Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə5/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   137
Biokimyanın əsasları I cild

Statik bioloji kimya

orqanizmin kimyəvi tərkibini öyrənir; canlı 
orqanizmin tərkibinə daxil olan maddələrin strukturunun və bu maddələrin 
hansı canlı növündə hansı miqdar nisbətində olduğunun öyrənilməsi statik 
bioloji kimyanın vəzifələrinə aiddir; 
2.
Dinamik bioloji kimya

orqanizmin toxumalarında baş verən kimyəvi 
çevrilmələri, bunlarla əlaqədar olan enerji mübadiləsini və hüceyrələrdə 
əmələ gələn enerjinin sərfedilmə yollarını öyrənir; 
3.
Funksional bioloji kimya

kimyəvi birləşmələrin strukturunu və 
mübadilə prosesi zamanı onlarda törənən dəyişiklərlə toxuma və hüceyrələr 
arasındakı əlaqələri öyrənir. 
Müxtəlif canlıların biokimyəvi xüsusiyyətləri bir-birinə oxşar olsa da, onlar 
arasında müəyyən fərqlər də vardır. Buna görə, müasir bioloji kimya tədqiqat 
obyektinin növündən asılı olaraq, müxtəlif elm sahələrinə ayrılmışdır. Bunlara 
ümumi bioloji kimya, insan və heyvan biokimyası, bitki biokimyası, mikro-
orqanizmlərin biokimyası
və b. aiddir. İnsan biokimyasının tibb elminə inteq-
rasiyası sayəsində bu elmin böyük perspektivlərə malik olan bir sahəsi 

klinik 
biokimya
geniş inkişaf mərəhələsinə qədəm qoymuşdur. 
Müasir bioloji kimya nəzəri təbabətin əsasıdır. Bu elmin patoloji proseslər 
zamanı orqanizmdə baş verən biokimyəvi prosesləri öyrənən sahəsi olan klinik 
biokimya nəzəri təbabətin mühüm tərkib hissəsini təşkil edir və klinik təbabətin 


10 
inkişafına böyük yardım göstərir. Məhz klinik biokimyanın inkişafı xəstə-
liklərin inkişaf mexanizminin aydınlaşdırılması, diaqnostikası və müalicə 
prosesinin gedişinə nəzarət edilməsi sahəsində mühüm nailiyyətlər əldə etməyə 
imkan yaratmışdır. Klinik biokimya üzrə biliklər xəstəliklərin patogenezini 
müəyyənləşdirməyə, düzgün diaqnoz qoymağa, mümkün olan ağırlaşmaların 
qarşısını almağa, müalicə taktikası seçməyə və proqnozun müəyyənləşdiril-
məsinə böyük yardım göstərir. Aydındır ki, ümumi biokimya və sağlam 
orqanizmin biokimyəvi göstəriciləri haqqında aydın təsəvvürə malik olmadan 
xəstəlik və patoloji proseslər zamanı törənən biokimyəvi dəyişiklikləri düzgün 
qiymətləndirmək mümkün deyil. 
Biokimyanın həyati prosesləri bioloji makromolekullar (zülallar, nuklein 
turşuları) səviyyəsində öyrənən sahəsinə 
molek ulyar biolo giya
adı veril-
mişdir. Son illərdə klinik biokimyada xəstəliklərin əksəriyyətinin molekulyar 
əsası olduğunu sübut edən və patoloji prosesləri molekulyar səviyyədə tədqiq 
edən yeni istiqamət 

molekulyar pa tol ogiy a

meydana çıxmışdır. Xəstə-
liklərin molekulyar əsaslarının tədqiq edilməsi çox vaxt onların səbəblərini 
aydınlaşdırmağa, inkişaf mexanizmini dərk etməyə imkan verir. Məhz bu 
tədqiqatlar sayəsində bir sıra irsi mübadilə pozulmalarının mahiyyəti aydın-
laşdırılmışdır.
Fiziologiya, əmək gigiyenası, immunologiya və b. sahələrdə olan bir sıra 
elmi problemlərin həllində də bioloji kimyanın mühüm rolu vardır. Bundan 
əlavə, müxtəlif mənşəli zəhərli maddələrin və hipoksiyanın orqanizmə təsirinin 
müəyyənləşdirilməsində biokimyəvi biliklərin rolu çox böyükdür. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin