İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə7/93
tarix25.11.2023
ölçüsü2,4 Mb.
#134715
1   2   3   4   5   6   7   8   9   10   ...   93
İSLAMDA-ŞİƏLİK

AZLIQ
 
TƏŞKİL
 
EDƏN
 
ŞİƏLƏRİN
 
ÇOXLUQ
 
TƏŞKİL
 
EDƏN
 
SÜNNÜLƏRDƏN
 
AYRILMASI
 

 
İXTİLAFIN
 
YARANMA
 
SƏBƏLƏRİ
 
Peyğəmbərin (s), səhabələrin və bütün müsəlmanların 
nəzərində Əli (ə)-ın yüksək məqamına nəzər salmaqla, 
onun ardıcılları Peyğəmbərin (s) vəfatından sonra o 
həzrətin xilafət məqamına çatacağına şübhə etmirdilər. 
Peyğəmbəri-Əkrəm (s) ölüm yatağında olarkən baş verən 
hadisələr istisna olmaqla, mövcud şərait və zahiri 
əlamətlər də bu nəzəriyyəni təsdiq edirdi.
2
1 Cabir deyir: Peyğəmbərin (s) yanında idim, Əli uzaqdan 
göründükdə o həzrət buyurdu: “Canım qüdrət əlində olan 
Allaha and olsun! Bu şəxs və onun şiələri qiyamətdə nicat 
tapacaqlar.”
İbni Abbas deyir: “İnnəlləzinə amənu və əmilus-salihati 
ulaikə hum xəyrul-bəriyyəh” ayəsi nazil olduqda Peyğəmbər 
Əliyə buyurdu: “Bu ayədə buyurulan şəxslər sən və sənin 
şiələrindir ki, qiyamətdə razılıq və sevincdə olacaqsınız və 
Allah da sizdən razı olacaqdır”.
Bu iki hədis, eləcə də çoxlu başqa hədislər “Əd-durrul-
mənsur” təfsirinin 6-cı cildinin 379-cu səhifəsində və “Ğayətul-
məram” kitabının 326-cı səhifəsində nəql olunmuşdur. 
2 Həzrət Məhəmməd (s) ölüm yatağında yatarkən Üsamə 
ibni Zeydin başçılığı ilə bir qoşun təşkil etdi, hamının bu 


37 
Amma Peyğəmbəri-Əkrəm (s) vəfat edəndən sonra 
gözlənilməz hadisələr baş verdi; onun ailə üzvləri və 
səhabələrdən bir çoxu dərin hüzn və matəm içində dəfn 
mərasimi ilə məşğul olduqları zaman, sonralar əksəriyyət 
təşkil edən bir qrup son dərəcə özbaşınalıq və 
tələskənliklə bir qərar çıxardılar. Onlar Peyğəmbərin Əhli-
beyti, onun yaxın adamları və tərəfdarları ilə məşvərət 
etmədən, hətta onlara xəbər vermədən “xoşməramlı” bir 
tədbir keçirib müsəlmanlara xəlifə təyin etdilər. Əli (ə) və 
onun köməkçilərini qanunsuz olaraq baş vermiş bir iş 
qarşısında qoydular. Əli (ə) və digər tanınmış səhabələr, o 
cümlədən İbni Abbas, Zübeyr, Salman, Əbuzər, Miqdad, 
müharibədə iştirak edərk Mədinədən çıxmasına israr edirdi. 
Bəziləri, o cümlədən Əbu Bəkr və Ömər Peyğəmbərin (s) 
göstərişindən imtina etdilər. Bu hadisələr Peyğəmbəri (s) çox 
narahat etdi. (“Şərhi-Nəhcül-bəlağə” (İbni Əbil Hədid), Misir 
çapı, 1-ci cild, səh-53.) 
Peyğəmbəri
-
əkrəm
(
s

vəfatından
bir
az
əvvəl
buyurdu:
“Mənim
üçün
kağız
-
qələm
gətirin

sizin
üçün
bir
məktub
yazım
ki

sizin
hidayətinizə

yoldan
azmamağınıza
kömək
olsun
.

Ömər
bu
işə
mane
olub
dedi:
“Onun
xəstəliyi
şiddətlənmişdir

sayaqlayır
!!!

(
“Tarixi
Təbəri”
, 2-
ci
cild

səh-
436
;
“Səhihi
Buxari”
, 3-
ci
cild

“Səhihi
Müslüm”
, 5-
ci
cild

“Əl
-
bidayətu
vən
-
nihayə”
, 5-
ci
cild

səh-
227
;
“Şərhi
-
Nəhcül
-
bəlağə”
(
İbni
Əbil
Hədid
), 1-
ci
cild

səh-
133. 
Həmin hadisə birinci xəlifənin ölümü ilə nəticələnən 
xəstəliyində də təkrar olundu və o, xilafəti Ömərə verdi və 
vəsiyyət edərkən huşdan getdi, lakin Ömər birinci xəlifənin 
sayaqladığını iddia etmədi. Halbuki, vəsiyyətin yazıldığı zaman 
huşdan getmişdi, lakin Peyğəmbər (s) məsum və onun duyğu 
üzvləri öz yerində idi. (Rövzətus-səfa, 2-ci cild, səh-260 


38 
Əmmar və digərləri dəfn mərasimini tamamladıqdan 
sonra bu işdən xəbərdar oldular. Onlar bu üslubla və 
tələmtələsik xəlifə təyin etmək məsələsinə qarşı öz 
etirazlarını bildirmək məqsədi ilə ümumi yığıncaq 
keçirdilər. Lakin cavabında “belə məsləhət oldu” sözlərini 
eşitdilər. 
Məhz bu tənqid və etirazlar azlıq təşkil edənləri çoxluq 
təşkil edənlərdən ayırdı; Əli (ə)-ın ardıcıllarını “Əli şiəsi” 
adı ilə cəmiyyətə tanıtdırdı. Xilafət məqamında əyləşənlər 
də dövrü siyasətin tələblərinə uyğun olaraq, azlıqda 
olanların 
bu 
adla 
tanınmamasına, 
cəmiyyətin 
parçalanmamasına çalışırdılar. Onlar xilafətin fikir birliyi 
əsasında olduğunu iddia edir, etiraz edənləri və beyətdən 
boyun qaçıranları “müsəlman icmasından ayrılanlar” 
adlandırır, bəzən onların haqqında nalayiq ifadələr də 
işlədirdilər.
1
Əlbəttə, şiələr ilk dövrlərdə hakim qüvvə 
tərəfindən kəskin təzyiqlərə məruz qaldıqlarından, sadəcə 
etiraz etməklə öz müxalifətçiliklərini bildirməkdən əlavə, 
hər hansı bir tədbir görməyə müvəffəq olmadılar. Əli (ə) 
da islamın və müsəlmanların ümumi mənafeyini nəzərə 
almaqla və kifayət qədər köməkçi olmadığına görə silahlı 
qiyama qalxmadı. Lakin etiraz edənlər əqidə baxımından 
əksəriyyət təşkil edənlərə tabe olmadılar; onlar bilirdilər 
1 Ömər ibni Həris, Səid ibni Zeydə dedi: Bir kəs Əbu Bəkrə 
beyətə müxalifət etdimi? Cavab verdi: Heç kəs müxalif deyildi, 
yalnız mürtəd olanlar, yaxud mürtəd olmaq ərəfəsində olanlar 
müxalifət etmişdilər. (“Tarixi Təbəri”, 2-ci cild, səh-447) 


39 
ki, Peyğəmbəri-Əkrəmin (s) həqiqi canişini və elmi 
mərcəiyyət məqamı Əli (ə)-dır.
1
Peyğəmbər (s) buyurmuşdur: “Mən elmin şəhəri, Əli 
onun darvazasıdır. Hər kəs elm axtarırsa, gərək onun 
qapısından varid olsun.”
2
Azlıq təşkil edən dəstənin üzvləri elmi və mənəvi 
cəhətdən yalnız o həzrətə müraciət etməyi rəva görür və 
başqalarını da ona doğru dəvət edirdilər. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin