Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə3/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   2   3   4   5   6   7   8   9   ...   162
Elektron diw

11  Dişlərin çıxarılması 
12  Üz-çənə nahiyəsinin travmaları 
13  Üz-çənə nahiyəsinin xoş xassəli törəmələri. 
14  Üz-çənə nahiyəsinin bəd xassəli törəmələri 
15  Protezləşdirmə. Diş sırası defektlərinin bərpası 


Ağız dəhlizi ön və yan tərəflərdən dodaq və yanaqlarla, arxa tərəfdən isə alveol 
sümüyünün selikli qişası və dişlərlə sərhədlənir.  
Xüsusi ağız boşluğu isə aşağıdan ağız dibi, yanlardan dişlər və alveollar, yuxarıdan 
sərt damaq və yumşaq damaqla əhatə olunub, əsnək vasitəsilə udlaqla birləşir. 
Xüsusi ağız boşluğunda dil yerləşir.  
Yuxarı çənə əng sümüyü cism və dörd çıxıntıdan ibarətdir. Sağ və sol sümüklərin 
cisimləri orta xəttə sümük tikişlə birləşir. Cismin daxilində haymor boşluğu yerləşir. 
Yuxarı böyük azı dişlərinin kökləri haymor boşluğunun dibinə yaxındır. Bəzən isə 
hətta seliklin qişaya söykənir. Əng sümüyü damaq, alın və almacıq çıxıntıları, kəllə 
sümükləri ilə birləşir. Alveol çıxıntısında isə diş yuvaları yerləşir. Əng sümüyü elə 
quruluşa malikdir ki, burada iltihabi proses məhdud olur. Sümükdə süngəri maddə az 
olduğuna görə iltihab bütün çənəni əhatə etmir. Alt çənə cisim və iki şaxədən 
ibarətdir. Sümüyün yuxarı kənarında diş yuvalarına məxsus alveol yerləşir. Çənə 
şaxələrinin içəri tərəfində dəlik vardır ki, bu dəlikdən aşağı çənə kanalına sinir və 
damarlar daxil olur. Yuxarı çənədən fərqli olaraq alt çənədə süngəri maddə çoxdur. 
Sərt və qalın maddə iltihabın sümük xaricinə çıxmasına mane olur və çənənin diffuz 
zədələnməsi baş verir. Üz çənə nahiyyəsində iki qrup əzələ vardır: çeynəmə əzələləri 
və mimiki əzələlər. Çeynəmə əzələləri də iki cür olur, çənəni qaldıran və endirən 
əzələləri. Mimiki əzələlər mürəkkəb funksiyanı yerinə yetirərək hər bir insanda onun 
fərdi mimikasını göstərir və üz siniri ilə innervasiya olunur.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin