Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
140
etdirmələrinə diqqət etməlidir. Qiymətləndirmə vasitəsinin effektivliyi və səmərəliyinə
maksimal diqqət verilməlidir. Çünki o, şagirdlərin həqiqətən nəyə ehtiyacı olduğunu
nümayiş etdirməsinə şərait
yaratmalıdır. Qiymətləndirmə vasitəsi bir sıra elementləri ölçür.
Eyni zamanda müəllim nəyi ölçməyə çalışdıqlarını dəqiq müəyyən etməlidir.
Təlim
nailiyyətlərinin (bilik, biliyin tətbiqi) və təlimə təsir edən digər faktorların (davranış,
münasibət, çalışqanlıq
motivasiya) ölçülməsi bir
-
birindən ayrı aparılmalı və ayrılıqda təhlil
edilməlidir.
Qiymətləndirmə vasitəsi müşahidə olunandır. Qiymətləndirmənin məqsədi elə bir
vəziyyət yaratmaqdır ki, burada şagirdin davranışını müşahidə etmək mümkün olsun.
Müşahidə bir sıra formalarda aparılır. Bura görülənlər və ya eşidilənlər aiddir.
Qiymətləndirmə vasitələrinin verdiyi məlumatlar qeydə alınır. Şagirdin fəaliyyət
nəticələri ifadə edilən olmalıdır. Qiymətləndirmə vasitəsini hazırlayarkən
müəllimlər
qiymətləndirmənin nəticələrinin asan qeydə alına bilməsini diqqətdə saxlamalıdır.
Vasitənin hazırlanması zamanı nəticələrin necə izah edilməsi üçün aydın meyarlar müəyyən
edilməlidir.
Qiymətləndirmə vasitəsi hazırlanarkən aşağıdakı prinsiplər nəzərə alınır:
1.
Qiymətləndirmə əvvəlcədən planlaşdırılır. Dərs zamanı qiymətləndiriləcək
fəaliyyəti
planlaşdırmaq
üçün
məqsədlər
müəyyən
edilir.
Hansı
qiymətləndirmələrdən və neçə vaxt ərzində istifadə ediləcəyi planlaşdırılır.
Qiymətləndirmə təlim nəticələrini əhatə etməlidir;
2.
Təlim fəaliyyətində şagirdin səviyyəsini düzgün müəyyənləşdirmək üçün prosesdə
tez
-
tez qiymətləndirmə aparılır. Qiymətləndirmələrin tez
-
tez aparılması
sinifdə
olan inkişafı müəyyənləşdirməyə və bunun vasitəsilə təlim metodologiyasına dair
zəruri qərarları qəbul etməyə imkan verir.
3.
Fərqli qiymətləndirmə vasitələrindən istifadə olunur. Şagirdlərin hamısı öz
qabiliyyətini konkret bir şəkildə göstərə bilmir. Bəzi şagirdlər yazı işlərini lazımi
səviyyədə yerinə yetirir, digər şagirdlər konkret layihə üzərində işləyərkən özünü
göstərə bilir. Ona görə də qiymətləndirmə vasitələrini hazırlayarkən yaradıcılığa
diqqət edilməlidir.
4.
Qiymətləndirmə nəticələri qeydə alınmalıdır. Qiymətləndirmə nəticəsində
şagirdlərin təlim fəaliyyəti haqqında qeydlər vaxtında və düzgün aparılmalıdır.
Qiymətləndirmənin tarixi, vaxtı, təsviri, şagirdlər barədə məlumat və ayrı
-
ayrı
şagirdlərin göstəriciləri ilə bağlı əlavə qeydlər dəqiq olmalıdır. Düşüncələr,
qənaətlər qiymətləndirmə zamanı yazıldıqda subyektivlik azalır,
obyektivlik
yüksəlir.
5.
Nailiyyətlərin qiymətləndirilməsi zamanı nailiyyət faktorları (davranış, münasibət,
çalışqanlıq, motivasiya) arasında fərqi müəyyən etmək zəruridir.
6.
Hər bir qiymətləndirmənin nisbi çəkisi aydın şəkildə müəyyən edilməlidir.
7.
Fəaliyyət meyarlarını əhatə edən rubriklər hazırlanmalıdır. Onlara yoxlama işləri,
testlər, şifahi sorğu,
ranq üzrə dərəcələmə, rubriklər, praktik işlər,
laboratoriya