Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 120
sabahına baxmağı nəzərdə tutur. İnsanın keçmiş qüsurunu üzünə vurmaq onu daha da
korlayır, öz səhvlərini aradan qaldırmağa mane olur. Nikbinlik prinsipi
insanın müsbət
cəhətlərinə istinad etməklə mənfi cəhətlərini aradan qaldırmağı nəzərdə tutur. Hər bir
insanda müsbət cəhətlər vardır. Tərbiyəçinin vəzifəsi bu müsbət cəhətləri axtarıb tapmaq
və onlara əsaslanmaqla insanın nöqsanlı cəhətlərini aradan qaldırmaqdan ibarətdir.
Şüurla davranışın vəhdəti prinsipi. Bu prinsip tərbiyə işində insanın həm şüuruna
təsir etməsi, həm də onda düzgün davranış
təcrübəsi yaratmağı nəzərdə tutur.
İnsan şüurlu məxluqdur; onun davranış və münasibətləri şüurlu tənzim olunur. Ona
görə də tərbiyə işində şüura təsir göstərmək, insanda düzgün əxlaqi təsəvvürlər, inam və
əqidə yaratmaq, ona sözlə təsir etmək vacib şərtdir. Şəxsiyyətin formalaşması o zaman
səmərəli olur ki, şüurla davranış arasında vəhdət yaranmış olsun. İnsan bildiklərini davranış
və rəftarına tətbiq etsin. Düzgün davranış təcrübəsi və müsbət adətlərə yiyələnsin. İnsanın
işi, mənəvi aləmi onun hərəkətləri, əməli fəaliyyəti ilə ölçülür.
İnsanın şüuru onun
hərəkətlərini idarə edir, əxlaqi şüur hərəkətlərin təsiri altında formalaşır. Məktəblinin
tərbiyəlilik səviyyəsi onun işi, əməli fəaliyyətidir. Əxlaqi şüurla əxlaqi davranışın vəhdətinin
təmin edilməsi onun mənəvi aləminin bütövlüyü deməkdir. Məktəbli özünün kimliyi,
ömrünü nəyə sərf etməsi, nəyi özünə ideal seçməsi, nəyin uğrunda mübarizə aparması
haqqında düşünür, respublikanın həyatında fəal iştirak etməyi özünün müqəddəs borcu
sayır.
Şəxsiyyətin kollektivdə tərbiyəsi t
ə
lim-t
ərbiyə
d
ə
əsas problemlə
rd
əndir. İnsan
ictimai varlıqdır, o istəsə də, istəməsə də müəyyən fəaliyyət zamanı başqa adamlarla
ünsiyyətə girir, müxtəlif sosial vəzifələri yerinə yetirir. Şəxsiyyətin kollektivdə tutduğu
mövqedən asılı olaraq onun mənəvi keyfiyyətləri formalaşır. İctimai həyatda baş vermiş
ciddi dəyişikliklər, elmi
-
texniki inqilab, yeni kəşflərin məişətə əsaslı şəkildə daxil olması
uşaqların xarakter və mənəvi aləminin zənginləşməsinə səbəb olur.
Uşaq kollektivi üzvlərinin bacarıq və qabiliyyəti inkişaf edir və onlardan kollektivin
xeyrinə istifadə olunur.
Kollektiv fəaliyyət növlərində (təlim, əmək, oyun) iştirak edən
uşaqlar keçirdikləri hissləri daha dərindən dərk edir, kimin necə yoldaş, dost olduğunu,
əməyə, adamlara necə münasibət bəslədiklərini, ictimai həyat hadisələrini necə
qiymətləndirdiklərini öyrənirlər. Kollektiv fəaliyyət prosesində uşaqlarda vətəndaşlıq
şüuru, əqidə formalaşır. Uşaq kollektivi hər bir şagirdin yaradıcılıq, təşəbbüskarlıq qabi
-
liyyətlərini aşkara çıxarır və onların inkişafına şərait yaradır.