Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə33/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   98
Müh 2016

5. Qıcıqlandırıcı ZM 
Bu qrup ZM özündə çoxlu maddələr cəmləşdirir ki, onlar da selikli qişalara burun, 
boğaz, ciyərlər və ya dəriyə qıcıqlandırıcı təsir göstərir. Bu maddələri 2 qrupa 
ayırmaq olar: – lakrimatorlar – burun, boğaz və gözün selikli qişalarını 
qıcıqlandıran, nəticədə yaş axma ( göz bəbəklərinin spazmı) və burun axması 
əmələ gətirən maddələr. (Lakrimator yunan sözü olub «lakrime» – göz yaşı 
deməkdir). – sternitlər – yuxarı tənəffüs yollarının selikli qişasının sinir 
sonluqlarını qıcıqlandıran, nəticədə öskürək, qusma, asqırma və başağrısı əmələ 
gətirən maddələr. 
Qıcıqlandırıcı zəhərləyici maddələrə Adamsit və Sİ-ES daxildir.
 
Adamsit
– 1918-ci ildə amerikalı alim Adams tərəfindən alınmışdır. Təmiz 
adamsit sarımtıl-yaşıl rəngli, iysiz, kristal maddədir. Suda demək olar ki, həll 
olmur, əksər üzvi həlledicilərdə isə çətin həll olur. Texniki adamsit toz halında və 
ya ərimiş kütlə halında olub, ərimə temperaturu 190-195
0
C-dir. Adamsit yuxarı 
tənəffüs orqanlarına güclü qıcıqlandırıcı təsir göstərir (öskürək, asqıraq, burun 
qişasından çoxlu selik axması, sinədə ağrı və göynəmə). Havada 3 mq/l qatılıqda 
10 dəqiqə nəfəs aldıqda ölümlə nəticələnir. 
İlk yardım:
zəhərlənmiş şəxsə əleyhqaz geydirib onu zəhərlənmiş sahədən 
çıxardıqdan sonra, fərdi kimya əleyhinə paketdə olan tüstü əleyhinə məhlulu 
çıxarıb əleyhqazın içərisinə yeritməklə, yaxud zərərçəkənə qoxulatmaqla 
deqazasiya etmək lazımdır.Mühafizə vasitəsi – əleyhqaz. Deqazqsiya otağın 
havasını dəyişməklə aparılır. Adamsit kimyəvi kəşfiyyat cihazı vasitəsi ilə 
müəyyən edilir. 
6. Psixokimyavi ZM
Bu zəhərli maddələr qrupuna Bi-Zet, DLT (dietilamid lizergin turşusu) aid edilir. 
Bu maddələr adətən insanların psixologiyasına təsir göstərir, onlarda psixoloji ruh 
düşkünlüyü hissi yaradır, əsgərlər döyüşməkdən imtina edir, öz silahlarını atıb 
gedirlər. Bu hal onlarda bir neçə gün davam edə bilər. Sonra adətən insanlar 
sağalırlar. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin