Bizdən
başqasına sitayiş
etmir,
Bizdən
başqasının əmrinə tabe olmurdular) və Biz onları düz
yola çatdırdıq.”
1
Başqa bir ayədə isə belə buyurur:
1 “Ənam” surəsi, ayə-87
162
“Qeybi
bilən
yalnız
Odur
və
Öz
qeybini
peyğəmbərlərindən – bəyəndiyi şəxslərdən başqasına
agah etməz. Bu halda onun (peyğəmbər, yaxud vəhyin)
arxasından və önündən kamil nəzarət qoyur ki, onlar öz
ilahi peyğamlarını çatdırsanlar.”
1
PEYĞƏMBƏRLƏR
VƏ
ASİMANİ
DİN
İlahi peyğəmbərlərin vəhy yolu ilə əldə etdikləri və
ilahi tövsiyələr kimi insanlara çatdırdıqları şeylərin
məcmusu din adlanır. Din, insanların həqiqi xoşbəxtliyini
təmin edən vəzifələr və yaşayış üsullarıdır.
2
Asimani din ümumi şəkildə iki hissədən - etiqadi və
əməli hissələrdən təşkil olunur. Etiqadi hissə bir sıra əsasi
və gerçək etiqadlardan ibarətdir ki, insan öz həyatının
əsasını onun üzərində qurmalıdır. Onlar tövhid, nübuvvət
və məad kimi üç əsas prinsipdən ibarətdir ki, onların hər
hansı birinə olan etiqada xələl gəldikdə artıq onun
daşıyıcısı din ardıcılı sayılmır.
Əməli bölmə isə bir sıra əxlaqi və əməli vəzifələrdən
ibarətdir; bu da insanın həm aləmlərin pərvərdigarı olan
Allah qarşısında, həm də cəmiyyət qarşısında malik
olduğu vəzifələri göstərir. Buradan aydın olur ki, asimani
şəriətlərdə insan üçün tənzim olunan fərdi vəzifələr iki
qismdir: Əxlaq və əməllər. Onların hər biri də öz
növbəsində iki hissəyə bölünür:
1 “Cin” surəsi, ayə-26-28)
2 Kitabın müqəddiməsinə müraciət edin.
163
a) Birinci qism: Allah ilə əlaqədar olan əməl və
əxlaqlar, o cümlədən gözəl əxlaq, iman, ixlas, bəndəçilik,
Allahın əmrinə razı olmaq, təzim, oruc, namaz, qurbanlıq
kimi əməllər. Bu qismdən olan əməllər “ibadətlər”
adlandırılır, insanın Allah dərgahında olan bəndəçiliyini
isbat edir.
b) Cəmiyyətlə əlaqədar olan layiqli əməllər və əxlaq.
Məsələn, əxlaq, insanları sevmək, xeyirxahlıq, ədalət,
səxavət, ticarət və s. ictimai əlaqələr. Bu qism isə
“müamilələr” adlanır.
Digər tərəfdən, insan həmişə kamala diqqət yetirir və
bəşər cəmiyyəti zamanın keçməsi ilə daha da kamilləşir.
Asimani şəriətlərdə də bu cür təkamülün zahir olması
zəruridir. Qurani-Kərim də həmin tədrici təkamülü (əql
yolu ilə əldə edildiyi kimi) təkid edir. Quran ayələrindən
məlum olduğu kimi, sonradan gələn hər bir din və şəriət
əvvəlkindən daha kamildir. Allah-taala belə buyurur:
“Biz kitabı (Quranı) haqq olaraq sənə nazil etdik.
Halbuki, öz qarşısında olan (Tövrat və İncil kimi kitabları)
təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna
şahid) kimi nazil etdik.”
1
Əlbəttə, elmi nəzəriyyələrin göstərdiyi və Quranın
aşkar buyurduğu kimi insan cəmiyyətinin dünya həyatı
əbədi deyildir və təbii ki, onun təkamülü də sonsuz
olmayacaqdır. Buna görə də insanın etiqad və əməl
baxımından
olan
vəzifələrinin
külliyyatı
hökmən
müəyyən bir mərhələdə dayanacaq və bunun ardınca
etiqadın kamalı və əməli qayda-qanunların genişlənməsi
1 “Maidə” surəsi, ayə-48
164
baxımından mərhələnin axırına çatan şəriət və nübuvvət
də xətm olunacaqdır.
Məhz buna görə də Qurani-Kərim islam dininin
Həzrət Məhəmməd (s)-in dini kimi asimani dinlərin
axırıncısı və ən kamili olduğunu bəyan etməklə yanaşı,
özünü nəsx olunmayan (qüvvədən düşməyən) asimani
kitab, Peyğəmbəri-Əkrəmi (s) peyğəmbərlərin sonuncusu,
islam dinini isə bütün vəzifələrin göstəricisi olan bir din
kimi təqdim edərək buyurur:
Dostları ilə paylaş: |