Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə32/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   98
Müh 2016

4. Ümumi təsirli ZM. 
Sianid turşusu
- hidrogen sianidin suda məhlulu olub, rəngsiz, uçucu, acı badam 
iyi verən maye halındadır. Su, efir və spirtdə istənilən nisbətdə qarışır, bir çox üzvi 
həlledicilərdə həll olur. Turşunu durulaşmış formada saxlamaq lazımdır. 1 damcı 
qeyri-üzvi turşunu 100 ml məhlula əlavə etdikdə suda məhlulu daha davamlı olur.
Sianid turşusu həddən artıq zəhərlidir. Turşunun buxarı ilə nəfəs aldıqda və ya o 
dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir. Sianid turşusunun 
buxarları paltarlara yaxşı hopur (sığınacağa daxil olarkən nəzərə alınmalıdır) və 
ümumzəhərləyici təsir göstərir. 
Deqazasiya - əsasən hava dəyişmə yolu ilə aparılır. 
Sianxlorid
– yüngül uçucu, rəngsiz maye halda olan maddədir. Kəskin iyə malik 
olub, selikli qişaları qıcıqlandırır və gözyaşarma əmələ gətirir. Yüksək qatılıqda 
ümumi zəhərlənmə baş verir. Sianxloridlə zəhərlənmələr – orqanizmdə gedən 
maddələr mübadiləsini təmin edən xüsusi fermentlərin aktivliyinin 
dayandırılmasına gətirib çıxarır.
Bu maddələrlə nəfəs aldıqda ağızda acı metal tamı, boğazın qıcıqlanması, zəiflik, 
qorxu və baş gicəllənməsi hiss olunur. Zəhərlənmənin zəif hallarında bu hisslər tez 
keçib gedir, ağır hallarında isə bu hisslər get - gedə artır, göz bəbəklərinin 
genişlənməsi, fikrin çaşqınlığı, qıcolma və iflic baş verir. 
İlk yardım: zəhərlənmiş şəxsə ilk növbədə əleyhqaz geydirmək lazımdır. Ona 
antidot verilir və ya amilnitrit ampulunu sındırıb şlem-maskanın içərisinə yeridirlər 
və zəhərlənmə zonasından çıxarırlar. Təmiz havada əleyhqazı çıxarıb, geyimin 
yaxasını açıb süni tənəffüs vermək lazımdır. 
Antidot olmadıqda venadaxili 40 – 60 sm³ 1 % - li metilen abısı məhlulu 25-30 
saniyə ərzində yeridilir. Həmin iynə ilə (venada olan) 50 sm³ 30% - li tiosulfat 


məhlulu yeridilir. Bu əməliyyat 30 -40 saniyə ərzində aparılır. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin