Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
134
cəhətdir. Guya təhlil bu növ elmlər üçün xarakterik deyil-
dir. Məsələni bu cür düşünənlər
səhv olaraq hər bir elmdə
təhlilin vacib olduğunu unutmuşlar.
Bölgünün tələblərinə
əsasən dünya elmlərinin bir
qrupu,
o cümlədən fizika, riyaziyyat, mexanika, elektroni
ka və s. dəqiq elm hesab olunmuşdur. “Dəqiq elm” an-
layışının əsasını dəqiqlik təşkil edir. Bu təsnifin baniləri
başqa cəhətlərin heç birini nəzərə almayıb, yalnız dəqiq-
liyi elmlərin təsnifi üçün başlıca meyar hesab etmişlər.
R.A.Budaqov haqlı olaraq elmlərin
təsnifində dəqiqliyi
meyar götürməyi kobud səhv kimi qiymətləndirir
1
. Elm-
ləri təsnif etməkdə dəqiqlik meyar deyil və ola da bilməz.
Dəqiqlik bütün elmlər üçün zəruridir. Hər bir elm dəqiq-
lik üzərində yaranır və formalaşır. Deməli, dəqiqlik hər
bir elmin varlığını müəyyənləşdirən cəhətdir.
Dəqiqlik olmayan hər hansı tədqiqatı elmi hesab et-
mək qeyri-mümkündür. Çünki
tədqiqata cəlb olunan bu
və ya başqa hadisənin, faktın həllində dəqiqlik başlıca şərt-
lərdəndir. Hər bir elmin nəzəriyyəsi üçün fəlsəfi kamillik,
məntiqi ciddilik nə dərəcədə lazımsa, dəqiqlik də bir o qə-
dər gərəklidir. Bütün bu deyilənlərə əsasən yalnız fizika,
riyaziyyat kimi elmləri dəqiq adlandırmaq fikri ilə qəti ra-
zılaşmaq olmaz.
“Dəqiqlik” termini altında geniş məfhum başa düşü-
lür.
Dəqiqliyin dərəcəsi, növləri (məntiqi dəqiqlik) möv-
cuddur. Lakin bunların hamısı vahid anlayışın
tərkibini
təşkil edir. Buna görə də dəqiqliyi müxtəlif yox, vahid plan-
da təsəvvür etmək lazımdır. Nəhayət deməliyik ki, təbiət
elmlərində olduğu kimi, hər bir ictimai elm, o cümlədən
dilçilik də dəqiqlik tələb edir. Dilçiliyin tədqiqi tarixindən
aydın olur ki, həmişə
linqvistik dəqiqliklə filoloji həssaslığın
1
Р.А.Будагов. О предмете языкознания. “Изв. АН СССР отд. лит. и яз.” 1973, том 31, вып. 5.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
135
vəhdəti yüksək keyfiyyətli əsərlərin yaradılmasının əsasını
təşkil edən amillərdən olmuşdur.
Dostları ilə paylaş: