TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə122/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   118   119   120   121   122   123   124   125   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
138 
keyfiyyətcə qiymətləndirilməsinin adekvat meyarlarının olması çox vacibdir (onların 
çeviklik, uyğunluq, fərqləndirilmə dərəcəsi və s.).
Qiymətləndirmənin yalnız “kəmiyyətcə qiymətləndirmə” üsullarından istifadə etmək 
kifayət deyil. Onunla yanaşı aşağıdakı “keyfiyyətcə qiymətləndirmə” üsullarından istifadə 
etmək məqsədəuyğundur:

Yazı və yoxlama işlərində konstruktiv qeydlər; “



yaxşıdır, “

” 

əladır, “+” 
müsbətdir və s.;

«Portfolio» sistemi; 

Verbal (sözlə) qiymətləndirmə: “afərin”, “yaxşıdır”, “çox gözəl”, “müfəssəldir” və s.;

Qarşılıqlı qiymətləndirmə;

Özünüqiymətləndirmə;

Reytinqin çıxarılması: ballar üzrə 

1, 2, 3, 4, 5, işarələr üzrə və s.;

Rənglərlə qiymətləndirmə: bayraq və s.;

Şəkillərlə qiymətləndirmə: bitki, heyvan, qızılgül və s.;

Emosional münasibət yolu ilə qiymətləndirmə: təbəssüm, əli yuxarı qaldırmaq və s.;

Meyar cədvəli ilə qiymətləndirmə.
Məzmun standartlarının mənimsənilməsi istiqamətində əsasən aşağıdakı 
qiymətləndirmə növlərindən istifadə olunur və onların hər biri qeyd edilən müvafiq 
məsələlərə aydınlıq gətirmək məqsədi daşıyır:

İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə);

İrəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə); 

Yekun (summativ) qiymətləndirmə. 
Qiymətləndirmənin bu növləri şagirdləri hər bir fənnin məzmun standartlarında 
göstərilən əsas bilik və bacarıqların əldə edilməsinə yönəlmiş fəaliyyət istiqamətləri ilə 
təmin edir.
İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə) şagirdin biliyini 
müəyyən edir və təlimin düzgün qurulmasında müəllimə köməklik göstərir. Təlim 
prosesində düzgün istiqamətləndirilmiş şagird öyrənilmiş materialın təkrarına vaxt itirmir, 
həmçinin onun üçün başa düşülməyən və ya tanış olmayan material qalmır. İlkin səviyyə 
qiymətləndirməsinin sualları bir
-
biri ilə elə əlaqələndirilib tənzimlənməlidir ki, onların 
bəziləri şagirdin hansı biliklərə malik olduğunu, digərləri isə yeni materialı mənimsəmiş 
şagirdləri müəyyən etsin.
Qiymətləndirmənin növləri dedikdə, eyni 
bir 
qiymətləndirmə istiqamətinin tərkib 
hissələri başa düşülür. Məktəbdaxili qiymətləndirmə rəsmi qiymətlən
di
rmədir və 
təhsilalanların attestasiyasına xidmət edir.



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin