Göstərici/səmərəlilik meyarı (Performance criteria) – Şagirdin (müəllim, direktor və ya
məktəbin) qiymətləndirilməsinə dair standartlar. Bu meyarlar qiymətləndirən tərəfin obyektiv
olmasına imkan yaradır, qiymətləndirilən tərəfi isə gözlənilən məlumatlarla təmin edərək onlara daha
səylə və məqsədyönlü çalışmaq üçün mühüm tövsiyələr verir.
Güzəştə getmə xətası (Leniency Error) – İmtahan edənin müəyyən amillərin təsiri altında
qiymətləndirmə zamanı imtahan edilənə üstünlük vermə meyli. (bax: Görünüş Effekti).
H Hekayə / rəvayət xəritəsi (Story map) - 1. Mətndə hadisələrin ardıcıllıqla uzlaşmasını göstərən
vaxt sırası. 2. Ardıcıllıq hesaba alınmadan mətndə hadisələr və anlayışlar arasında məna əlaqələrini
göstərən semantik xəritə.
Hekayə metodu (Story method) - İlk dəfə XIX əsrin sonlarında təqdim edilmiş bu oxu təliminə
əsasən, tələbələr mətnin hissələri ilə işləməzdən əvvəl bütün mətni öyrənirdilər.
Hesabat (Accountability) – Təhsil prosesində iş fəaliyyətində əldə edilmiş nəticələrin onların
tamlığı, keyfiyyət və səmərəliliyi baxımından nəzərə alınması.
Hesablama meyarları (Scoring criteria) - Şagirdin tapşırığa verdiyi cavabı xarakterizə etmək
üçün ona verilən qiymətin hesablanma qaydaları. Hesabat meyarları qiymətləndirmə şkalalarını,
nəzarət-yoxlama cədvəllərini, suallara düzgün cavabları və s. bu kimi qiymətləndirmə vasitələrini
özündə birləşdirə bilər.
Hesablama / Qiymətləndirmə açarı (Scoring Key) - Test olunan şəxsin cavablarının müqayisə
edildiyi standart. Düzgün və ya gözlənilən cavabların siyahısı (bax: Qiymətləndirmə Sxemi).
Heyət / Kontingent (Cohort) - Eyni tədris, yaxud qiymətləndirmə kateqoriyasına aid şagird
qrupu. Məsələn, “riyaziyyat öyrənən bütün şagirdlər”, yaxud “iyunda biologiyadan imtahan vermiş
bütün namizədlər” heyət və ya kontingent sayıla bilər.