SeyiD ƏHMƏd mahmudi /j


Pulsun Əfisusyana olan məktubu



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə188/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   184   185   186   187   188   189   190   191   ...   200
Dinlərlə tanışlıq

10. Pulsun Əfisusyana olan məktubu: 
Puls bu məktubu 6 fəsildə Əfisus şəhərinin kilsəsinə xitabən yazmış və orada 
camaatın əxlaqi vəzifələrini xatırlatmışdır. 
11. Pulsun Filiplərə məktubu: 
Bu məktub 4 fəsildə tənzim olunmuş və Filipp şəhərinin kilsələrinə göndərilmişdir. 
Puls bu məktubda o şəhərin məsihi əhalisi üçün dua etmiş və onların hədiyyələri 
qarşısında təşəkkür etməklə onların qurtuluşunu, nicatını müjdə vermişdir. 
12. Pulsun Kulsiyana məktubu: 
Puls bu məktubu 4 fəsildə tənzim edərək Kulsiyə şəhərinin kilsəsinə xitabən 
yazmışdır və orada Məsihə əqidəli qalmaq dövründə yeni həyatı xatırlamış və sabiq 
şəriətə (xütnə kimi) tabe olmağı çəkindirmişdi. 
13. Pulsun Tesalunikilərə məktubu: 
Bu məktub Tesaluniki şəhərinin camaatına xitabən yazılmış və 5 fəsildə tənzim 
olunmuşdur. Burada Puls tərəfindən Tesaluniki əhalisinin imanı və bu dinə gözəl 
rəğbətləri onun tərəfindən tə'rifəlayiq hesab edilmişdir. 
14. Pulsun Tesalunikilərə ikinci məktubu: 


257 
Bu məktub 3 fəsildə tənzim olunmuş və həzrət İsanın yenidən qayıdışı şərtləri 
ətrafında bə'zi mətləbləri işıqlandırmışdır. 
15. Pulsun Timutalbusa birinci məktubu: 
Timutalbus Pulsun şagirdlərindən biridir ki, onu Əfisus şəhərinin kilsələrinin 
başçısı tə'yin etmişdir. Altı fəsildən ibarət olan bu məktubda Puls Timutalbus və 
onun şagirdlərinin vəzifələrini, eləcə də kilsə başçısının xüsusiyyətlərini bəyan 
etmişdir. 
16. Pulsun Timutalbusa ikinci məktubu: 
Dörd fəsildən ibarət olan bu məktubda Puls Timutalbusa başqa tövsiyələr və 
sifarişlər etmişdir. 
17. Pulsun Teytəsə məktubu: 
Üç fəsildən ibarət olan bu məktub kilsənin təbliğ işləri ilə əlaqədar Teytəsə olunan 
sifarişləri və tövsiyələri əhatə edir. Puls Teytəsi Kərid şəhərində öz nümayəndəsi 
tə'yin etmişdi. 
18. Pulsun Felimuna məktubu: 
Bu Felimuna yazılan qısa bir məktubdur ki, onda qaçmış qulun - qaçdıqdan sonra 
Pulsun əli ilə iman gətirən qulamın qəbul edilməsini istəyir. 
19. Pulsun İbranilərə məktubu: 
Bu məktub 10 fəsildən ibarətdir və yəhudi irqindən olan məsihilərə xitab olunur 
(İbranilərə). Bu məktubda Puls yeni dinin (məsihi dinin) yəhudi dini ilə olan 
əlaqəsini bəyan edən bəhsləri, məsihiyyətin üstünlüyünü bəyan etmişdir. 
20. Yə'qubun məktubu: 
Bu məktub İsanın qardaşı və 44-cü miladi ilində Yerusəlim kilsəsinin rəhbərliyini 
öhdəsinə alan Yə'qubun vasitəsi ilə 5 fəsildə və Bəni-İsrailin 12 tayfasına xitabən 
yazılmışdır. Bu məktubda onlara bə'zi ictimai-əxlaqi vəzifələr də xatırladılır. 
21. Petrosun birinci məktubu: 
Petros İsanın rəsulu və elçisi ünvanı ilə bu məktubu 5 fəsildə, o dövrdə yaşayan 
bütün məsihilərə xitabən yazmış və onları Allahın seçdiyi qövm adlandıraraq, Allah 
dini yolunda çəkdikləri zəhmətləri qiymətləndirərək onlara toxtaqlıq verir. 
22. Petrosun ikinci məktubu: 
Petros bu məktubu 3 fəsildə tənzim etmişdir. Bu məktub bütün məsihilərə 
müraciətdir və onda yalançı müəllimlər və peyğəmbərlərlə əlaqədar xəbərdarlıq 
edilir və eləcə də onda İsanın qayıdacağı müjdəsi verilir. 
23. Yuhənnanın birinci məktubu: 
Bu məktub 5 fəsildən ibarətdir və bütün məsihilərə xitabən yazılmışdır. Onda bə'zi 
yanlış inanclar xatırladılır. 
24. Yuhənnanın ikinci məktubu: 
Bu məktub 1 fəsildən ibarətdir və bir məsihi qadına xitabən yazılmış, onda 
məhəbbətin həqiqəti izah edilmişdir. 
25. Yuhənnanın üçüncü məktubu: 


