Mülkü müdafiə 125
§ 22. FÖVQƏLADƏ HALLAR VƏ ONLARIN TƏSNİFATI Müasir dünya çox böyük bir problemlərlə üzləşmişdir. Bu
problem ondan ibarətdir ki, cəmiyyətin bazasını təşkil edən
sənaye texnologiyası durmadan inkişaf edir, sənayenin inkişaf
nəticələri insanların rifahının yüksəlməsi ilə yanaşı, təbiətə də
zərər vurur. Bu da xalq təsərrüfatı sahələrində, energetika və
kimya sənayesi müəssisələrində qəzaların yaranma təhlükəsini
çoxaldır. Yüksəlişi təmin edən proseslər ətraf mühit üçün,
insanların həyat və sağlamlığı üçün təhlükə mənbəyinə çevrilir.
Müasir texnologiyanın inkişafında, nəqliyyatda, kimya
sənayesində, güclü təsirli zəhərli maddələr istehsal edilən
müəssisələrdə baş verən qəzalar, maddi itkilər, insan təlafatı ilə
nəticələnən təbii və texnogen xarakterli fəlakətlər mülki
müdafiənin həyata keçirdiyi tədbirlərin vacibliyini tələb edir.
Fövqəladə halları qiymətləndirmək və nəticələri aradan
qaldırmaq məqsədilə fövqəladə hallar tiplərinə, növlərinə,
miqyasına və nəticələrinin ağırlığına görə təsnif edilir.
Fövqəladə hallar
münaqişəsiz (sülh dövründə FH) və
münaqışəli (müharibə dövründə FH) növlərinə ayrılır.
Münaqişəsiz fövqəladə hallara aşağıdakılar aiddir:
Texnogen xarakterli fövqəladə hallar
Təbii xarakterli fövqəladə hallar
Ekoloji xarakterli fövqəladə hallar
Sosial-siyasi xarakterli fövqəladə hallar
Texnogen xarakterli fövqəladə hallar: nəqliyyatda baş
verən qəzalar, qurğuların qəflətən uçması, elektrik enerjisi
sistemlərində və başqa həyat təminatlı kommunal sistemlərində
baş verən partlayışlar, hidrodinamik qəzalar, radioaktiv
maddələrin ətrafa sızması, təmizləyici qurğularında baş verən
Mülki müdafiə 126
qəzalar,
sənaye-istehsalat
müəssisələrində