer ayağımın altından qaçdı, gözlərim qaraldı. Deməli, bu səhərdən dediklərini Rəsul Rza haqqında deyirmiş.

Haqsızlığa və ədalətsizliyə dözmədim, etiraz etdim. Səmərəsi olmadı. R.Rzaya ədavətləri olduğunu dedi. Yadıma düşdü: "Şeir yoxsa, tapmaca", özü dedi ki, mən onun "Rənglər" şeiri haqqında məqalə yazmışam, imkanı olsa həmin məqalədən ötəri məni məhv edər və s., və ilaxır. O, gəncliyi sevmir, Məmməd Arazı heç sevmir, ona görə də onu bu günə saldılar.

Mən artıq dözə bilmədim. Növbə mənim idi. "Müəllim, mən inana bilmirəm ki, belə xırda hisslərlə yaşayan müəllim bizi tərbiyələndirə bilsin. O ki, qaldı Rəsul Rzaya, o müasir poeziyanın ən qüdrətli şairidir. Sizin aranızdakı münasibətin isə nə bu auditoriyaya, nə bu məqaləyə, nə də ki, o kişinin yaradıcılığına dəxli yoxdur. Səhərdən dedikləriniz və Rəsul müəllimə deyil, daha çox Sizin özünüzə aiddir. Rəsul müəllim əgər Sizinlə düşmənçilik edirsə də, kişi kimi eləyir. Siz isə bizi köməksiz görüb yanımızda kişilənirsiniz, qeybətlə məşğul olursunuz".

Bunu deyib sinifi tərk etdim və düz üç ay bu müəllimin dərsinə gəlmədim. Həmin dərsdən imtahana ciddi hazırlaşdım. Tolstoyu, Qoqolu, Çexovu oxudum. İmtahana gedəndə qiymətimi proqnozlaşdırmışdım. Yəqin bilirdim ki, belə "müəllim" mənə ikidən başqa qiymət yazmaz. Gümanım düz çıxdı. Bir neçə dəfə imtahana getdim, həmişə də "2" aldım. Yay tətilinə buraxıldım. Sentyabr-oktyabr aylarında da bir neçə dəfə göndəriş verildi getdim və hər dəfə "2" aldım. Axırıncı dəfə imtahana buraxıldım. Əgər yenə də "2" alsaydım sinifdə saxlanılacaqdım.

Hamı görürdü – tləbə yoldaşlarım da, qohum-əqrəba da. Məni məzəmmətləyən də olurdu, başıma ağıl qoyan da. Bəziləri deyirdilər ki, get Rəsul müəllimə de. O, bu işə bir əncam çəkər. Razılaşmırdım. Deyirdim ki, qətiyyən Rəsul müəllimi narahat etmərəm. Mən Rəsul-Rzanı yox, haqq-ədaləti müdafiə etmişəm. Auditoriyada böyük mütəfəkkir şair haqqında hədyanlara dözməmişəm. Bir də ki, Rəsul müəllim bunu məndən xahiş etməmişdi ki. Öz təşəbbüsümdür, ürəyimin hökmü ilə hərəkət etmişəm. Kursda qalmaq nədir, hətta institutdan çıxarılsam da ürəyimcə olacaq.

Qonum-qonşudan da məni günahlandırırdılar. Eh - deyirdilər, özünçün umac ova bilmirsən, başqasına əriştə kəsirsən. Qazancın nədi 8 aydır təqaüd almırsan, sabah-birigün kursda saxlarlar səni. (Anar müəllim, xahiş edirəm bu təqaüd söhbətinə rəng verməyəsiniz. O vaxt vəziyyət doğrudan da, çətin idi. Ailəmiz böyük, dolanacaq çətin idi. Atam kolxozda – Ağsu rayonunun Bico kəndində işləyirdi. Təqaüd ümidinə idik). Tez etiraz edirdim. "Rəsul müəllim özgə deyil, o hamımızın qohumu, dostudur. Mənim isə mənəvi atamdır (Mən şair və yazıçı deyiləm).

Nə isə uzun haqq-hesabdan sonra mən qiymət aldım. Əhəd məğlub oldu. Amma mənim də qalibiyyətimdə Rəsul Rza poeziyasından gəlmə sərtlik özünü göstərdi. Elə indinin özündə də həyatın müxtəlif çətinliklərində R.Rzanın poeziyasından gəlmə hisslər özünü göstərir.