258 
Bu məktub da 1 fəsildən ibarətdir və kilsənin idarə olunmasında müəyyən 
problemlərlə qarşılaşan kilsə başçılarından birinə xitabən yazılmışdır. 
26. Yəhudanın məktubu: 
Bu məktub İsanın Yəhuda adlı digər bir qardaşının vasitəsi ilə 1 fəsildə yazılmış 
və orada camaat onun vasitəsilə imana də'vət olunmuşdur. 
27. Yuhənnanın kəramətləri: 
Bu kitab Yuhənnanın dilindən gələcəkdə baş verəcək xəbərlərə şamildir və 22 
fəsildən ibarətdir. 
* * * 
Qeyd olunanlar məsihilərin nəzərində mö'təbər sayılan kitablar, mətnlər və 
müqəddəs risalələrdən ibarətdir. Bunlar məsihi dininin araşdırılmasında istifadə 
oluna bilər. Lakin məsihi aləminin bir çox kitab və risalələri də vardır ki, onlardan 
bəziləri həvarilərin və rəsulların həyatı ilə əlaqədar olan əməllər kitabı, bir qurupu 
Bornabaya mənsub edilən risalələr və Petros, Əbinunilər, Misirlilər və s. adlarla 
məşhur olan bir neçə İncildən ibarətdir; bunlar miladın beşinci əsrində kilsə 
tərəfindən qadağan edilmiş qeyri-mö'təbər kitablar kimi təqdim edilir. Bu müqəddəs 
mətnlərin ən məşhuru və mühümü Bornaba İncilidir. 
Özü həvarilərdən olan Bornabanın beş İncili var idi və bu İncil beşinci əsrdən 
əvvəllərə qədər istifadə olunurdu. 
17-ci əsrdə İtaliyada bu İncilin bir nüsxəsi italyan dilində kəşf olunub və onun 
ingiliscə tərcüməsi 1907-ci ildə ingilis ər-arvad tərəfindən və ərəbcə tərcüməsi isə 
1908-ci ildə misirli bir məsihi tərəfindən Qahirədə çap olunmuşdur. 
Bu İncilin əqidəvi tə'limləri İslamın əsaslarına çox yaxındır və bir çox hallarda 
aşkar şəkildə İslam Peyğəmbəri (s) müjdə verilmişdir. Hətta bir neçə dəfə İslamın 
tövhid və nübüvvət barəsində yə'ni, «La ilahə illəllah və Mühəmmədən Rəsuləllah» 
kəlmələri onda qeyd olunmuşdur. 
Bornabanın əsil İncil olmasını isbat etmək çox çətindir. Bundan əlavə, məsihi 
rahiblərinin və alimlərinin nəzərində mö'təbər sayılmadığından, məsihiliyin 
araşdırılmasında ona istinad oluna bilməz. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin