1.dialoq-söhbət;
2. dialoq-danışıq;
3.dialoq-mübahisə.
İştirakçıların münasibətlərinin
xarakterinə gəlincə, dialoqun tiplərini belə
müəyyənləşdirmək olar:
1.bərabərhüquqlu;
2.tabeedici;
3.əməkdaşlıq.
Birinci təsnifata görə, dialoq-söhbət əməkdaşlıq strategiyası ilə xarakterizə olunan
şifahi ünsiyyət növüdür. İştirakçıların niyyətlərini ifadə edən məzmuna əsasən
dialoq-söhbəti üç yarımnövə bölmək olar: hər hansı bir məsələ üzrə fikir mübadiləsi;
şəxsi maraqlar haqqında
məlumat mübadiləsi; məqsədsiz fikir, xəbər, məlumat
mübadiləsi (fatik ünsiyyət). Hər bir dialoq növünün adına uyğun funksiyası var.
Söhbətdən
fərqli olaraq, danışıq məqsədyönlü dialoqdur. Burada ünsiyyətin
stategiyası həm koperativ, həm də qeyri-kooperativ xarakterdə ola bilər.
Mübahisə isə qərar qəbul etmək və ya həqiqəti tapmaq məqsədi ilə fikir
mübadiləsidir. Dialoq-mübahisənin məqsədi məqbul həll yolu
tapmaq olsa da, eyni
zamanda həqiqət axtarışıdır. Dialoq-mübahisədə replikaların təsdiqedici nida
xarakteri üstünlük təşkil edir.
Dialoqlar həcminə görə mikro və makrodialoqlara bölünür. Bədii ədəbiyyatda
mikrodialoqlara
əsasən roman, povest və hekayələrdə past gəlirik.
Makrodilaloqlardan isə dram əsərlərində istifadə olunur. Dram əsərləri səhnə üçün
yazıldığından bütünlüklə obrazların arasında gedən dialoqlardan ibarətdir.
Dünya ədəbiyyatında məşhur dialoq və monoloq nümunələri mövcuddur. Məsələn
V.Şekspirin “Hamlet”ində Hamletin, Dostoyevskinin “İdiot” əsərində knyaz
Mışkinin, A.P.Çexovun “Qağayılar” pyesində Maşanın, H.Cavidin “İblis” dramında
İblisin, M,Cəlilin “Ölülər”ində kefli İskəndərin monoloqlarını göstərmək olar.
Dialoqlara isə ən gözəl nümunə antik yunan filosofu Platonun əsərləridir. O bütün
əsərlərində fikir və mülahizələrini dialoqlar şəkllində təqdim etmişdir.
Dostları ilə paylaş: