Bağdad – bədii ədəbiyyatda daha çox gözəllik simvolu kimi işlənir:
Yetdikcə tükənür ərəbin kuyü məskəni; // Bağdad içində hər necə kim türkman
qopar [9. S. 154]; Bağdad məhi mənəm, ləbim xəmr; // Axsun vətənimdə şətti-
Bağdad [11. S. 277).
Bədəxşan – Pamirdə olan vilayət, öz ləli ilə məşhurdur. Odur ki, şairlər
bu toponimdən müqayisə məqsədilə çox istifadə etmişlər: Saçun tək nafeyi-
pürçin Xütəndən çıxmaya hərgiz; // Ləbündən ləli-canpərvər-Bədəxşanda ola
bilməz [6. S. 31]; Badeyi-gülgün içində ləblərin hər birisi; // Qiymətin bir lələ
bənzər kim, Bədəxşandan gəlür [6. S. 19]; Bədəxşan ləli kimdür kim, ola
həmsöhbəti anun; // Dəri-guşuna kim, boldu düri-şəhyari-lalası [6. S. 124].
Bu sətirlərdə mübaliğə daha güclüdür. Kişvəri yer adından çox məharətlə
müqayisə kimi də bəhrələnə bilmişdir: Yüzi bədrim, sözi şəhdim, gözü ahu,
saçı cadu; // Qədi ərər, təni mərmər, ləbi ləli-Bədəxşanım [6. S. 127].
Belə müqayisələrlə Xətai şeirində tez-tez rastlaşırıq: Necə qəvvas
olmayım, yaşımda kim, ol dilbərin; // Ləbləri ləli-Bədəxşan, dişləri
dürdanədir [9. S. 124].
11
Ərdəbil: Səfər qıl, dur, oturma, ey Xətai; // Ki, şəhri-Ərdəbildə
xanədan var [9. S. 168].
Dostları ilə paylaş: |