Mənim fikrimcə, Rəsul Rza, özünün dediyi ki, "qorqoduqların" dilində söz olmamalıdır. Xatırlayırsınızmı, "Qızıl gül olmayaydı" poemasında - "Vaxt oldu araya girdi qorqoduqlar, sənəti yumruqla, ilhamı zirzəmi ilə qorxutdular – misralarını?

Amma, o başabəla müəllim auditoriyada ən insani qaydaları, nəzakət qaydalarına belə riayət eləməmişdi. Haqlı olaraq da cəzalandırıldı. Bu hadisədən 25 ilə qədər vaxt keçir. Mən indi də, özüm müəllim olduğum, şagird qarşısında söhbət etdiyim zaman da elə hesab edirdim ki, düzgün hərəkət etmişəm. Çünki R.Rza kimi şəxsiyyətlər bütöv bir xalqın müəllimidir və onu hamı qorumalıdır. Onu hamı sevir, Anar müəllim, Sizin atanız olduğu üçün yox, şəxsiyyət olduğu üçün, kişi olduğu üçün. Buna əmin ola bilərsiniz.

Bu yaxınlarda "Azadlıq" qəzetində çap olunun məqaləni oxudum. Əvvəlcə əhəmiyyət vermədim. Sonra AXC-nin üzvləri ilə söhbət zamanı qəsdən söhbəti hərləyəib-fırladıb sizinlə bağlı söhbətlərin üstünə gətirdim. Gördüm ki, Sizin xidmətlərinizə qəsdən göz yumulur. Cəbhəçilərin hamısı eyni fikri deyirlər, istər rayonlu olsun, istər bakılı. İstər-istəməz yadıma keçmiş günlər düşdü. Mərhum Rəsul müəllimin haqlı-haqsız tənqid olunması (şeir, yoxsa tapmaca), bir də Elçin Quliyevin məqaləsi. Elə Yazıçılar İttifaqının iclasında da bəzi çıxışların mahiyyəti aydın olmur (İ.İsmayılzadı, K.Abdullayev və s.)

Tarix təkrar olunur, qardaş. Bunun qarşısını almıq mümkün deyil.

Şeir də təkrar olunur:
Vaxt oldu araya

girdi qorqoduqlar, sənəti yumruqla,

ilhamı zirzəmi ilə qorxutdular.
Anar müəllim, mən müəlliməm. 20 ildən çoxdur ki, orta məktəbdə Azərbaycan dili və ədəbiyyatdan dərs deyirəm. Açığını deyim ki, orta məktəb proqramları çox bəsitdir, primitivdir. Yeniyetmənin əqli, mənəvi inkişafı üçün material vermir. Nə qədər Lenin, narmiya haqqında danışmaq olar? Millilik nəzərə alınmır. Axı millilik ümumbəşəri ideyaların əsasını təşkil edir.

Sizin "Ötən ilin son gecəsi" əsərinizdə çox böyük problemlərə toxunulub. Məhəbbət, sevgi, hicran, vəfa, sədaqət, dünya, həyat, ölüm haqqında dünyanın heçliy i-puçluğu haqqında hər şey bu əsərdə öz əksini tapıb. Mən tez-tez icmal mövzuları zamanı Sizin də və ya digər əsərdəriniz haqqında söhbət açıram. Deyirlər ki, gələcəkdə ədəbiyyat müəllimlərinə müsətəqillik veriləcək, proqramlarını ədəbi materialların seçilməsində. Mən onda tərəddüd etmədən Sizin bir neçə əsərinizi proqrama daxil edəcək, -------------??? Təhminənin faciəsini yeniyetmələrə öyrədəcəyəm.

Hər il dərs dediyim məktəbdə R.Rzanın xatirə günü keçirilir. İmkanınız olsa həmin günlərdə iştirak edərdiniz.

Sizdən xahiş edirəm ki, bir neçə il bundan əvvəl "Literaturnaya qazeta"da Sizin haqqınızda çıxan yazını Azərbaycan dilində çap etdirəsiniz. ------????????????????????




Yüklə 281,08 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin