ƏLLİ SƏKKİZİNCİ DƏRS MƏSİHİ FİRQƏLƏRİ (2) YƏSUİLƏR Əvvəldə qeyd olunduğu kimi, katolik məzhəbi məsihilikdə ən qədim məzhəbdir;
ortodoks və protestant məzhəbləri də ondan ayrılmışdır. Amma bu iki
parçalanmadan əlavə, katolik dəyərlərinin qorunub saxlanılması üçün yaranan digər
firqələr də meydana gəlmişdir ki, onların ən mühümü Yəsuidir. Bu firqə həqiqətdə
katoliklərin dini islahatlar hərəkatında tutduğu yolu bir növ yeniləşdirmək məqsədi
ilə yaradılan məzhəb sayılır. Başqa sözlə desək, bu dində islahat işləri aparmaq
istəyənlər katolik təfəkkürünün əleyhinə hücuma keçdikləri zaman İqnatiyus Luyu
Layi başda olmaqla bir qurup (1491-1556) Yəsui firqəsinin formalaşması ilə
nəticələnən bir hərəkata başladılar.
Luyu Layi İspaniyanın zadəgan sinfindən idi və bir müddət padşah sarayında
xidmətçi işləmişdi. Sonralar İspaniya ilə Fransa arasında baş verən müharibədə əsgər
kimi iştirak edərək yaralanmışdı. O, xəstə olduğu illərdə məsihi qibtilərinin
tərcümeyi-halını mütaliə etməklə tərkidünyalıq fikrinə düşmüşdü. Buna görə də öz
silahını həzrət Məryəmin mehrabından asaraq, kilsədə ibadət və nəfsini
paklaşdırmaqla məşğul oldu. Bu əməllər də sonralar Yəsui firqəsinin dini ruhani
adət-ənənəsinə çevrildi. Lyu Lay müxtəlif səfərlər edərək özünə ardıcıl və şagirdlər
toplamağa başladı. Nəhayət 1524-cü ildə “İsanın yoldaşları” adlı hərbi təşkilat
yaratdı. O, öz nəzərinə görə kafir və yolunu azmış müsəlmanlara qarşı müharibəyə
başladı və bu yolda həddən artıq canfəşanlıq etdi.
Bu firqənin təşkilatı tamamilə hərbi sistem şəklində idi. Burada ona qeydsiz-şərtsiz
itaət edənlər toplanırdı. Onlar icazə verilməyən hər növ xoşagəlməz işləri məxfi
şəkildə və (onların nəzərində) bəyənilən və düzgün işin müqəddiməsi olduğu halda
caiz bilirdilər. Yalan, haqqı gizlətmək, hətta yalandan and içmək belə, onlar üçün
düzgün sayılırdı.
Bu firqənin nəzərində ümumi prinsip hər bir Yəsui fərdin özündən yüksəkdə duran
şəxsə tam sədaqətlə və kamil şəkildə itaət etməsi idi. Onların cərgəsinə daxil olan
hər bir yeni şəxsə dörd həftə müddətində bir sıra ruhani-mə'nəvi tə'limlər öyrədilir,
daha sonra isə, ləyaqət və çıxarına uyğun olaraq ona müəyyən vəzifə və tapşırıqlar
verilirdi. O, heç bir qeyd və şərt olmadan öz mə'muriyyət yerində, hətta uzaq
ölkələrdə olsa belə, hazır olmalı, ardıcıl və müntəzəm surətdə öz gördüyü işlər
barədə yuxarı məqamlara mə'lumat verməli idi.
Yəsuilər firqəsi qurduqları bu təşkilat, rütbələr silsiləsi və üzvlərindən aldıqları
ağır iltizamlara görə müxtəlif məntəqələrdə böyük işlər görə bildilər. Onlar
276
təbliğatçılar göndərməklə Asiyanın ucqar yerlərində, xüsusilə Çin, Yaponiya, eləcə
də Afrikada çoxlu müvəffəqiyyətlər əldə etdilər.
(Can bi nas, tarixi cameyi ədyan).