Orijinal adı: «Education Glossary»


Bənd təhlili (Item analysis) -



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə10/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   6   7   8   9   10   11   12   13   ...   92
KİTAB Təhsil lüğəti

Bənd təhlili (Item analysis) - Müvafiq test üsulu ilə müxtəlif xarakterli fərdlər arasında 
səciyyəvi
fərqləri üzə çıxarmaqla şagirdlərin (tələbələrin) güclü və zəif cəhətlərini müəyyənləşdirmək 
metodu.
Bərabərləşdirmə (Alignment) – Standartlar, tədris planları, tədris materialları, təlim və 
qiymətləndirmə metodları arasında birbaşa əlaqənin təmin olunması.
Bilik (Knowledge) - düşüncə ilə bağlı idrak fəaliyyəti; psixikanın dərketmə bacarığına xas olan 
cəldlik, dəqiqlik, dərinlik, genişlik, yaradıcılıq və s. kimi ümumiləşmiş xüsusiyyətləri əhatə edir. 
 
Bilmək, Bilmək İstəmək, Öyrənmək (Know, Want to Know, Learn, KWL) – 1986-cı ildə 
Dona Oql tərəfindən müxtəlif tədris fənləri üçün tərtib edilən bir-biri ilə əlaqəli 3 mərhələli cədvəl. 
I mərhələdə - şagirdlərin yeni mövzu ilə bağlı ümumi bilikləri nəzərdən keçirilir; 
II mərhələdə - şagirdlərin yeni mövzuya aid düşüncə və fərziyyələri suallar vasitəsilə ifadə edilir; 
III mərhələdə - şagirdlərin əldə etdikləri məlumatı sual-cavab etməklə yeni mövzuya yekun 
vurulur. 
Birbaşa metod (Direct method) – Təlim prosesində
müəllimin şifahi yanaşmaya üstünlük 
verməsi. Birbaşa metodun tətbiqi zamanı real şəraitə yaxın söhbət, rol oyunları, sorğu-sual və 
cavablandırma tədricən genişlənən nəzəri biliklərin hesabına inkişaf etdirilir. 
Birbaşa təlimat (Direct instruction) - Müəllim tərəfindən idarə edilən proqramlaşdırılmış təlim 
üsulu. Bu təlim üsulunda müəllim tərəfindən məqsəd təyin edilir, material seçilir, təlim prosesinin 
tempi müəyyənləşdirilir. Nümayiş, istiqamətləndirən təcrübə, əks tərəfə verilən şərh müstəqil 
təcrübə bu təlim prosesinin əsas mərhələlərini təşkil edir. 


- 9 - 
Birgə / kooperativ öyrənmə (Cooperative learning) – Qarşıya qoyulmuş konkret praktiki 
məsələləri həll etmək məqsədilə müxtəlif bilik səviyyəli şagird və ya tələbələrin 2-5 nəfərlik kiçik 
interaktiv qruplarda birgə fəaliyyət göstərməsi.
Bu təlim metodu öyrənənlərdə təşkilatçılıq, tədqiqatçılıq, müstəqillik, cavabdehlik və s. kimi 
keyfiyyətlər formalaşdıraraq, onlarda ünsiyyət mədəniyyəti vərdişlərini inkişaf etdirir. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin