SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə194/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   190   191   192   193   194   195   196   197   ...   200
Dinlərlə tanışlıq

PROTESTANT (PROTESTANT) 
Keçən dərsdə qeyd olunduğu kimi, kilsənin məsihiyyət aləminin bütün ictimai 
işlərinə hakim kəsildiyi on əsr müddətində qərb aləmində dini hakimiyyət əleyhinə 
müəyyən bir cərəyan başlandı ki, bu proses «renosans» adlandırıldı. 
Renosansdan sonra bir çox ideoloji-əqidəvi məktəblər yarandı ki, onların da hər 
biri də öz növbəsində məsihiliyi əvəz etmək fikrində idi. Bu dövr məsihiyyət 
aləmində dini təfəkkürü uzaqlaşdırmaq mərhələsi hesab olunur. Məhz bu prosesdə 
bə'zi din alimlər arasında belə bir fikir formalaşdı ki, kilsəyə və dini hakimiyyətə 
irad və tənqidlərin çoxu keşişlərin və kilsə xadimlərinin düzgün olmayan əqidə və 
yanlış əməllərinin nəticəsidir. 
Başqa sözlə desək, həmin alimlər inanırdılar ki, kilsə xadimlərinin məntiqsiz və 
yaramaz rəftarları, məsihiyyət dini barəsində düzgün olmayan təhrif və təfsirləri dini 
hakimiyyətin on əsrlik qaranlıq tarixini əmələ gətirmişdir. Bu dinin bu cür e'tiraz və 
tənqidlərdən xilas olması üçün dini adət-ənənələr və əqidələrin məcmusunda 
yenidən nəzər verilməli, keşiş fikrlərinin məhsulu olan inancları dindən ayırmaq 
lazımdır ki, xalis məsihi dini hamı üçün aşkar olsun. Bu ideoloji cərəyan dini 
islahatlar adı ilə məşhurlaşdı. Dini islahatlar cərəyanı katolik keşişlərinin kəskin 
e'tirazları ilə yanaşı başlandığına görə protestanizm adlandırıldı. Çünki protestant 
«e'tirazçı» mə'nasındadır və “proetst” kökündən alınaraq e'tiraz və şikayət mə'nasını 
daşıyır. 
On dördüncü əsrin əvvəllərindən katolik təfəkkürü əleyhinə e'tirazlar və 
müxalifətlər başlandı. O cümlədən, ingiltərəli Can Viklif (1329-1384) 1379-cu ildə 
aşkar şəkildə kilsə rəhbərliyinin əleyhinə çıxış etdi və bildirdi ki, papanın özü üçün 
nəzərdə tutduğu qüdrət, şəxsiyyət və e'tibarın din nöqteyi-nəzərindən əsaslı olub-
olmaması mə'lum deyildir. O, həmçinin çörək və şərabın rəbbani gecə mərasimində 
həzrət İsanın həqiqi ətinə və qanına mö'cüzəli şəkildə çevrilməsinə sual altına 
apararaq, bu etiqada şübhə ilə yanaşdı. Ondan sonra çexoslvakiyalı Can Has (1369-
1415) kilsənin silsilə rütbələr əsasında olan təşkilatı əleyhinə, eləcə də


269 
kilsə aparatının vəqf olunan bütün əmlaka malik olması qarşısında əks mövqe tutdu 
və keşişlərin əxlaqı pozğunluqları əleyhinə çox ciddi bir çıxış etdi. 
Lakin bu e'tirazların və islahatçılıq hərəkatların ən yüksək mərhələsi 16-cı əsrə 
qayıdır ki, bu dövrdə protestantların islahatçı şəxsiyyətlərinin ən məşhuru yə'ni, 
almaniyalı Martin Luter (1483-1546) öz islahatlar proqramını ətraflı şəkildə təqdim 
etdi. Özü də məşhur bir keşiş olan Luter «95 məsələ» adlı müfəssəl bəyənnaməsində 
katolik məzhəbinin qayda-qanunları ilə müxalif olan nəzərlərini yazaraq, 
Almaniyanın Vitnberk şəhərində yerləşən öz kilsəsində asdı. O, həmin bəyənnamədə 
bu əqidəyə daha çox tə'kid edirdi ki, mövcud adət-ənənələrin və əqidələrin çoxu 
məsihiyyət tarixi dövründə keşişlərin və kilsə xadimlərinin vasitəsi ilə artırılmış və 
bu dinin haqq yoldan azmasına səbəb olmuşdur. Luter iddia edirdi ki, bu kimi 
islahatlarla məsihi dinini həqiqi yoluna qaytarmaq olar. 
Martin Luterin ən mühüm nəzəriyyəsini nicat və qurtuluş məsələsi təşkil edirdi. O, 
inanırdı ki, nicat və qurtuluş ilahi feyz sayəsində iman vasitəsilə hasil olur. 
Həqiqi qurtuluşa nail olmaq üçün imanlı olmaq lazımdır. İman da dünyada yaxşı 
işlər görməyi tələb edir. Halbuki katoliklərin nəzərinə görə nicat və qurtuluş yolu 
günahların bağışlanmasıdır. Keşişlər ilahi feyz və mərhəmət vasitəsi olduğuna, 
mö'minlərin dünya və din işləri onlara həvalə edildiyinə görə günahkarları e'tiraf və 
peşimançılıq izhar etməklə, Allah tərəfindən bağışlaya bilər və onların günahları 
paklana bilər. Bu əqidə nəticəsində katolik kilsələrində e'tiraf, günahın bağışlanması 
və bağışlanma qəbzinin satılması dini bir ayinlər kimi yayılmağa başladı. Amma 
Martin Luter bu mərasimlə kəskin şəkildə müxalifət etdi; onun katolik sistemi ilə 
olan mübarizələrinin ən yüksək səviyyəsi də məhz həmin məsələ ətrafında idi. Çünki 
o, bir tərəfdən keşişlərin günahsızlığını, onların Allah ilə bəndələr arasında vasitə 
olmasını qəbul etmir, digər tərəfdən də qurtuluş yolunu yaxşı əməl görməkdə bilirdi. 
O, yaxşı əməli dünyanın abadlaşdırıcısı kimi təqdim edirdi. 
Bundan əlavə, Luter inanırdı ki, kilsədə təşkil olunan yeddi ayindən yalnız tə'mid 
qüslü və rəbbani gecə məsihi dinində mövcud olmuş, yerdə qalan beş ayin isə 
keşişlər tərəfindən atırılmışdır. 
O, «95 məsələ» adlı bəyanatını verdikdən sonra Vatikan tərəfindən mürtədlikdə 
müttəhim olundu və kilsədən uzaqlaşdırıldı. Amma katolik kilsəsi sisteminin 
əleyhinə olan şiddətli e'tirazlara nəzər yetirməklə (bu Avropanın hər yerində 
formalaşmışdı) mürtədlik hökmü öz əvvəlki tə'sirini göstərmədi və Avropada 
protestant hərəkatı sür'ətlə yayılmağa başladı. Hal-hazırda da İngiltərə, Danimarka, 
Hollandiya, Almaniya, İsveç, Norveç, Amerika və bu kimi sair yerlərin kilsələri də 
protestant kilsəsi adlanır. 


270 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin