Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
406
dil sistemlərdən ibarət olub daim fəaliyyət göstərir. Dil
sistemi nəzəriyyəsində mühüm məsələlərdən biri kimi
sistem özəyi də göstərilir. Hər bir sistemdə
sistem özəyi
çoxişlənən ünsürlər hesab olunur. Məsələn,
dilin leksik
sisteminin özəyini daha çox işlənən – ümumişlək sözlər
layı təşkil edir.
Dilin sistemi öz təbiətinə görə mürəkkəb və rən-
garəngdir. Buna görə də dildə sistemlər sadə və mürəkkəb
olmaq meyarına görə də fərqlənir.
Sadə dil sistemi eynicinsli
ünsürlərin birləşməsindən
ibarət olur.
Mürəkkəb dil sistemi müxtəlif birləşmələrin,
ünsür
qruplarının əsasında meydana çıxır.
Dilin sistemi, qeyd etdiyimiz kimi, dilin vahidlərindən
ibarətdir. Dilin hər bir vahidi onun ümumi inkişaf qanunu-
na tabedir. Bu inkişaf dil sistemində də özünü göstərir.
Dil
sisteminin dinamikası dilin ehtiyat imkanları ilə bağlıdır.
Məlumdur ki, hər bir dil ehtiyat imkanlarına malikdir. Bu
keyfiyyət olmasa, dil yaşaya və inkişaf edə bilməz. Ehtiyat
imkanları əsasında dil inkişaf etdikcə dilin sistemlərinə də
öz təsirini göstərir.
Dilin sistemindən bəhs edərkən onun quruluşu məsələsi
də diqqət mərkəzində durur. Çünki
“dilin sistemi” və
“dilin
quruluşu” bir-birinə çox bağlı olan eyni mürəkkəb proble-
min sahələridir. Dil quruluşu termininin mahiyyətini aydın
təsəvvür etmək üçün quruluş sözünün “Azərbaycan dilinin
izahlı lüğəti”ndə verilmiş mənalarına nəzər yetirək. Lüğətdə
deyilir: quruluş – 1. İctimai, dövləti sistem üsulu, idarə üsulu.
2. Üsul, sistem. 3. Bir şeyin qurulma üsulu, təşəkkül forması,
düzülüş qaydası, daxili tərtibatı; konstruksiyası (Dilin qram-
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
407
matik quruluşu. Cümlə quruluşu). 4. Bir tam təşkil edən his-
sələrin bir arada birləşməsi,
təşəkkülü, düzülüşü
1
.
Bu izahlardakı mənaların hamısı, təbii olaraq, dil qu-
ruluşu termininin ifadə etdiyi mənaya uyğun gəlmir. Bun-
lardan sonuncu – dördüncü məna dil quruluşuna daha
uyğundur.
Yeri gəlmişkən deməliyik ki, istər dil quruluşu nəzə-
riyyəsində, istərsə də linqvistik elmi ədəbiyyatda “dilin
quruluşu” termini ilə “dilin sistemi”nin qarışdırıldığı hal-
lar olmuşdur. Belə ki, bəzi dilçilər bu terminlərdən sinonim
kimi istifadə etmişlər. Bundan əlavə, bəzi alimlərin sistem
haqqındakı mülahizəsi eynilə quruluş haqqında fikrə uy-
ğun gəlmişdir.
Başqa formada desək, bir alimin quruluş
haqqında verdiyi tərif digəri tərəfindən sistem haqqında
deyilmişdir
2
. Belə hal, şübhəsiz ki, məsələnin dəqiq dərk
edilməsinə mane olur. Bilmək lazımdır ki, sistem sistem-
dir, quruluş da quruluşdur.
Bəs dilin quruluşu nədir? Dilin quruluşu dilin özəyi-
dir. Bütün sistemlər bu özəyin əsasında birləşir və müəy-
yən münasibətlərlə əlaqələnir. Sistemlərin ünsürləri ara-
sındakı bütün əlaqə və münasibətlər quruluşu təşkil edir.
Deməli,
quruluşu sistemsiz, sistemləri isə quruluşsuz
təsəvvür etmək qeyri-mümkündür. Həm də bunlar bir-bi-
rindən təcrid olunmuş, ayrı-ayrı mövcud ola da bilməz.
Dil sistemlərinin müxtəlif növləri mövcuddur. Təəs-
süflə deməliyik ki, bəzi nəzəri ədəbiyyatda dil sistemləri
əsas və əlavə deyə iki yerə bölünür. Belə fikirlərlə qəti razı-
laşmaq olmaz. Çünki dildə ikinci dərəcəli, faydasız sistem
1
Azərbaycan dilinin izahlı lüğəti. I cild. B., 1966, səh. 584.
2
В.М.Солнцев. «Язык как системно-структурное образование». M., 1971, с. 10.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
408
yoxdur və ola da bilməz. Bunların hamısı, həcm və digər
cəhətlərdən asılı olmayaraq, başlıcadır, dilin varlığı və in-
kişafı üçün vacibdir.
Dil sistemlərini həcminə görə aşağıdakı qruplara ayır-
maq olur: makro (böyük), mikro (kiçik) və yarımsistem.
Dilin makro (böyük) sistemləri aşağıdakılardır:
fonetik, lek
sik, semantik, morfoloji, sintaktik. Bu sistemlərin hər biri di-
gərindən öz əlamət və keyfiyyətlərinə görə fərqlənir.
Dostları ilə paylaş: