Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 137
Qiymətləndirmə konsepsiyasının əsas müddəalarında qeyd olunur:
•
Ümumi təhsil məktəblərinin yeni təhsil proqramları (fənn kurikulumları) tətbiq
olunan siniflərində yeni məktəbdaxili qiymətləndirmə sistemi tətbiq olunur;
•
Yeni məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ
qiymətləndirmələrdən ibarətdir.
Qiymətləndirmə zamanı müəllimlər fəaliyyətlərini aşağıdakı prinsiplər əsasında
qururlar:
•
Əhəmiyyətlilik prinsipinə əsasən qiymətləndirmədə diqqət təlimin ən əhəmiyyətli
nəticələri və şagird fəaliyyəti üzərinə yönəldilir;
•
Adekvatlıq prinsipi bilik, bacarıq, vərdiş və səriştələrin qiymətləndirilməsinin
təlimin məqsəd və nəticələrinə uyğunluğunu əsaslandırır;
•
Obyektivlik və ədalətlilik prinsipi qiymətləndirmənin konkret meyarlarının
hazırlanması ilə qiymətin şagirdə təzyiq vasitəsi kimi istifadə olunma təhlükəsinin
qarşısını almağa xidmət edir;
•
Şəffaflıq və aşkarlıq prinsipləri obyektivliyi təmin edir. Bura şagirdlərin müəllimin
istifadə etdiyi qiymətləndirmə meyarları ilə tanışlığı aiddir; qiymətləndirmə
prosesinin aşkarlığı, yəni müəllimin verdiyi qiyməti əsaslandırması; qarşılıqlı
qiymətləndirmə və özünüqiymətləndirmə prosedurlarından istifadə edilməsi;
•
Əlverişlilik prinsipi qiymətləndirmə prosesinin aydın və sadə forma, üsullardan
istifadə edilərək tətbiq olunmasını tələb edir;
•
Sistemlilik prinsipi qiymətləndirmə prosesinin ardıcıl və sistematik şəkildə həyata
keçirilməsidir;
•
Xeyirxahlıq prinsipi müəllimlə şagird arasında partnyor münasibətlərinə şəraitin
yaradılmasını nəzərdə tutur;
•
İnteqrasiyalılıq prinsipi qiymətləndirmənin təlim prosesinin qabaqcadan
planlaşdırılması və mükəmməl düşünülmüş tərkib hissəsi kimi həyata keçirilməsinə
xidmət edir.
Qiymətləndirmənin əsas problemlərindən biri obyektiv
qiymətin təmin edilməsinin
çətinliyidir: şagird qiymətin obyektivliyinə əmin olmalıdır və qiymətin tədris prosesinin real
tənzimləyicisi olması üçün onun nəyə görə verildiyini dəqiq təsəvvür etməlidir.
Qiymətləndirmənin ən mühüm üsullarından biri sözdür. O, müəllimin psixoloji
dayağını, təqdirini və tənbehini ifadə edə bilər. Şagirdin ancaq bilik, bacarıq və vərdişlərinin
deyil, onun şəxsi keyfiyyətlərinin də sözlə (tərif və iradlarla, məsləhət və təkliflərlə)
qiymətləndirilməsi mümkündür. Bu üsuldan əsasən ibtidai siniflərdə istifadə olunur, lakin
bu yanaşmanın orta məktəbdə tətbiqi də realdır və məqsədəuyğundur. Verbal (sözlə)
qiymətləndirmənin rolunun artması, eyni zamanda kəmiyyət qiymətinin əhəmiyyətdən
düşməsi qiymətləndirmə prosesinin ən yaxşı göstəricisi sayıla bilər.
“Keyfiyyətcə
qiymətləndirmə”nin uyğun, çevik və fərqləndirici meyarlarının işlənib
hazırlanması və meyar cədvəli vasitəsilə istifadəsi, şagirdin nailiyyətlərinin kəmiyyətcə və