Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 150
Tətbiq edəcəyi resursları, üsul və metodları müəyyənləşdirir. Bu da onun tədrisdə istədiyi,
gözlədiyi nəticələri almasına kömək edir.
Diaqnostik qiymətləndirmədə BİBÖ metodunun tətbiqi daha faydalıdır. Belə ki, xüsusi
cədvəl qurulur, üç sütuna bölünür. Cədvəlin birinci və ikinci xanasında şagirdlərin fənn və
ya mövzu haqqında nələri bildiyi və bilmək istədikləri qeyd olunur. Burada yazılanlar
şagirdlərin ümumi bilik və bacarıqları haqqında müəllimə məlumat verir. Onların öyrənmək
istədiklərinin yazıldığı ikinci xanadakı məlumatlar müəllimə tədrisin istiqamətini
müəyyənləşdirmək imkanı verir. Müəllim şagirdlərə verəcəyi materialı, onun tədrisinin
üsul, metod və formalarını müəyyənləşdirir. Müəllim dərsini elə planlaşdırır ki, orada
vaxtdan qənaətlə istifadə olunsun, az vaxtda daha çox fəaliyyət göstərilsin, lazımsız
təkrarlara yol verilməsin.
Hər bir dərsə başlarkən motivasiya yaradılır. Fəal dərsin birinci mərhələsi
-
motivasiya
sanki şagirdlərin mövzuya dair bilik və bacarıqlarına bir baxışdır, onların mövzuya dair
biliklərinin diaqnostik qiymətləndirilməsidir. Ona görə də müəllimlər motivasiya
mərhələsində şagirdlərin bilik və bacarıqlarını diaqnostik qiymətləndirmiş olurlar.
Birinci sinifdə savad təliminə başlamazdan əvvəl diaqnostik qiymətləndirmə aparmaq
üçün aşağıdakı tapşırıqlardan istifadə edilməsi məsləhətdir. Lövhədə hərflər (30 sayda)
verilir, tapşırılır ki, hərfləri səsləndirsinlər. Şagidrlər 15
-
dən az hərf tanıyırsa, onda ikinci
tapşırığı verməyə ehtiyac qalmır. İkinci tapşırıqda hecaların oxunması tələb olunur və 6
sütununun hər birində 5 heca verilir. Dinləyib
-
anlama bacarığının ilkin səviyyəsini müəyyən
etmək üçün diaqnostik qiymətləndirmədə aşağıda verilən tapşırıq nümunələrindən istifadə
olunur. Belə ki, cümlələr verilir, onların oxunması tələb olunur.
Diaqnostik qiymətləndirməni aparan müəllim bir sıra bacarıqlara sahib olmalıdır:
•
Diaqnostik qiymətləndirməni tətbiq etmək;
•
Qiymətləndirmənin üsul və vasitələrinin istifadə imkanlarını müəyyən etmək;
•
Təlim nəticələrinə uyğun olaraq qiymətləndirmə üsullarını seçmək;
•
Şagirdlərin səviyyəsi əsasında vasitələr hazırlamaq və s.