TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Cədvəl 2.1. Tərbiyə prosesinin qanunları və prinsipləri arasındakı əlaqə



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə105/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   101   102   103   104   105   106   107   108   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Cədvəl 2.1. Tərbiyə prosesinin qanunları və prinsipləri arasındakı əlaqə


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
118 
Tərbiyə işi bir sıra prinsiplər əsasında həyata keçirilir. Onları aşağıdakı kimi izah 
etmək olar: 
Tərbiyədə məqsəd aydınlığı prinsipi
qarşıda duran məqsədə qəti və fəal surətdə 
can atmaqda ifadə olunur. Tərbiyə prosesində məqsəd aydınlığının gözlənilməsi ictimai 
faydalı işləri, sinifdənkənar tədbirləri düzgün və rəngarəng təşkil etmək imkanı yaradır. Bu 
prinsip bütün tərbiyə prosesini əsas məqsəd baxımından tənzim etməyi nəzərdə tutur. 
Tərbiyəçi öz işində əsas məqsədi həmişə rəhbər tutmalı, onu bir an belə unutmamalıdır.
Tərbiyənin həyatla, cəmiyyət quruculuğu ilə əlaqəsi prinsipi
şagirdlərin 
cəmiyyətin həyatı ilə dərindən tanış olmasına və onun yenidən qurulmasında fəal iştirak 
etməsinə şərait yaradır. Uşaqların tərbiyəsi yalnız onu həyata hazırlamaq deyil, həm də 
onun həyatının hər anını təşkil etmək, onu faydalı əməyə cəlb etməkdir. 
Tərbiyə həyatla, cəmiyyət quruculuğu ilə sıx əlaqəli şəkildə aparıldıqda insan həyatı 
dərk edir, ictimai təcrübə qazanır, ictimai münasibətləri öyrənir, psixoloji və əməli
cəhətdən 
ictimai həyata hazırlaşır. Cəmiyyətin iqtisadi, ictimai, sosial, siyasi həyatında iştirak etməklə 
gənc nəsildə vətəndaşlıq keyfiyyətləri, özünüdərk meyili formalaşır.
Tərbiyənin həyatla əlaqəsində həyatın müsbət nümunələrinə əsaslanmaqla yanaşı, 
cəmiyyətdəki neqativ halları da təhlil etmək, onların səbəblərini açıqlamaq, bu hallara 
obyektiv qiymət vermək lazımdır. Belə olduqda gənclər gözüaçıq böyüyər, həyatdakı 
neqativ hallara (rüşvətxorluq, varlanmaq ehtirası, pul düşkünlüyü, laqeydlik, öz mənafeyini 
hər şeydən üstün tutmaq və s.) düzgün qiymət verməyi öyrənərlər.Maddi tələbatlarla yox, 
mənəvi tələbatlarla yaşamağa üstünlük verərlər, əyri yollarla təmtəraqlı yaşayış tərzi bəzi 
gənclərin idealına çevrilməz.

Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin