1. ÜMumi DİLÇİLİk I indd


Strukturalizmin müxtəlif məktəbləri arasında



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə72/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   68   69   70   71   72   73   74   75   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Strukturalizmin müxtəlif məktəbləri arasında 
münasibət
Strukturalizm məktəblərinin hamısı üçün ümumi olan 
cəhət vardır. Bu cəhət həmin məktəblərin “Gənc qramma-
tiklər” cərəyanına müəyyən dərəcədə əks olmasıdır. “Gənc 
qrammatiklər” dilin tarixi aspektdə öyrənilməsini qiymətli 
hesab edir, strukturalizm nümayəndələri isə müasir dilin 
vəziyyətini öyrənməyi vacib bilirdilər.
Strukturalistlər dilin sinxronik planda öyrənilməsinin 
dilçilikdə başlıca vəzifə olduğunu göstərirdilər.
Dilçiliyin inkişafı tarixində strukturalizm cərəyanına 
mənsub olan məktəblərdən hər birinin özünəməxsus yeri 
və rolu olmuşdur. Bunlardan Praqa strukturalizm məktəbi 
fonoloji nəzəriyyəni yaratmaqla, Kopenhagen qlossema-
tikası dilə ən mürəkkəb semiotik sistem kimi baxmaqla
Amerika deskriptivizmi isə dilin qrammatik quruluşunun 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
127
öyrənilməsinə dair böyük nailiyyətlər əldə etdiklərinə görə 
dünya dilçiliyində nəzər-diqqəti cəlb etmişlər.
2.08. ÜMUMİ DİLÇİLİK TARİXİNDƏ 
 
TÜRKOLOJİ DİLÇİLİYİN MÖVQEYİ
Qədim tarixə malik çoxsaylı türk dillərinin, ləhcələrinin 
tədqiqi və təbliği tarixini izləmək, meydanda olan elmi tə-
dqiqatlara münasibət bildirmək müasir türkşünaslığın ən zə-
ruri problemlərindəndir. Dünya dilçiliyinin ənənələrinə görə, 
hər bir elm tarixinin araşdırılması xronoloji tələblərə əsasla-
nır. Türkoloji dilçiliyin ta qədimdən başlamış inkişaf tarixinin 
dövrləşdirilməsində də, təbii olaraq, digər meyar və ölçülər-
lə bərabər xronoloji ardıcıllıq elmi prinsipi həll
edici rol kəsb 
edir. Türk xalqlarının keçib gəldiyi hər bir əsrin, hətta konkret 
ilin özünəməxsus linqvistik nailiyyətləri, müvəffəqiyyətləri 
mövcuddur ki, ancaq onlara əsaslanaraq obyektiv dövrləş-
dirmə aparmaq mümkün olur. Başqa elm sahələrində olduğu 
kimi, türkologiyada da dilçilik tarixinin dövrləşdirilməsi son 
dərəcə çətin və müşkül məsələdir. Dünya dilçiliyində xüsusi 
mövqeyi olan türkoloji dilçilik hazırda öz zəngin tarixinə, ke-
çib gəldiyi dolğun, məzmunlu yollara nəzər salmaq, yeni-ye-
ni elmi istiqamətlərə üz tutmaq mərhələsindədir.
Türk dilləri sahəsindəki elmi araşdırmaların, tədqiqat 
və təbliğatların tarixi qədim zamanlardan başlayır. Apa-
rılmış geniş və fundamental nəzəri və əməli linqvistik iş-
lər əsasında türk xalqlarının hər birinin özünəməxsus dil 
haqqında elmi – dilçiliyi yaranıb formalaşmışdır. O cüm-
lədən, Azərbaycan dilçiliyi, türk (osmanlı) dilçiliyi, özbək 
dilçiliyi, türkmən dilçiliyi, qazax dilçiliyi, tatar dilçiliyi və 
başqaları, eləcə də adı çəkilməyən digər milli türkoloji dil-
çiliklər ümumtürk dilçiliyinin tərkib hissəsini təşkil edir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
128
Türk dillərinin ləhcə, dialekt və şivələrinin tədqiqi
təbliği ilə bağlı meydana çıxmış minlərcə elmi, elmi-meto-
diki əsər, mülahizə və görüşləri nəzərdən keçirib, saf-çü-
rük etdikdən sonra türkoloji dilçiliyin inkişaf tarixinə dair 
təxminən dörd dövr və on beş elmi-tədqiqat istiqaməti 
müəyyənləşdirmək olur
1
.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin