•
Dərinlik zəlzələləri (episentr 60-300 km dərinlik də);
•
Çox böyük dərinlikli zəlzələlər (episentr 300-700 km
dərinlikdə).
Təhlükəli zəlzələ nəticəsində şəhərlər, kəndlər yerlə yeksan
olur, binalar dağılır, qurğular ciddi zədələnir, yollarda çatlar
yaranır, insanlar cürbəcür zədələrə məruz qalırlar.
Mülki müdafiə
130
Azərbaycan ərazisində baş vermiş ən dağıdıcı zəlzələ 1667-
ci ildə Şamaxıda baş verib və 6,9 bal gücündə olub. 80 min
insanın həlak olduğu bu zəlzələ Azərbaycan tarixində ən
dəhşətli zəlzələ kimi qeyd edilib və ABŞ Geologiya xidmətinin
hazırladığı 28 böyük zəlzələ siyahısına daxil olub. 1902-ci ildə
baş verən və eyni gücə malik daha bir zəlzələ isə 2 min insanın
ölümü ilə nəticələnib (şəkil 28)
Şəkil 28. Zəlzələ
1139-cu ildə Gəncədə baş verən 6.3 bal gücündə olan
zəlzələdə isə 230 min, bəzi məlumatlara görə isə 300 min insan
həlak olub. Göy-gölün yaranması da bu zəlzələ ilə
əlaqələndirilir.
Zəlzələnin intensivliyi 12 bala bölünmüş seysmik cədvəllə -
RİXTER ŞKALASI ilə ölçülür.
Ballar
Gücü
Qısa xarakteristikası
1 bal
Torpağın hiss
edilməyən titrəyişi
Yalnız xüsusi seysmik cihazlarda qeyd
edilir
2 bal
Çox zəif təkanlar
Seysmik cihazlarda qeyd edilir. Tam
sükunətdə insanlar hiss edir
3 bal
Zəif
Asqı lampalar, açıq qapılar, yüngülcə
Mülki müdafiə
131
tərpənir. Əhalinin az qismi hiss edir
4 bal
Mülayim
Pəncərə şüşələrinin yüngül cingiltisi,
qapının cırıltısından hiss edilir
5 bal
Xeyli güclü
Binalar tərpənir, mebel silkələnir,
pəncərə şüşələri və divarların malası
çatlayır
6 bal
Güclü
Hamı hiss edir. Bir çoxları qorxudan
küçəyə
çıxır.
Divardan
asılmış
tablolar,
rəflər
düşür,
suvaqlar
parçalanıb tökülür
7 bal
Çox güclü
Əşyalar çox güclü şəraitdə yırğalanır,
mebel yerindən tərpənir, daş evlərin
divarları zədələnir, çatlayır. Çayların
sahillərində sürüşmələr baş verir.
8 bal
Dağıdıcı
Dik yamaclarda və torpaqlarda çatlar
əmələ gəlir, evlər güclü zədələnir,
abidələr aşır
9 bal
Dəhşətli
Daş evlər güclü zədələnir, dağılır.
Köhnə taxta evlər bir qədər əyilir
10 bal
Məhvedici
Torpaqda iri, enli çatlar əməmlə gəlir,
uçurumlar baş verir, daş evlər dağılır,
ağaclar yıxılır
11 bal
Fəlakət
Torpağın üst qatında enli çatlar əmələ
gəlir, uçurum və sürüşmələr əmələ
gəlir,daş evlər təmamilə dağılır,
dəmiryol reylsləri əyilir və yerindən
tərpənir
12 bal
Güclü fəlakət
Yer səthində böyük dəyişikliklər baş
verir.
Çoxlu
çatlar,
uçqunlar,
sürüşmələr yaranır, şəlalələr, sünü
göllər, nohurlar əmələ gəlir. Çaylar
məcrasını dəyişir. Tikintilər təmamilə
dağılır. Bitki və heyvanlar uçqunlar
zamanı məhv olur.
|