və uzun müddət davam etməlidirlər, bədən üçün toksiki təsiri, allergik fəsadları
olmamalıdır, toxumalarda qıcıqlandırıcı və destruktiv dəyişikliklər əmələ
gətirməməlidirlər və s. Bunların əsasında stomatoloji təcrübədə tez-tez xarici
ölkələrdə istehsal olunmuş yeni-yeni anestetiklər tətbiq olunur. Buna misal olaraq
demək olar ki, dünənə qədər uzun müddət və geniş miqyasda istifadə olunan
novokain artıq bu gün stomatoloji təcrübədə az işlədilir.
Anestetiklər kimyəvi tərkibinə görə iki yerə bölünürlər: mürəkkəb efir tərkibli, amid
tərkibli anestetiklər.
Ağrısızlaşdırmanın baş vermə vaxtı, onun effektliyi, davam etmə müddəti vurulan
anestetikin kimyəvi quruluşundan, konsentrasiyasından, hidroliz prosesinin
sürətindən, yerli toxumanın pH-dan və s. asılıdır. Anestetikin yeridildiyi nahiyədə
iltihab olarsa, onda toxumada asidoz mühit inkişaf edir və keyləşdirici dərmanın
hidrolozi çətinləşir. Bundan başqa iltihab olan yerdə prostoqlandinlərin, kininlərin,
adenozin nukleotidlərin miqdarı çoxalır və onların təsirindən damar keçiriciliyinin
anestetikin sorulmasına və onun konsentrasiyasının azalmasına səbəb olur və
nəticədə keyləşdirmə səviyyəsi aşağı düşür.
Dostları ilə paylaş: