Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
411
Dilin fonem sistemində sait və samitlərin bu cür xarak-
terik xüsusiyyətlərə malik olması danışıq səslərini təbiətdə-
ki başqa səslərdən kəskin şəkildə fərqləndirir. Bu fərq birinci
növbədə özünü onda göstərir ki, danışıq səsləri sistem təşkil
edir, təbiətdəki digər səslər isə xaotik vəziyyətdə baş verir.
2. DİLİN LEKSİK SİSTEMİ
Dilin leksik sistemində lüğət tərkibinə daxil olan bü-
tün
sözlərin mövqeyi,
mahiyyəti, mənşəyi, söz qrupları,
sözün istifadə edilmə dairəsi və üslubi xüsusiyyətləri, lek-
sik tərkibin həcmi və inkişaf prosesi və s. öz əksini tapır.
Dil başdan-başa söz sistemindən ibarətdir. Bu sistem daxi-
lində sözlər leksik dona girərək müstəqil leksem şəklində
dildə fəaliyyət göstərir.
Yer üzündə mövcud olan
dillərin leksik sisteminin
ümumi mənzərəsini iki böyük tərkib hissəyə ayırmaq olar:
a)
apelyativ leksika; b) onomastik leksika.
Apelyativ sözlər sistemini
təşkil edən dil vahidləri
əşya və hadisələr haqqında anlayışları ümumi şəkildə ifa-
də edən sonsuz işarələrdən ibarətdir. Lakin bu sonsuzluq
xaotik deyil, sistem şəklində mövcuddur. Belə ki, əşya
və hadisələrin adlarını bildirən sözlər öz zahiri və daxili
cəhətlərinə, ilkin və törəmə olmalarına, qohumluqlarına,
qədimlik
və yenilik etibarilə,
mənşə cəhətdən tərkibinə
görə, habelə dildə işlənən söz qruplarına görə bir-biri ilə
əlaqələnir və zəncirvarı halqalar
şəklində sistem təşkil
edir.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
412
Dildə
onomastik leksikaya daxil olan xüsusi sözlər sis-
teminin özünəməxsus qanunauyğunluqları vardır. Bütün
dillərdə xüsusi sözlər ümumi sözlər əsasında meydana gə-
lir. Onomastik leksikanın başlıca xüsusiyyəti ondan ibarət-
dir ki, milli dil çərçivəsindən çıxaraq tərcümə olunmadan
beynəlxalq miqyasda işlənə bilir. Ümumi sözlər isə bu xü-
susiyyətə malik deyildir.
Dilin onomastik leksikasını təşkil edən sözlər aşağıda-
kı sistem əsasında lay təşkil edir.
Dostları ilə paylaş: