SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə190/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   186   187   188   189   190   191   192   193   ...   200
Dinlərlə tanışlıq

QƏRBDƏ RAHİBLİK 
Rahiblik hərəkatı şərqdə dərin keçmişə malik idi və orada çox sür'ətlə yayılmağa 
başlamışdı. Amma qərbdə bu yayım çox çətin və ətalətlə baş verirdi. Rahiblik 
düşüncəsini ilk dəfə olaraq, Atanasiyus dördüncü əsrin ikinci yarısında 
İsgəndəriyyədən Romaya sürgün olunduğu dövrlərin birində etmişdir. Amma onun 
qərbdə çiçəklənməsi altıncı əsrin əvvəllərində Bəndikt Nersiya əhalisindən olan 
Bəndiktin vasitəsi ilə baş vermişdir (480-550-ci miladi). O, qərb rahibliyinin atası


261 
kimi tanınır. Bendikt Bazilin yaratdığı qayda-qanunlara oxşar ayinlər yaratdı və onda 
Qərbi Avropaya hakim olan şəraiti nəzərə aldı. O, 528-ci ildə Mertaziş 
ardıcıllarından bir qurupu ilə Montkazinoya köçdü və orada Bendiktlər firqəsinin 
əsasını qoydu. O da Bazili firqəsində olduğu kimi, silsilə mərtəbələr əsasında olan 
hökumət növünə üz tutdu ki, onun başında böyük rahib, yaxud sövmiyyənin rəisi 
dayanırdı. Bu quruluşda bir illik tə'lim dövrəsindən sonra könüllü olan şəxs rahiblik 
təriqətinə tabe olmaq üçün Allahla əhd-peyman bağlamalıdır. Belə bir əhd-peyman 
heç vaxt pozula bilməzdi. Sözü gedən şəxs bütün var-yoxunu sovməəyə təslim 
etməli idi. Bendikt sövmiyyələrindəki rahiblərin gündəlik proqramları 
aşağıdakılardan ibarətdir: 
Altı-yeddi saat gündəlik iş, altı-yeddi saat təmərküz və təfəkkür, iki saata qədər 
isə mütaliə. 
Bendiktlərin silsilə mərtəbəsində olan quruluşda 7-ci əsrdə o firqənin tə'sis 
olunduğu zamandan e'tibarən ən böyük rahib silsiləsi olan Kəlani sövmiyyələrinin 
rəhbərliyini öz öhdəsinə aldı. Bu silsilə bendiktlərin rahiblik quruluşunda bir sıra 
islahatlar apardı və bu firqənin ağır qanunlarına qayıtmaq istədi. O, ağır ruhi 
məşğələləri və zahidliyi müdafiə edirdi. Kəlaminin islahatları 11-12-ci əsrlərdə 7-ci 
Qriqoriyevin vasitəsi ilə kilsələrdə çox tə'sir qoydu. 
Qərbin məsihi cəmiyyətləri 13-cü əsrdən sonra dərviş və dilənçilik təfəkkürü 
əsasında olan digər bir rahiblik firqəsinin formalaşmasının şahidi oldu. Bu firqənin 
ən mühümlərindən biri Fransiskenlər idi ki, onun banisi 1226-cı ildə vəfat etmiş 
Fransvay Asizi idi. Bu firqənin əsas məramı və tutduğu yol mütləq fəqirlik idi. 
Fransisken firqəsinin ardıcılları və üzvləri özlərinin azacıq zəhmətləri ilə, yaxud 
dilənçiliklə öz güzaranlarını tə'min etməli idi; onlar pul almaq və var-dövlət sahibi 
olmaqdan məhrum edilmişdilər. Bu firqələrdən digər biri də Domenikənlərdir. Bu 
firqə 1221-ci ildə vəfat etmiş Domenikənin vasitəsi ilə tə'sis edilmişdir. Bu firqənin 
rahibləri dərviş məsləkli və dilənçilik xüsusiyyətində idi; camaatın onlara verdikləri 
sədəqələrdən başqa güzaranını tə'min etmək üçün artıq bir şey almağa icazəli 
deyildirlər. Onlar öz vaxtlarını mütaliə və başqalarına moizə etməklə keçirməli 
idilər. Buna görə də camaat arasında bu firqə vaizlər, rahiblər adı ilə tanındı. 
Qeyd etmək lazımdır ki, Domenikənlərin rəqibi kimi tanınan mühüm bir firqə isə 
Yezuitlər adlanırdı. Bu firqə İqnatiyus Lyudanın vasitəsi ilə (1495-1556) 
yaradılmışdır. 
İqnatiyusun hədəfi təbliğ üsullarının islah olunması və həqiqətə də'vətdən ibarət 
idi. Bu firqənin ardıcılları rahibliyin üç prinsipindən əlavə yə'ni, yoxsulluq, subaylıq 
və itaətdən başqa dördüncü bir məsələyə də riyaət edirdilər. O da bundan ibarətdir 
ki, müqəddəs ata onları hər hansı bir yerə təbliğə göndərsəydi, qeydsiz-şərtsiz qəbul 
etməliydilər. Buna əsasən, papaya qeydsiz-şərtsiz itaət etmək Yezuit məramının 
digər bir prinsipi hesab olunur. 


262 
Yezuit firqəsi 16-17-ci əsrlərdə sür'ətlə inkişaf etdi və Qərbi Avropanın siyasi 
dəyişikliklərinə yüksək tə'sir qoydu. Hal-hazırda yezuitlər Roma katolikasının 
tə'limlərinin ön cərgəsində dayanmaqla mədrəsələrin, unversitetlərin, dünya 
səviyyəsində keçirilən seminarların mənbə və bəhslərinə nəzarət etməyi öhdəsinə 
almışdır. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin