112
sırası, cümlənin məqsəd və avaza
görə dəyişməsi, prosodik vasi-
tələrlə yaranan üslubi məqamlar, sintaktik təkrarlar, cümlənin sa-
dələşdirilməsi və s. əsas rol oynayır. Məsələn,
Zarafat kənarda
qalsın, mən qorxuram ki, İran azərbaycanlıları deyərlər ki, Cul-
fadan başlamış, bir tərəfi Savuç bulaq İran Kürdüstanı; Həmə-
dan, Qəzvin, ta gəldi çıxdı Gilana və Şimal tərəfdə Şura Azərbay-
canına qədər, belə bir məmləkətin — ki, adı İran Azarbaycandır,
– cəmi əhalisinin ana dili türk dilidir və türk dilı də olmalıdır.
(―Molla Nəsrəddin‖ jurnalı. 14 noyabr 1925-ci il. səh. 46)
Azərbaycan dilinin funksional üslubları aşağıdakılardır:
1. Bədii üslub. Burada terminlər işlənmir. Əsas sərt bədiilik
– obrazlılıqdır. Növləri – qəzəl, qəsidə, şeir, nəsr, dram və s, üs-
lubu. Bundan əlavə hər sənətkarın öz üslubu olur.
2. Elmi üslub. Burada terminlər əsas yer tutur. Bədiiliyə yol
vermək olmaz. Elmi üslubda: monoqrafiya, dərslik, elmi rəy və s.
3. Publisistik üslub. Bu üslub hamının başa düşə biləcəyi
şəkildə olmalıdır.
4. Rəsmi-kargüzarlıq üslubu – Dəftərxana sənədləri üslubudur,
5. Natiqlik üslubu. Məruzə,
Mühazirə, çıxış.
6. Məişət üslubu. Ailə-məişət üslubu,
7. Epistolyar üslüb – Məktublar,
intim məktublar, rəsmi
məktublar və ədəbi məktublar.
Dostları ilə paylaş: