271
ƏLLİ YEDDİNCİ DƏRS
MƏSİHİ FİRQƏLƏRİ (1)
Keçən iki dərsdə məsihiliyin ən əsas və məşhur məzhəbləri ilə tanış olduq. Əvvəldə
qeyd
etdiyimiz kimi, bu dindən ayrılmış bir çox firqələr də vardır ki, onlar qeyd
olunan məşhur məzhəblərdən ayrılmışlar. Bu və gələn
dərsdə həmin firqələri
araşdıracağıq. əlavə Diqqət yetirmək lazımdır ki, məsihilikdə başqa firqələr də
vardır; irqi, qövmi və dil müxtəlifliyi əsasında formalaşmış
həmin firqələrdən
danışmaq bu kitabın həcminə sığmadığı üçün onlar haqda söhbət açmırıq.
PROTESTANT FİRQƏLƏRİ
Renosans dövrünü əhatə edən müxtəlif zaman fasilələrində bir çox islahatçı
cərəyanlar da formalaşdı ki, onlar məsihi təfəkkür və rəftarlarında əsaslı dəyişiklik
aparmaq barədə müxtəlif təfsir və təkliflər irəli sürdülər. Bu kimi təfsirlərin
müxtəlifliyi protestanizm məzhəbində ayrı-ayrı firqələrin formalaşmasına
səbəb
oldu. Əlbəttə, bə'zi firqələr də sonradan əsl protestanizm cərəyanından yə'ni, Luterə
məxsus olan məzhəbdən ayrılmışdı. Protestant firqələrindən yaranan ən mühüm
firqələr aşağıdakılardan ibarətdir:
1. KALUNİSTLƏR
Kalunistlər fransalı Jan Kalunun tərəfdarlarıdır (1509-1564). Luterin islahatçı
hərəkat dövrü ilə azacıq zaman fasilə olan bu cərəyan İsveçrədə Kalunun islahatçı
təfəkkürünü əks etdirən «Məsihi dininin əsasları» kitabını yazmaqla başlamışdır; O,
Luterin bə'zi fikirləri ilə müvafiq və bəzilər ilə də müxalif idi.
Luter kimi Kalun da inanırdı ki, insan günaha aludə olur; amma onun əqidəsi bu
idi ki, hər bir şəxs öz
dini vəzifələrinə əməl etməli, nəfsani inzibatçılığın riayət
olunmasına əhəmiyyət verməlidir; insan həmişə özünü Allahın hüzurunda görəcəyi
bir şəkildə yaşamalıdır. Onun nəzərinə görə, öz ömrünü eyş-işrətdə keçirən əyyaş,
rəqs etməyi, qumar oynamağı və bu kimi digər işləri təfəkkürdən, müqəddəs kitabı
oxumaqdan üstün sayanlar şeytanın əlində
oyuncağa çevrilən şəxslərdir; onlar
cəhənnəm əzabına məhkum olanlardır. İffət və təqva kimi şərafətli sifətlərin əsaslı
məntiqi vardır və onları nəzərə almamaq olmaz. Buna görə də Luterin icazəli hesab
etdiyi rahatlıq və sərxoşluğu Kalun düzgün saymır, zahidliyi,
günah və çirkin
işlərdən uzaq olmağı qurtuluşun əsası hesab edirdi.