TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə116/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   112   113   114   115   116   117   118   119   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

İctimai nəqliyyatda qaydalar:
Sürücü:

Sərnişinlərlə mədəni rəftar etməli, kobudluğa yol verməməli;

Maşını tələb olunan sürətlə sürməli;

Güclü və bayağı musiqidən istifadə etməməli;

Güclü siqnal verməməli;

Nəqliyyatı idarə edərkən diqqətli olmalı;

Maşını yalnız dayanacaqlarda saxlamalı;

Oturacaqlardan artıq sərnişin götürməməli;

Sağlamlığına diqqət etməli;

Siqaret çəkməməli;

Spirtli içki və antivitaminlərdən istifadə etməməli;

Səliqəli və təmizkar olmalı;

Digər sürücülərlə mülayim davranmalı.
Sərnişinlər:

Diqqətli olmalı, yaşlıya, xəstəyə, uşaqlıya yol və yer verməli;

Gediş haqqını ödəməli;


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
129 

Yalnız dayanacaqlarda nəqliyyat vasitəsinə minməli və düşməli;

Yüksəkdən danışmamalı;

Siqaret çəkməməli;

Nitq etiketlərindən istifadə etməli (buyurun, zəhmət olmasa, bağışlayın);

Salonu və oturacaqları təmiz saxlamalı, onları korlamamalı;

Sürücünün diqqətini yayındırmamalı;

Digər sərnişinlərlə mülayim rəftar etməli, təhqirə yol verməməli;

Sürücü və
digər sərnişinləri narahat etməməli;

Qapını asta örtməli;

Əşyalarına cavabdeh olmalı;

Digərlərin əşyalarına toxunmamalı;

Sahibsiz əşya taparsa, sürücüyə təqdim etməli.
Parklarda davranış qaydalarına əməl edilməsi vacibdir. Onlara aşağıdakılar aiddir:

Yüksək səslə danışmamalı;

Əxlaqsız hərəkətlərə yol verməməli;

Zibili zibil qabına atmalı;

Ağaclara, bitkilərə zərər vurmamalı;

Gəzinti zamanı uşaqları, xüsusilə də körpələri nəzarətsiz qoymamalı;

Gəzdirilən heyvanı sərbəst buraxmamalı və s.
İnsanların küçədə əməl etməli olduqları bəzi davranış qaydaları mövcuddur. Küçədə 
davranış qaydalarına aiddir:

Küçədə yediyimiz və ya içdiyimiz qidanın qalığını yerə tullamaq mədəniyyətdən 
kənardır; 

Boş su qabını və ya dondurmanın kağızını yerə yox, zibil qabına atmalı;

Saqqızı çeynədikdən sonra skamyanın altına, avtobusun oturacağına yapışdırmaq, 
yerə tullamaq yox, zibil qabına atmaq vacibdir.

İcazə verilməyən yerlərdə siqaretdən istifadə etməməli, ümumiyyətlə, siqaret 
çəkməmək daha məqsədəuyğundur. 

Nəzakətsiz davranışlara
yol verilməməli;

Avtobusda mobil telefonla yüksək səslə danışmaq mədəniyyətsizlikdir.
Uşaqların təbiətdə davranış qaydalar:
Bitkilərlə:

Təbiətdə, bağ və parklarda bitkilərə qayğı ilə yanaşmalı;

Bitkinin yarpağını, çiçəyini, budağını qırmamalı;

Bitkiləri suvarmalı, yarpaqlarını təmizləməli;

Yaşıllığı zibilləməməli, zibili zibil qabına atmalı;

Otları, yaşıllıqları tapdalamamalı;



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin