Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
414
fi xarakter daşımır. Sözün mənası
müəyyən tarixi inkişaf
prosesində insanın yaradıcı
təfəkkürünün məhsulu kimi
obyektiv şəkildə meydana çıxır. “Dildə sözün ifadə etdiyi
bütün mənalara sözün
məna quruluşu deyilir. Sözün məna
quruluşu, eyni zamanda, sözün
məna həcmi, məna sistemi də
adlanır”
1
. Bu sistemdə sözlər həqiqi və məcazi məna kəsb
edir, omonimlik və sinonimlik cərgəsində düzülür.
Sözlərin
həqiqi və məcazi məna sistemində sözlər öz əsas
mənalarından əlavə başqa mənalarda da işlənir. Məsələn,
Azərbaycan dilində
polad sözünün əsas mənası metal növlə-
rindən birinin adını bildirməsidir (
polad məftil, polad rels və s.)
Həmin metala xas olan bərklik anlayışından metaforik şə-
kildə
polad iradə və
polad bilək ifadələrində də istifadə edilir.
Bu ifadələrdə
polad sözü həqiqi deyil, məcazi mənada işlən-
mişdir. Dünya dillərində sözlərin bu cür əlavə mənalarda
işlənməsi
çoxmənalılıq deyilən
semantik hadisənin yaran-
masına səbəb olmuşdur.
Omonimlik və
sinonimlik sistemi də
ümumi semantik sistemin tərkib hissəsini təşkil edir.
Sinoni
miya sözün geniş mənasında götürülür. Bu qrup sözlər eyni
ekspressiv-kommunikativ məqsəd üçün işlənilir. Məsələn,
Azərbaycan dilində
ürək, qəlb, könül sözləri sinonimik cərgə
təşkil edir. Bunlar bir məna kəsb etsələr də, dildə müxtəlif
ekspressiv-kommunikativ məqsədlə istifadə edilir. Heç vaxt
həkimə müraciət etdikdə
“doktor, qəlbim və ya könlüm ağrıyır”
deyilmir;
“ürəyim ağrıyır” deyilir. Lakin “ürəyim sözlə dolu-
dur” əvəzinə
“qəlbim, yaxud könlüm sözlə doludur” işlənmir.
“Dəli könül” ifadəsində isə
“könül” sözünü nə
ürək, nə də
qəlb
sözü ilə əvəz etmək (
dəli qəlb, dəli ürək) olar.
1
A.M.Qurbanov. Müasir Azərbaycan ədəbi dili. I cild, Bakı, 2003, səh. 277.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
415
Sinonimlik yalnız sözdə yox, hətta bütöv cümlədə də
ola bilər. Məsələn,
“Mən anamı sevirəm”, “Mən anama də
rin bir məhəbbət bəsləyirəm”, “Anam mənim gözümün işığıdır”,
“Anamdan əziz dünyada heç kimim yoxdur” cümlələri sinoni-
miya əsasında yaranır.
Omonimlik sistemi sinonimliyin əksinədir.
Burada isə
eyni bir sözdən müxtəlif mənaların ifadə olunmasında istifa-
də edilir. Omonimlik semantik hadisəsi dilin bütün laylarında,
qatlarında müşahidə olunur. Məsələn, sözlərdə:
yel (külək) –
yel
(xəstəlik),
qaz (quş) –
qaz (maddə),
bel (alət) –
bel (bədən üzvü)
və s.; cümlələrdə:
əlim-ayağım yerdən üzüldü (təyyarədə uçmaq
mənasında) –
əlim-ayağım yerdən üzüldü (ümidini itirmək mə-
nasında). Dilin semantik sistemində baş verən qanunauyğun-
luqlar və hadisələr aşağıdakı mənzərəni əks etdirir:
Dostları ilə paylaş: