TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə113/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   109   110   111   112   113   114   115   116   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
126 
kiçik yaşlarından öyrədilməlidir.
Evdən çıxarkən güzgüyə baxmaqla paltarının təmiz və səliqəli olmasına diqqət edilir. 
Ayaqqabıların da təmizliyi vacib şərtlərdəndir. Geyilən paltarlara uyğun ayaqqabıdan 
istifadə olunması görkəmi zövqlü edir. Təmizlik, səliqəlilik geyim mədəniyyətinin başlıca 
şərtlərindəndir. Səliqəli geyinmək heç də moda ilə bahalı paltar geyinmək deyil. Sadə, çox 
bahalı olmayan parçadan tikilmiş paltarları səliqə ilə geyinmək mümkündür.
Danışarkən qarşıdakı insana çox da yaxın durmaq məsləhət deyil. Bərkdən, sürətlə 
danışmaq, həddindən artıq əl
-
qol hərəkətlərinə yol vermək, başı, bədəni tərpətmək mədəni 
davranış deyildir. Nitq
-
danışıq dilinin aydın olması, sözlərin tam və düzgün tələffüz edilməsi 
məsləhətdir. Fikirləri mümkün qədər qısa və aydın söyləmək, danışıq zamanı başqa dillərə 
aid və dinləyicilər üçün aydın olmayan söz və terminlərdən istifadə etmək də məsləhət 
deyildir. Danışarkən fikrin hamı tərəfindən qəbul edilməsi vacib sayılmır. Başqalarının da 
fikirlərini axıradək dinləmək, onlara hörmətlə yanaşmaq, diqqət etmək vacib 
məsələlərdəndir. Yoldaşlarla, kənar adamlarla danışarkən çox aralıda durmaq, ucadan, 
qışqıra
-
qışqıra danışmaq yaxşı hal deyildir. Tam bilinməyən və yəqinliyinə əmin olunmayan 
fikri, əhvalatı, hadisəni danışmaq lazım deyil. Qiybət etmək, böhtan atmaq, yalan danışmaq 
mədəni davranışdan uzaqdır.
Nitqdə söyüşə, təhqiramiz sözlərə yer verilməsi insanı 
hörmətdən salır, mənfi rəylərə səbəb olur. Dinləməyi bacarmaq vacibdir. Qarşı
da
kını 
dinləməyi (sizin əleyhinizə danışıldıqda belə) bacarmaq böyük qabiliyyətdir.

Düşünülənlərin hamısını söyləməmək, amma söylənilənlərin hamısını əvvəlcədən 
düşünmək lazımdır;

Dinləyən adama dəyər verilməlidir;

Sözü mənasız yerə uzatmamalı. Çatdırılması istənilən fikri mümkün qədər qısa və 
aydın tərzdə (lakonik) ifadə etmək lazımdır; 

Danışarkən söz seçiminə, onları doğru söyləməyə (tələffüzə) və üsluba fikir 
verilməlidir. Söz bazasını (lüğəti) genişləndirməyə çalışmalı;

Ədəbi və mədəni bir dildə danışmağa çalışmalı; 

Səs insanın şəxsiyyətini əks etdirir. Yorğunluq, xəstəlik, qorxaqlıq, çəkingənlik, 
yekəxanalıq və s. kimi xüsusiyyətləri danışıqda nəzərə çarpdırmamalı;

Səsin tonunu duyğu və düşüncələrin xüsusiyyətinə görə nizamlamalı; 

Nitqdə başqa dillərdə olan və hamıya aydın olmayan terminlərdən is
ti
fadə 
etməməli; 

Danışarkən şəxsi fikrin hamı tərəfindən qəbul edilməsinə çalışmamalı;

Başqalarının fikrini dinləmək, ona hörmət etmək, qiymətlən
dir
mək lazımdır. 
Telefonla danışarkən son dərəcə diqqətli olub fikirlərin qısa və yığcam deyilməsi 
məsləhətdir. Vacib məsələ yoxdursa, yoldaşlarını tez
-
tez telefon zəngi ilə narahat etmək 
yaxşı deyildir.
Danışığında lüzumsuz ara sözlərdən, o cümlədən “şeydi”, “zaddı”, “məsəl tut”, “deməli 
ki,” “baxanda
-
baxıb görürük ki” kimi sözlərdən istifadə edilməsi mədəni səviyyənin aşağı 
olduğunu göstərir. Nitqində,
danışıqda belə uyğunsuz ifadələrin işlədilməsi insanın düzgün 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin