TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə132/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   128   129   130   131   132   133   134   135   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
153 
6.
Diaqnostik qiymətləndirmədə şagirdin üzə çıxarılan bacarıqları hansılardır?
7.
Müəllim riyaziyyatdan 15
-
ci dərsdə, Azərbaycan dilindən rübün sonunda, həyat 
bilgisindən ilk dərsdə, informatikadan hər dərsdə qiymətləndirmə aparmışdır. Aparılan 
qiymətləndirmələrin növlərini müəyyən edin.
8.
Diaqnostik qiymətləndirmənin aparıldığı müddətə uyğun sualların seçilməsi qaydalarını 
qeyd edin, misallar gətirin:

İlin əvvəlində 

?

Dərsin əvvəlində 

?

Birinci sinfə daxil olanlarla 

?

İlin ortasında sinfə yeni gələn şagirdlərlə 

?
9.
Diaqnsotik qiymətləndirmədə BİBÖ metodunu necə tətbiq edərsiniz?
10.
Diaqnostik qiymətləndirməni aparmaq üçün müəllimin nümayiş etdirəcək bacarıqlarını 
modelləşdirin.
11.
4-
cü sinifdə Ana dilindən diaqnostik qiymətləndirmə aparın.


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
154 
3.3. Formativ qiymətləndirməni qaydalara müvafiq tətbiq edir
 
3.3.1. Formativ qiymətləndirmənin tədrisdə tətbiqi 
Formativ qiymətləndirmənin əsas mahiyyəti şagirdin təlim fəaliyyətinin daim 
izlənilməsidir. Formativ qiymətləndirmə şagirdin bilik və bacarığını formalaşdırmaqla onun 
yüksək
təlim nəticələrinə nail olması məqsədilə aparılır. Formativ qiymətləndirmə 
sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq üçün deyil, yaxşı 
nəticə göstərmək üçün çalışır. Bu forma şagirdin məzmun standartlarından irəli gələn bilik 
və bacarıqlara yiyələnməsi vəziyyətinin qiymətləndirilməsidir.
Formativ qiymətləndirmə dərsi müşayiət edən prosesdir. Fənn üzrə aparılan formativ 
qiymətləndirmə şagirdin ehtiyaclarını öyrənmək, uğur qazana bilməməsinin səbəblərini 
araşdırmaq və onun inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq həyata keçirilir.
Formativ qiymətləndirmədə istifadə olunan metod və vasitələrə müşahidə, şagirdlərin 
şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri və başqaları 
aiddir.
Formativ qiymətləndirmə zamanı, gündəlik şagird fəaliyyətinin izlənməsi üzrə test 
tapşırıqlarını yerinə yetirərkən müxtəlif seçimli test nümunələrindən yox, açıq suallı 
tapşırıqlardan, uzlaşmalardan, cümlə tamamlamalarından, səhv və düz cavabların 
seçilməsindən, cümlə, hekayə, mətn qurmadan, boşluqlara söz və ya söz birləşmələri əlavə 
etmədən, düzgün qrammatik çalışmaların yerinə yetirilməsindən, yazı işlərindən (imla, esse 
və s.) istifadə etmək lazımdır. Müxtəlif seçimli və ya alternativ cavablı testlər gündəlik 
fəaliyyətdə şagirdlərin tənqidi və yaradıcı təfəkkürünu inkişaf etdirmir. 
Formativ qiymətləndirmədə aşağıdakılara müəllim tərəfindən diqqət edilməsi 
vacibdir:

Məzmun standartları əsasında dəqiq meyarlar işlənib hazırlanmalıdır;

Meyarlar bilik və bacarıq, o cümlədəninformasiyanı aydın təqdim etmək bacarığı və 
məntiqi təfəkkür qabiliyyəti kimi göstəricilərini inkişafını əks etdirməlidir;

Müəllim yadda saxlamalıdır ki, qiymətləndirmə ilk növbədə şagird üçün 
özünüqiymətləndirmə və özünənəzarət vasitəsi rolunu oynamalıdır;

Fənn müəllimləri qiymətləndirmə apararkən obyektiv olmalıdır;

Heç bir təmənna gözləmədən qiymətləndirmə aparmalıdır;

Şagirdlərə stimullaşdırıcı, həvəsləndirici qiymətlər verməklə onların 
müvəffəqiyyətində maraqlı olduqlarını və buna əmək sərf etdiklərini dərk edəndə, 
şagirdlərin təlim fəaliyyətinə həvəsi daha da artır;

Qiymətləndirmə müvafiq tapşırıqların yerinə yetirilməsinə əsaslanmalıdır;

Dərslərdə qiymətləndirilmənin aparılmasında əsas diqqət təkcə informasiyanın 
mənimsənilməsinə deyil, həm də cəmiyyətin həyatında bir vətəndaş kimi iştirak 
etmək üçün zəruri olan bacarıqların nümayişinə yönəldilməlidir.
Formativ qiymətləndirmə həm şagird, həm də müəllim üçün böyük əhəmiyyətə 
malikdir. Bu zaman şagirddə təsadüfi, gözlənilməz şəraitdən müdafiə olunma hissi yaranır. 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin