TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Tərbiyədə kompleks yanaşma prinsipi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə109/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   105   106   107   108   109   110   111   112   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Tərbiyədə kompleks yanaşma prinsipi.
Bu prinsip tərbiyə işinin bütün sahələrini, 
müxtəlif fəaliyyət növlərini vəhdətdə həyata keçirməyi nəzərdə tutur. Kompleks yanaşma 
prinsipi bütöv pedaqoji prosesin öz mahiyyətindən irəli gəlir. Pedaqoji proses ideya
-
siyasi, 
əxlaq, əmək, estetik, fiziki tərbiyə vəzifələrini vəhdətdə həyata keçirməklə şəxsiyyətin 
ahəngdar inkişafını təmin etməyə istiqamətlənir. Vahid pedaqoji prosesin hər hansı bir 
sahəsi çatışmadıqda tərbiyənin ümumi məqsədinə nail olmaq mümkün deyildir.
Tərbiyəyə kompleks yanaşma, habelə bu prosesdə iştirak edən bütün qüvvələri 
(müəllim, valideyn, uşaq və onun yoldaşları, ictimai təşkilatlar, şagird kollektivləri və s.) 


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
121 
əlaqələndirməyi nəzərdə tutur.
Tərbiyədə pedaqoji rəhbərliklə insanın təşəbbüs və özfəaliyyətinin 
əlaqələndirilməsi (əməkdaşlıq) prinsipi.
Bu prinsip pedaqoji nəzarətlə insanın 
sərbəstliyini əlaqələndirməyi, pedaqoji əməkdaşlığı nəzərdə tutur.
Tərbiyə prinsipləri humanist xarakter daşıyır, yəni onlar birlikdə insan şəxsiyyətinin 
inkişafına, nəcibləşməsinə xidmət göstərir. Müəllim insanın fərdi xüsusiyyətlərindən, real 
şərait və imkanlardan çıxış edərək tərbiyə prinsiplərini yaradıcılıqla tətbiq etməyə 
çalışmalıdır. Təlimin üç əsas funksiyasından biri tərbiyəedicilikdir. Funksiyanı yerinə 
yetirmək, təlimdə yüksək keyfiyyətə nail olmaq üçün fənn müəllimləri, tərbiyənin prinsip və 
metodlarını öyrənməli, onları təlim fəaliyyətində tətbiq etməlidir. Tərbiyə təlim prosesinin 
hüdudlarını aşaraq, daha geniş sahəni əhatə edir. Tərbiyə həm dərs prosesində, həm 
dərsdənkənar, sinifdənkənar, məktəbdənkənar tədbirlərdə, həm də ailədə həyata keçirilir. 
Məktəblilərin tərbiyəsinə, ictimai mühit, mətbuat, radio, televiziya, kino, idman, bədən 
tərbiyəsi
və digər tədbirlər güclü təsir göstərir. Uşaq kiçik olduqda onun hisslərini və 
davranışlarını möhkəm adət və vərdişlər əsasında formalaşdırmaq imkanları geniş olur. O, 
yaşa dolduqca anlayış, baxış və əqidəsi formalaşır. Tərbiyə işində müvəffəqiyyət əldə 
etməyin başlıca şərti uşaqların tərbiyəlilik səviyyəsinin, şüurluluğunun, mənəvi 
keyfiyyətlərinin nəzərə alınmasıdır. Tərbiyə prosesi müəllimdən həssaslıq, ustalıq, 
uşaqların yaş, cins və fərdi xüsusiyyətlərini nəzərə almasını tələb edir. Tərbiyəçinin 
məqsədi cəmiyyət tərəfindən müəyyən edilən tərbiyənin mahiyyətini, məzmununu dərk 
etməkdir. Müəllim tərbiyə işinin nəticələrini təhlil etməyi bacarmalı, tərbiyənin 
prinsiplərini nəzərə almalıdır.



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin