Orijinal adı: «Education Glossary»


İcbari təhsil (Compulsory education)



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə28/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   24   25   26   27   28   29   30   31   ...   92
KİTAB Təhsil lüğəti

İcbari təhsil (Compulsory education) – Müvafiq qanunvericiliyə əsasən uşaqların və 
yeniyetmələrin müəyyən yaş həddinə qədər təhsilə məcburi cəlb edilməsi. Azərbaycan və əksər 
ölkələrdə natamam orta təhsil hesab edilən icbari təhsil müddəti doqquz ildir.
 
İcma təhsili/məktəbləri (Community education/schools) – Xaricdə yayılmış bu məktəblər yerli 
hökumət tərəfindən maliyyələşdirilən təhsil müəssisələridir. İcma məktəblərinə daxil olmaq üçün orta 
məktəb təhsili haqqında şəhadətnamə tələb olunur. İcma məktəblərinin qarşısında duran məqsədlər - 
ətraf mühit hadisələri və yeni texnologiyaları öyrətməklə orta təhsilli tələbələrin biliklərində olan 
nöqsanları aradan qaldırmaq, onları təhsilin sonrakı pillələrinə daxil olmağa hazırlamaqla yanaşı, 
yerli icmanın ehtiyacı olan sahələrdə çalışmaqlarına yardım etməkdir. 
 
İcma təşəbbüsləri\hərəkatı (Grassroots) - Yerli səviyyədə siyasi, yaxud sosial dəyişiklik 
fəaliyyətinə kütləvi şəkildə başlamağa can atan geniş əhali qrupu. 
İctimai elmlər (Social sciences) - Cəmiyyət və ictimai münasibətləri öyrənən elmlər. 
Psixologiya, sosiologiya, antropologiya, dilçilik, iqtisadiyyat, coğrafiya və s. elmlər ictimai elmlərə 
aiddir.
İctimailəşdirmə (Socialization)Fərdin ictimai norma, tələb və dəyərləri mənimsəyərək, 
cəmiyyətə inteqrasiya olunması. 
İdarəçilik (Governance) – Konkret istiqamət üzrə məqsədlərin müəyyənləşdirilməsi və həmin 
məqsədlərə çatmaq üçün aparılan fəaliyyətin təşkili və nəzarətdə saxlanması.
 
İdraki inkişaf / təkamül (Cognitive development / growth) - Biliklərin formalaşması, bunun 
əsasında insanın hərəkətlərinin məqsəd və motivlərinin meydana gəlməsi.


- 20 - 
İdraki öyrənmə modelləri (Cognitive Learning models) - Öyrənənlə ətraf mühit arasında 
qarşılıqlı əlaqənin nəticəsi kimi meydana çıxan və əqli struktur dəyişikliklərinə təsir edən öyrənmə 
modelləri.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin