Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə56/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   119
2015-332

 
NORMA 
 
Yuxarıda dediyimiz kimi, nitq mədəniyyətinin əlaqədar cə-
hətlərdən biri də dil normasıdır. Norma yalnız seçilib əvəz olun-
muş dilin bu və ya digər strukturu üçün ən optimal, bütün cəhət-
lərdən bəyənilmiş formasıdır. Norma latın dilindən alınmış ter-
min olub, ilkin mənası rəhbər, əsas, qayda, nümunə deməkdir. Bu 
termin ümumi olub, demək olar ki, bütün elmlərə, həyatın bütün 
sahələrinə aiddir. Normanı bilməmək bütün sahələrdə yanlış 


 
113 
istiqamətə apara bilər. Dil norması, danışıq norması, əxlaq nor-
ması, davranış norması, hüquq norması, normativ sənəd, normal 
şərait, normal münasibət və s. 
Nitq mədəniyyəti isə o vaxt yüksək səviyyədə ola bilər ki, dil 
strukturunun bütün səviyyələrinin normaları formalaşmış olsun. 
Məsələn, fonetik norma, leksik norma, morfoloji norma, sintaktik 
norma formalaşmamışsa, ona ədəbi dil demək olmaz. Bütün 
səviyyələrdə dil vahid və ünsürlərinin yalnız ən nümunəvisi 
qəbul edilir ki, bu da həmin sahə üçün norma hesab edilir. 
Məsələn, Xalq danışıq sferasında norma sabitləşmiş olmur. 
Ədəbi dildə isə yalnız normativ – hamının qəbul etdiyi nümu-
nədən istifadə edilir. Bəzən dildə bir neçə variantın olması nor-
mal hesab edilir. Amma dildə gedən inkişaf onlardan birini qəbul 
edir. Natiq yalnız dil normalarına əməl etdikdə, nitqi effektli ola 
bilər. Fonetik normadan kənara çıxmaq əsl natiqi yüksək tri-
bunadan aşağı səviyyəyə endirər. Təsəvvür edək ki, bir nəfər ya 
elmi məclisdə, ya böyük bir mitinqdə, ya iclasda mənsub olduğu 
dialektin ―normaları‖ ilə danışır. Onun necə qarşılanacağını tə-
səvvür etmək çətin deyil. 
Biz yeri gəldikcə orfoqrafik qaydalar (normalar), orfoepik – 
normalar, prosodik normalar, morfoloji və sintaktik, habelə fo-
nosintaktik normalar haqqında geniş bəhs edəcəyik. Ona görə də 
bu haqda müfəssəl məlumata ehtiyac görmürük. Deməli, natiqlik 
sənəti üç cəhətlə bağlıdır: üslubiyyat, norma və ritorik qanunlar. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin