Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə88/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Marxallar.
 
Qar kütləsinin dağ zirvələrindən və yamaclardan 
sürüşüb axması və sürüşdükcə yeni qar kütlələrini özü ilə 
aparmasına – MARXAL deyilir.
Qar 
uçqunlarının 
əmələ gəlməsinin əsas səbəbləri 
yamaclarda qarın həddindən artıq yığılması, qar kütləsinin 
daxilində gedən kristallaşma prosesi və qar sahəsinin 
temperatur 
dəyişkənliyi 
nəticəsində 
sıxlaşmışdır. Qar 
uçqunlarının sürəti 20-30 m/san-yə çata bilər (şəkil 34). 
 
Şəkil 34. Marxal (qar uçqunu) 
Qar uçqunları zamanı onun önündə əmələ gələn hava dalğası 
çox güclü dağıdıcı qüvvəyə malik olur. Qar uçqunları dağlarda 


Mülki müdafiə 
138 
mailliyi 15° və qarın hündürlüyü 40-50 sm-dən yuxarı olan 
yamaclarda baş verir.
Təbii yanğınlar. 
Təhlükəli təbii yanğınlar (meşə-çöl 
yanğınları və s.) nəzarətdən çıxmış odun alovun kor təbii 
sürətlə yayılmasından ibarətdir. Meşə yanğınları ağac və kolları 
məhv edir, qiymətli fauna (heyvanat aləmi) zərər çəkir. Yaşayış 
məntəqələrinə yaxınlıqda yerləşən meşədə baş verən yanğınlar 
daha təhlükəlidir. Belə hallarda əhalinin evləri və digər əmlakı 
məhv olur. İnsanlarda müxtəlif dərəcəli yanıqlar, bəzən ölüm 
halları baş verir (şəkil 35). 
 
Şəkil 35. Meşə yanğınları 
Respublikanın kənd rayonlarında meşə yanğınları (meşələr 
ərazinin 11 faizini təşkil edir), qış və yay otlaqlarında, yetişmiş 
arpa və buğda zəmilərində, pambıq sahələrində yanğınlar ola 
bilər. 


Mülki müdafiə 
139 
İnfeksion xəstəliklər.
Respublikanın ərazisində taun 
xəstəliyinin 3 təbii mənbəyi, habelə vəba xəstəliyi yayılan 
təhlükəli sahələr müəyyən edilmişdir. 
Zaqafqaziyanın düzəngəh-dağətəyi, təbii taun mənbəyi olub
sahəsi 500 min hektardır. Bura, Qazax, Ağstafa, Tovuz, Xanlar, 
Şəmkir, Salyan, Goranboy, Yevlax, Ağdaş kənd rayonlarını, 
habelə Mingəçevir şəhərini, Bakının Qaradağ və Xəzər 
rayonları aiddir. 
Arazyanı 
təbii 
taun
mənbəyinə 
aid 
edilən 
Naxçıvan 
şəhərinin, Ordubad, Culfa, Şərur və Babək rayonlarının ümumi 
sahəsi 260 min hektardır. Zaqafqaziyanın yüksək dağlıq 
taun mənbəyinə isə, sahəsi 100 min hektar olan Laçın, 
Kəlbəcər, Şahbuz rayonları daxildir. 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin