Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 124
2.5. İctimai yerlərdə davranış qaydalarını izah edir 2.5.1. İctimai yerlərdə davranış qaydaları Cəmiyyətdə, mənsub olduğu ölkədə yaşayan hər bir vətəndaş etiket qaydalarına riayət
etməlidir. İnsan bu qaydalara uşaq yaşlarından əməl etməyə alışmalıdır. İnsanların riayət
edəcək əxlaq, mədəni davranış qaydaları çox geniş və əhatəlidir.
İnsanın intellekt səviyyəsi onun ədəbi, hamı tərəfindən qəbul edilmiş mədəni davranış
qaydalarına riayət etməsi, böyük hörmət, nüfuz qazanması ilə ölçülür. Əxlaqi şüur, mədəni
davranış insanın yaraşığı, zinətidir. Məhz elə buna görə də, xalqımız əxlaq, davranış
qaydaları haqqında bir
-
birindən dəyərli sözlər söyləmişlər. Həmin söz inciləri şagirdlərdə
böyüklərə, qocalara, ata
-
analara, baba
-
nənələrə, qadınlara, qızlara, özündən kiçiklərə
hörmət etməyə, bilik və bacarıqlara yiyələnməyə marağı artırır.
Mədəni davranış insanların ən dəyərli bacarıqlarıdır. Elə buna görə də xalqımız yüksək
əxlaqi keyfiyyətləri, sadəliyi, təvazökarlığı, xeyirxahlığı, halallığı, qayğıkeşliyi, həssaslığı
həmişə yüksək qiymətləndirmişdir. Mədəni davranış insanda məktəbəqədər dövrdən,
məktəb illərindən formalaşmağa başlayır. Başqa sahələrdə olduğu kimi, mədəni adətlər və
mədəni davranış bacarıqları öz
-
özünə yaranmır. Bunları öyrənmək və əməli fəaliyyətdə
tətbiq etmək, davranış normalarına çevirmək zəruri şərtlərdəndir.
Mədəni insanlar digər insanlarla
görüşəndə səmimi olmağı, salamlaşmağı, hal
-
əhval
tutmağı özlərinə borc bilirlər. Salamlaşarkən birinci olaraq kiçiyin böyüyə, şagirdin
müəllimə salam verməsi mədəni davranış hesab olunur. Yaşlı adamla, özündən böyüklə
salamlaşarkən, yaxud ayrılarkən birinci olaraq əl uzatmamaq, yalnız baş əyməklə
kifayətlənmək yaxşı haldır.
Tibbi
-
gigiyenik mülahizələrə, qaydalara görə əllə görüşmək, öpüşmək də məsləhət
deyildir. Danışanı, müsahibini dinləmək bacarığı da mədəni davranışa aiddir. Müsahibinin,
xüsusilə yaşlı adamın sözünü kəsmədən onu axıracan dinləmək vərdişinə yiyələnmək
vacibdir. Böyüklərlə bir yerdə olarkən son dərəcə həssas, diqqətli və nəzakətli davranış
nümayiş etdirmək mədəni səviyyəni göstərir.
Mədəni insan hamıya yaxşılıq etməyə çalışır. O, dediyi hər sözün, etdiyi zarafatın
həddini bilir. Davranışında olduqca mülayimlik göstərir, heç kəsin qəlbinə dəymir, könlünü
sındırmır. O, heç kimlə dalaşmır, aqressiv hərəkətlərə yol vermir. İctimai yerlərdə davranış
qaydalarını pozanlarla, kobud hərəkət edənlərlə barışmır, güzəştə getmir, onlara mədəni
davranmağı tövsiyə edir. Kiminləsə görüşmək istədikdə qabaqcadan onunla görüş vaxtını
razılaşır. Evə, yaxud iş yerinə gedərkən qapını döyməklə içəri keçməyə icazə alır.
Böyüklərə hörmət ilk növbədə ailədən başlayır. Ailədə qarşılıqlı hörmət əsasdır. Hamı
bir-
birinə can deyib can eşitsə, həm sağlamlıq, həm də əhval
-
ruhiyyənin yaxşılaşmasına
xidmət etmiş olur.
Həyat və fəaliyyətin bütün anlarında böyüklərə hörmət və ehtiram əsas şərtlərdəndir.
Otağa yaşca böyük adam daxil olduqda ayağa durub, “xoş gəldiniz”, deyərək yer
göstərilməsi, onunla mədəni münasibət qurulması ədəb
-
ərkandır. Böyük oturmayınca və
başqalarına da oturmağı təklif etməyincə əyləşməmək nəzakətlilik əlamətidir.