Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
157
Fəal (interaktiv) təlimdə müəllimləri daha çox maraqlandıran məsələlərdən biri qrup
işinin qiymətləndirilməsidir. Bu zaman çoxlu suallar yaranır: Qrup işini hansı
yollarla
qiymətləndirmək olar? Qrupun qiymətləndirməsində fərdi yanaşmanı necə tətbiq etməli?
Qrup işinin qiymətləndirilməsi meyarlar əsasında və müxtəlif vasitə (qrafik, cədvəl,
simvol, söz) və üsullarla (müəllim tərəfindən, şagirdlərin qarşılıqlı
qiymətləndirməsi,
qruplararası qiymətləndirmə) aparılır.
Meyar cədvəlinin əsasında qiymətləndirmədə cədvəl çəkilir,
onun sətirlərində qrup
-
ların nömrələri və sütunlarında qiymətləndirmə meyarları qeyd edilir. Qiymətləndirmə
zamanı müəllim hər qrupun qarşısında meyara müvafiq olaraq «+»,«
-
»
işarələri ilə və ya
balla qrupun nailiyyətlərini qeyd edir, yekunda ümumi bal hesablanır.
Qrup işinin qiymətləndirilməsi üçün meyar cədvəli aşağıdakı kimi qurulur (Cədvəl
3.6):
QRUP
MEYARLAR
Tapşırıq tam və
uyğun yerinə
yetirilib
Bir-
birini
dinləmə
Əməkdaşlıq
Əlavələr
(suallar,
cavablar)
Tərtibat
Təqdimat
I
II
III
IV
Cədvəl 3.6. Meyar cədvəli
Cədvəldə meyarlar, qrupların nömrəsi və adı ardıcıllıqla göstərilir.
Qrupdaxili qiymətləndirmədə qrupun hər bir nümayəndəsinə qrup şagirdlərinin adları
və qiymətləndirmə meyarları
qeyd edilmiş cədvəl paylanılır. Hər nümayəndə həm özünü,
həm də yoldaşlarını meyarlar əsasında «+» və ya «
-
» işarələri ilə (və ya rəqəmlərlə)
qiymətləndirir.
Qruplarda işin qiymətləndirilməsinin əhəmiyyəti böyükdür. Qrupun işində şagirdlərin
fəallığının qiymətləndirilməsi meyarlarının aşağıdakı kimi müəyyən edilməsi məsləhətdir:
•
Şagird tapşırığın məqsədləri üzərində diqqətini cəmləşdirməlidir;
•
O, qrupun digər üzvləri ilə qarşılıqlı əlaqədə çalışmalıdır;
•
Başqalarına mane olmadan işləməlidir;
•
O, qrupun bütün üzvləri ilə nəzakətlə rəftar etməlidir;
•
Şagird tapşırığın yerinə yetirilməsinə lazımi töhfə verməlidir;
•
Qrup halında işin yaxşılaşdırılması yollarını tapmağa kömək etməlidir.
Dərsdə qrup işinin təşkili geniş yayılmışdır və tədrisdə
onun səmərəliliyi təsdiqini
tapmışdır. Qrup işinin, onların fəaliyyətinin obyektiv
qiymətləndirilməsi əsas
məsələlərdəndir. Qrupların işi müxtəlif variantlar üzrə qiymətləndirilir.