8
ЭИРИШ
BİOLOJİ KİMYA FƏNNİ
Bioloji kimya (biokimya)
–
canlı orqanizmlərin
tərkibinə daxil olan
maddələrin kimyəvi təbiətini, bu maddələrin kimyəvi çevrilmələrini və həmin
çevrilmələrin orqan və toxumaların fəaliyyəti ilə əlaqəsini öyrənən elmdir.
Orqanizm daxilindəki kimyəvi çevrilmələrin məcmusu həyatın əsası olan
maddələr mübadiləsini təşkil edir.
Adından məlum olduğu kimi, bioloji kimya elmi bir tərəfdən biologiya,
digər tərəfdən isə kimya ilə sıx əlaqədardır. Bu elm sahəsi canlı
orqanizmin
həyat fəaliyyətini öyrəndiyinə görə, bioloji elmlər sırasına daxildir. Eyni
zamanda, bioloji kimya canlıların həyat fəaliyyətini öyrənmək məqsədilə
fiziki-kimyəvi və kimyəvi üsullardan, kimya elminin nəzəriyyə,
praktika və
metodlarından istifadə edir.
Bioloji kimya tarixi inkişaf baxımından üzvi kimya elmi ilə xüsusən sıx
əlaqədə olmuşdur. Çünki məhz üzvi kimya elminin inkişafı sayəsində canlı
aləmin kimyəvi tərkibinin öyrənilməsinə başlanılmış, bu isə sonralar maddələr
mübadiləsinin öyrənilməsi üçün elmi zəmin yaratmışdır. Orqanizm daxilində
baş verən kimyəvi proseslər fizioloji proseslərin əsasını təşkil etdiyinə görə,
əvvəllər bioloji kimyaya fiziologiya elminin kimya bölməsi kimi baxılırdı.
Buna görə XX əsrin əvvəllərində “bioloji kimya” termininin sinonimi kimi
“fizioloji kimya” terminindən də istifadə edilirdi.
Qeyd etmək lazımdır ki, bir-birinə yaxın olan iki elmin qovuşduğu sahədə
yaranan bioloji kimyaya kimya və fiziologiyanın
mexaniki birləşməsi kimi
baxmaq olmaz. Bu elm sahəsi metodoloji baxımdan üzvi və fiziki kimya ilə nə
qədər əlaqədar olsa da, məqsəd və vəzifələrinə görə onlardan əsaslı surətdə
fərqlənir. Üzvi kimya ilk növbədə kimyəvi birləşmələrin quruluşunu və xas-
sələrini öyrənir. Məsələn, kimyəvi və fiziki-kimyəvi üsullardan (struktur və
stereokimyəvi analiz, molekulların
elektron orbitlərinin tədqiqi, kimyəvi
analoqların sintezi və müqayisəsi və s.) istifadə edilməklə, kimyəvi birləş-
mələrin molekul strukturu,
elektron quruluşu, molekuldaxili rabitələrinin
növləri, izomer formaları, konformasiyaları və digər xassələri öyrənilir. Bun-
lardan fərqli olaraq, bioloji kimya elmi ilk növbədə orqanizmin daxilində
kimyəvi maddələrin və fiziki-kimyəvi proseslərin funksional (bioloji) əhəmiy-
yətini və müxtəlif xəstəliklər zamanı bu proseslərdə baş verən pozulmaları
öyrənir.
Beləliklə, bioloji kimya elminin məqsəd və vəzifələrinə aşağıdakılar da
-
xildir:
1.
Canlı orqanizmin hansı kimyəvi birləşmələrdən ibarət olduğunun aydın-
laşdırılması və bioloji obyektlərə daxil olan irimolekullu birləşmələrin qu
-
ruluşunun
öyrənilməsi;
2.
Fermentlərin katalitik funksiyalarının mexanizminin öyrənilməsi;
3.
İnsanın və digər canlıların normal qidalanması üçün vacib olan maddə-
lərin növlərinin və miqdarca nisbətinin öyrənilməsi;
4.
Qida maddələrindən canlı hüceyrələrin tərkib hissəsini təşkil edən maddə
-
9
lərin əmələ gəlməsinin əsasını təşkil edən kimyəvi proseslərin mexa-
nizminin tədqiqi;
5.
Maddələrin orqanizm daxilində oksidləşməsi nəticəsində yaranan ener-
jinin hüceyrələrdə baş verən müxtəlif proseslərə hansı mexanizmlər vasi-
təsilə
sərf edildiyinin öyrənilməsi;
6.
Canlı hüceyrənin strukturunun öyrənilməsi və burada baş verən kimyəvi
proseslərin hüceyrə orqanoidlərinin funksiyaları ilə əlaqəsinin aydın-
laşdırılması;
7.
Hüceyrələrin böyümə və çoxalma proseslərinin burada baş verən kimyəvi
reaksiyalarla əlaqəsinin aşkar edilməsi;
8.
Orqanizmin daxili maye mühitinin hüceyrələrin normal fəaliyyətini təmin
edə biləcək səviyyədə (sabit) saxlanılmasının mexanizmlərinin aydınlaş-
dırılması;
9.
İrsi məlumatın hüceyrə nüvəsində (xromosomlarda) mühafizə edilməsinin,
nəsildən-nəslə (cinsiyyət hüceyrələri vasitəsilə) verilməsinin və somatik
hüceyrələrin bölünməsi zamanı eyni xassələrin yeni yaranan hüceyrələrə
ötürülməsinin hansı mexanizmlər vasitəsilə həyata keçdiyinin öyrənil-
məsi;
10.
Orqanizmə daxil olan yad cisimciklərə (xüsusən mikroorqanizmlərə) qarşı
verilən mühafizə reaksiyalarının (immun reaksiyalar) kimyəvi
mexanizm-
lərinin aydınlaşdırılması;
11.
Müxtəlif xəstəliklər zamanı orqanizmdə törənən biokimyəvi dəyişiklik-
lərin aşkar edilməsi və onlardan xəstələrə diaqnoz qoymaq, həmçinin müa-
licənin gedişinə nəzarət məqsədilə istifadə edilməsi.
Müasir bioloji kimya 3 əsas bölmədən ibarətdir:
1.
Dostları ilə paylaş: