TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə114/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   110   111   112   113   114   115   116   117   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
127 
fikirləşə bilməməsini təsdiq edir.
Asudə vaxtın çox hissəsini fəal istirahət üçün ayırmaq məsləhətdir. Açıq havada 
gəzmək, müxtəlif hərəkətlər və əyləncəli oyunlarla məşğul olmaq, müəyyən qədər 
televizora, teatr tamaşalarına və kino
-
filmlərə baxmaq mədəni səviyyəni yüksəldir. Onlar 
asudə vaxtın daha maraqlı və məzmunlu keçməsinə zəmin yaradır. Asudə vaxtın müəyyən 
bir hissəsinin mütaliəyə, maraqlı sahələr üzrə yeni məlumatlar əldə etməyə, sevimli yazıçı 
və şairlərin əsərləri ilə tanış olmağa, ailə kitabxanasını zənginləşdirməyə sərf edilməsi də 
faydalıdır. Asudə vaxtın müəyyən bir hissəsini bədən tərbiyəsi və idmana, ictimai faydalı işə, 
həmçinin təbiətə qayğı göstərməyə həsr etmək vacibdir.
Həyət və yol kənarındakı, məktəbin 
həyətindəki ağaclara və yaşıllıq kollarına qulluq etmək fərəhvericidir. Asudə vaxtlarda 
məktəblilərin məktəbdənkənar tərbiyə və mədəni
-
maarif ocaqlarında fəaliyyət göstərməsi, 
bəbii
-
texniki dərnəklərdə məşğul olması çox yaxşıdır.
İnsan üçün ən gözəl keyfiyyətlərdən biri də düzlükdür. Hər bir insan şahidi olduğu 
əhvalatı, həqiqəti düz demək, yoldaşlarının nöqsanlarını yerindəcə üzünə söyləmək bacarığı 
nümayiş etdirməlidir. Sözlə iş arasında tam uyğunluq, əlaqə olmalıdır. Bəzi şagirdlər 
tapşırılan işdən boyun qaçıran, müvafiq qaydaları pozan yoldaşlarının eybini onların üzünə, 
valideynlərinə, yaxud müəllimlərinə deməyi yoldaşa xəyanət, satqınlıq hesab edirlər. 
Əksinə, yoldaşa qarşı bu cür passiv, ögey mövqe tutmaq, onun gələcək həyatının təhlükə 
altına alınmasına, bir şəxsiyyət kimi sıradan çıxmasına səbəb olur. Buna görə də həmişə hər 
yerdə doğru
-
düzgün mövqe tutmaq lazım gəlir.
İnsanlar anadan qorxaq, yaltaq və yalançı doğulmurlar. Müsbət keyfiyyətlərdən olan 
düzlük
-
doğruçuluq kimi bu cür qeyri
-
insani xüsusiyyətlər adamlarda mühitin təsiri ilə 
yaranır. Hər bir uşaq, yeniyetmə lap kiçik yaşlarından hiss etməlidir ki, doğru danışmaq, 
deyilənlərə əməl etmək həmişə hörmət və etibara, yalan danışmaq isə qərəzçiliyə, ədavətə, 
qorxaqlığa səbəb olur. Dostunun, yoldaşının yaxşı və pis əməllərini onun üzünə yerindəcə 
demək, düzgün qiymətləndirmək həm də yaltaqlığın, lovğalığın qarşısını vaxtında alır. 
Özünənəzarət, ədalətlilik hissini inkişaf etdirir, insanı əsl şəxsiyyət kimi formalaşdırır.

Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin