İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ


“Biz insanların məişət və həyatını onların arasında



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə57/93
tarix25.11.2023
ölçüsü2,4 Mb.
#134715
1   ...   53   54   55   56   57   58   59   60   ...   93
İSLAMDA-ŞİƏLİK

“Biz insanların məişət və həyatını onların arasında 
bölüşdürdük (hər şəxs onun bir qismini öhdəsinə alır; 
onlardan bəzilərinə üstünlük verdik ki, bəziləri 
digərlərini öz ixtiyarlarına keçirsin.”
2
 
(Necə ki, fəhlə və 
1 Bütün insan fərdləri, hətta onların ən sadəsi və ən az 
fikirləşəni belə, öz təbiətinə uyğun olaraq insaniyyət aləminin 
elə bir vəziyyətdə olmasını istəyir ki, hamılıqla asayişdə, sülh və 
səfa-səmimiyyətdə yaşasın. Fəlsəfi cəhətdən də istəmək, meyl 
və rəğbət iki tərəflə gerçəkləşən nisbi vəsflərdir; o cümlədən 
“istəyən və istənilən”, “sevən və sevilən” və s. Aydındır ki, əgər 
istəmək və sevmək mümkün olmasaydı onu sevməyin mənası 
olmazdı. Və nəhayət hamı bu cür nöqsanlı dərs səviyyəsinə 
qayıdır. Əgər kamal mümkün olmasaydı nöqsanın mənası 
olmazdı. 
2 “Zuxruf” surəsi, ayə-32 


158 
sahibkarın hər biri məxsus vaxtlarda biri digərini 
müəyyən işlərə cəlb edir; rəislə onun əli altında 
işləyənlər, icarəçi ilə icarənişin, alıcı və müştəri də bu 
qayda ilədir.). 
İnsanın özünüsevmək və inhisarçılığı barədə isə belə 
buyurulur: 
“İnsan çox həris yaradılmışdır. Ona xoşagəlməz bir 
hadisə baş verdikdə ah-nalə edir, xeyir çatanda 
başqalarını ondan məhrum edir.”
1
ƏQL
 

 
QANUN
 
Düzgün diqqət yetirdikdə aydın olur ki, insanlar daim 
arzuladıqları və onların səadətini təmin edə biləcək 
qanunların lüzumunu Allah verən fitrətlə həm təklikdə, 
həm də hamılıqla dərk edirlər. Elə bir qanun ki, 
bəşəriyyət aləmini məhz “bəşər aləmi” olduğuna görə 
ayrı-seçkilik olmadan xoşbəxtliyə çatdıraraq onların 
arasında ümumi kamalı bərqərar etsin. Aydındır ki, 
indiyə qədər bəşər həyatının müxtəlif dövrlərində əql 
tərəfindən tənzim olunan belə bir qanun görünməmişdir. 
Əgər belə bir qanun təkvin əsasında onun öz öhdəsinə 
qoyulmuş olsaydı, əlbəttə bu uzun dövr ərzində 
bəşəriyyət üçün dərk olunar, ağıl və düşüncə qüvvəsinə 
malik olan bütün insanlar onun cəmiyyətdə nə qədər 
lazım və zəruri olmasını dərk etdikləri kimi, onun 
məfhumunu da müfəssəl şəkildə dərk edərdilər. 
Başqa sözlə desək, əgər bəşər cəmiyyətinin əbədi 
1 “Məaric” surəsi, ayə 19-21. 


159 
xoşbəxtlik və səadətinə təminat verən, bəşəriyyətin 
yaradılış yolunda ona doğru hidayət olunası müştərək və 
kamil qanun təkvin etibarı ilə insanların öz öhdəsinə 
qoyulsaydı, hər bir insan öz həyatındakı fayda və 
qazancını, eləcə də sair zəruri olan şeyləri dərk etdiyi 
kimi öz əqli ilə o qanunu da dərk edərdi. Lakin indiyə 
qədər belə bir qanun görünməmişdir; öz-özünə yaranan, 
yaxud indiyə qədər cəmiyyətlərdə olub-keçən millətlər, 
şəxslər, sahibkarlar, yaxud bir şəxs tərəfindən icad olunan 
belə qanunlar şübhəsiz ki, bəziləri üçün qəbul olunmuş, 
bəziləri üçün isə müəmmalı qalmışdır; bəziləri ondan 
xəbərdardır, bəziləri isə ondan tamamilə xəbərsizdirlər və 
bəşəri quruluş baxımından bir-biri ilə bağlı olan, Allah 
verən əqldən bəhrələnən camaatın hamısı bu bölmədə 
heç vaxt müştərək idraka malik olmamışlar. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin